Qorqud Ata — türk, altay və oğuz əfsanələrində, nağıllarında və xalq hekayələrində adı çəkilən və Dədə Qorqud olaraq tanınan ozan.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adam içməz acı sular sızınca, sızmasa, yeg!
  • Ağır yüklər zəhmin qatır bilir.
  • Allah-Allah deməyincə işlər olmaz.
  • Ana haqqı, Tanrı haqqı.
  • At işlər, ər öyünər.
  • At yeməyən acı otlar bitincə, bitməsə, yeg!
  • Ata adını yürütməyən xoyrad oğul ata belindən enincə, enməsə, yeg; ana rəhminə düşüncə, doğmasa, yeg!
  • Ata dururkən oğul əlinmi öpərlər?
  • Ayrı-ayrı yollar izin dəvə bilir.
  • Başıma qaxınc, üzümə toxunc olmasın.
  • Bildiyin unutmasa, ağıl yaxşı.
  • Bir igidin qara dağ yumrusunca malı olsa, yığar-dərər, tələb eylər, nəsibindən artığın yiyə bilməz.
  • Çıxan can geri dönməz.
  • Dədə, oğlanmısan, qızmısan?
  • Dəvəcə böyümüşsən, köşəkcə ağlın yox!
  • Dövlətsiz şərrindən Allah saxlasın!
  • Dünya şirin, can əziz.
  • Əcəl vədə irməyincə kimsə ölməz.
  • Ər igidlər qarısa, oğlu doğmaz.
  • Ər malına qıymayınca adı çıxmaz.
  • Əski pambıq bez olmaz.
  • Ətrafda erkək quzu qurban üçün, Baba oğul qazanar ad üçün, Oğul da qılınc qurşanar baba qeyrəti üçün.
  • Əzəldən yazılmasa, qul başına qəza gəlməz.
  • İşdən qorxan igidmi olur?
  • Könlün yuca tutan ərdə dövlət olmaz.
  • Kül təpəcik olmaz.
  • Qadir Tanrı verməyincə ər bayımaz.
  • Qara eşşək başına yüyən vursan, qatır olmaz.
  • Qaravaşa don geyürsən, qadın olmaz.
  • Qarı düşmən dost olmaz.
  • Qarşı yatan qara dağlar qarısa, otu bitmaz, el yaylamaz.
  • Qız anadan görməyincə öyüd almaz.
  • Qızların yolu əvvəldir.
  • Qonağı gəlməyən qara evlər yıxılsa, yeg!
  • Oğul atadan görməyincə süfrə çəkməz.
  • Oğul atanın yetiridir, iki gözinin biridir.
  • Oğul daxı neyləsün baba ölüb mal qalmasa,

Baba malından nə fayda, başda dövlət olmasa…

  • Oğul kimdən olduğun ana bilir.
  • Oğuzun arsızı türkmanın dəlisinə bənzər!
  • Ölən adam dirilməz.
  • Öyünərsə, ər öyünsün — aslandır! Öyünməklik övrətlərə böhtandır.
  • Öyünməklə övrət ər olmaz.
  • Padşahlar Tanrının kölgəsidir. Padşahına asi olanın işi rast gəlməz.
  • Sarımsaq otun yemədin, için göynər.
  • Şərablıydım, duymadım, nə söylədim, bilmədim.
  • Təkəbbürlük eyləyəni Tanrı sevməz.
  • Ulaşuban sular daşsa, dəniz dolmaz.
  • Yad oğulu saxlamaqla oğul olmaz, böyüyəndə salur gedər, gördüm diməz.
  • Yalan söz bu dünyada olunca, olmasa yeg!
  • Yalnız igid alp olmaz. Yovşan dibi Ьəгк olmaz.
  • Yapa-yapa qarlar yağsa, yaza qalmaz.
  • Yeddi dərə qoxuların tülkü bilir.

Mənbə

redaktə