Fonvizin Denis İvanoviç (1745—1792) — XVIII əsr rus yazıçısı, dramaturqu, rus məişət komediyasının banisi.

Denis Fonvizin
Doğum tarixi 3 aprel 1745, 14 aprel 1743
Doğum yeri Moskva
Vəfat tarixi 1 dekabr 1792, 12 dekabr 1792
Vəfat yeri Sankt-Peterburq
Dəfn yeri Lazarev qəbiristanlığı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adətən, qadınlar layiqli insanlarla əxlaqlı olurlar, avara adamlarla isə nadir hallarda.
  • Ağıl və elm sırğa və düymələr qədər dəbə tabe olur.
  • Ağılsız yaşamaq pisdir. Onsuz nə qazana bilərsən?
  • Allaha şükür ki, yalana rüsum yoxdur! Yoxsa, tez bir zamanda hamı müflis olardı!
  • Arvadını qoru, ona sərbəstlik vermə.
  • Avam insanın bilmədiyi şeyləri cəfəngiyyat hesab etməsi çox təsəlliverici haldır.
  • Bildiyin şeylərin hamısı barədə yalan danışma.
  • Bir adamın şıltaqlıqları üçün bütün Sibir belə azdır!
  • Böyük işıqda kiçik ruhlar dolaşır.
  • Çap cəfəngiyyatının çox olması kafirlərin yox, axmaqların çox olmasından irəli gəlir.
  • Dilində daha çox Tanrı sözünü işlədənin qəlbində şeytan gizlənir.
  • Düşüncəli insanların gözündə böyük rütbəsi olmayan vicdanlı insan nüfuzlu şəxsdir.
  • Əgər ərin ağıla, sənin özün isə ərinə tabe olsan, hər ikiniz tamamilə rahat olacaqsınız.
  • Əgər həmişə şərəfli insan olmaq istəyirsənsə, özünü vətənə həsr et.
  • Əxlaqsız adam üçün elm pislik etmək üçün silahdır. Elmlilik fəzilətli ruhu ucaldır.
  • Əqlə ən düzgün qiyməti əxlaq verir. Ağıllı insan onsuz bir canavardır.
  • Ərin olması ilə ərə bağlılığın arasında heç bir fərq yoxdur.
  • Ərini daha çox dostluğa bənzəyən sevgi ilə sevmə, ərinlə daha çox sevgiyə bənzəyən dostluq et. Bu daha möhkəm olar.
  • Fəzilətin qaydalarını sevməmək olmaz. Onlar xoşbəxtlik üsullarıdır.
  • Fəzilətli olmaq üçün hər kəs özündə kifayət qədər güc tapa bilər. Bunu qətiyyətli şəkildə istəmək lazımdır. Bundan sonra isə vicdan əzabı çəkilən şeyləri etməmək çox asan olacaq.
  • Gənc adam muma bənzər.
  • Gözəl işlərsiz gözəl vəziyyət heç nədir.
  • Hər şey təxəyyüldən ibarətdir. Təbiətə uyğun hərəkət etsən, heç vaxt kasıb olmayacaqsan. İnsanların fikirləri ilə getsən, heç vaxt zəngin olmayacaqsan.
  • Hörmətə layiq olmayan insanların axmaq vəziyyəti təəssüf doğurmamalıdır. Bil ki, nifrət edilən adama heç vaxt pislik arzulamırlar. Pisliyi nifrət etməyə haqqı çatana arzulayırlar. İnsanlar yalnız zənginliyə, şöhrətə həsəd aparmırlar.Fəzilətin də öz həsəd aparanları var.
  • İnsan ürəyi Parisdə də, Rusiyada da həmişə ürəkdir. O aldatmağı bacarmır.
  • İnsanın yalnız bir şeyi-ruhi ehtiramı tərifə layqidir. Ruhi ehtirama isə zəhməti ilə rütbə qazanan və rütbəsinə görə məşhur olmayanlar layiqdirlər.
  • Klim, necə də böyük əməllərin var! Amma səni tərifləyən kimdir: qohumların, bir də ki, iki pəltək.
  • Qocalıqda bütün hisslərini saxlaya bilən adam xoşbəxt adamdır.
  • Məgər tək xoşbəxt olan xoşbəxtdir? Bütün səylərini yalnız özünün xoşbəxt olmasına yönəldən və məqsədinə çatıb daha heç nə istəməyən adamı təsəvvürünüzə gətirin. Axı o zaman onun bütün ruhu gec-tez yıxılacaq bir hisslə, bir qorxu ilə məşğul olardı. Heç nə arzu etməyən, yalnız nədənsə qorxan xoşbəxtdirmi?
  • Mən şöhrətin dərəcəsini böyük cənabın lovğalanaraq özü üçün yığdıqlarına görə yox, vətən üçün etdikləri işlərin, onun davranışından və işlərindən razı qalan insanların sayına görə müəyyən edirəm.
  • Mənim zamanımda, yəni mən gənc olanda xalq daha böyük idi.
  • Mülkədar ləyaqəti olmayan iki min can həmişə iki min candır.Onlarsız isə nə ləyaqət.
  • Namuslu insan olmaq istəyirsənsə, ömrünün mənasını vətənə xidmətdə gör.
  • Necə düşünmək olar ki, hər şeydən xəbəri olan Allahın rütbələrimiz barədə məlumatı olmasın?
  • Ruhsuz cahil heyvandır. Ən kiçik bir igidlik onu cinayətə təhrik edir.
  • Rüşvəti qadağan etmək mümkün deyil. Tək məvaciblə işi rüşvətsiz necə həll etmək olar?
  • Rütbələr başlayanda səmimiyyət dayanır.
  • Sevgi kimi tamahkarlıq da insanda möcüzələr yaradır.
  • Şərəf, ərlə arvad arasındakı razılığın ruhudur.
  • Tamahkarlıq nadir hallarda sevgiyə qalib gəlir.
  • Tale necə də mərhəmətlidir! O, eyni ağıla, zövqə və xasiyyətə malik insanları birləşdirməyə çalışır.
  • Tənbəl, zəhmət tələb edən işdən, avara isə işin özündən qorxur.
  • Tənbəlin tənbəlliyi bədənindən,avaranın tənbəlliyi sə ruhundan irəli gəlir.
  • Ürəyin cəsarəti döyüş saatında, ruhun qorxmazlığı isə bütün sınaqlarda, bütün həyati vəziyyətlərdə sübut olunur.Hücumda başqa şeylərlə birlikdə öz həyatını da fəda etməyə qorxmayan əsgərin qorxmazlığı ilə qovulmasından qorxmayıb hökmrana həqiqəti deyən dövlət adamınınn qorxmazlığı arasında heç bir fərq yoxdur. İntiqamdan, güclü adamın təhdidindən qorxmayıb ədaləti köməksizə verən hakim mənim gözümdə qəhrəmandır.
  • Ürəyin olsun, ruhun olsun və sən hər zaman insan olacaqsan.
  • Var-dövləti uşaqlara qoymaq? Ağıllı olsalar, ona ehtiyacları olmayacaq. Var-dövlətin axmaq övlada heç bir köməyi olmayacaq. Nağd pul nağd ləyaqət deyil. Qızıl qanmaz, yenə də qanmazdır.
  • Vicdan, dost kimi həmişə hakimin cəzasından qabaq köməyə gəlir.
  • Vicdan sakit olanda ürək niyə də razı qalmasın!
  • Zəngin, pulunu sandıqda gizlədən yox, özündən artıq qalan pulu ehtiyacı olana verən adamdır.

İstinadlar

redaktə