Deyl Karnegi
Deyl Karnegi (24 noyabr, 1888–1 noyabr, 1955) — Amerika psixoloqu, yazıçı
Deyl Karnegi | ||||
Doğum tarixi | 24 noyabr 1888 | |||
Doğum yeri | Merivill | |||
Vəfat tarixi | 1 noyabr 1955 | |||
Vəfat yeri | Forest Hills, Nyu-York | |||
Dəfn yeri | Belton Cemetery | |||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adamları təhqiretmədən və inciklik hissi yaratmadan onlara təsir etməyə imkan verən doqquz qayda:
- Müsahibinizin tərifindən və onun layiqli cəhətlərini səmimi etirafdan başlayın.
- Başqalarının səhvlərini birbaşa yox, dolaysı ilə göstərin.
- Əvvəlcə öz səhvlərinizdən danışın, yalnız bundan sonra müsahibinizi tənqid edin.
- Müsahibinizə nəsə əmr vermək əvəzinə, suallar verin.
- Adamlara nüfuzlarını xilas etməyə imkan verin.
- Adamların ən kiçik uğurlarını belə bəyəndiyinizi bildirin və onların hər bir müvəffəqiyyətini qeyd edin. "Qiymət verməkdə səmimi və tərifləməkdə səxavətli olun".
- Adamlara yaxşı nüfuz yaradın, onlar bu nüfuzu doğrultmağa çalışacaqlar.
- Həvəsləndirməyə əl atın. Düzəlmiş görmək istədiyiniz səhvin asan düzəldilə bilməsi təsəvvürünü yaradın; elə edin ki, adamları təhrik etdiyiniz məsələlər onlara çətin görünməsin.
- Çalışın ki, adamlar təklif etdiklərinizi yerinə yetirməyə şad olsunlar.
- And içməyə gərək qalmayacaq qədər sözlərinə sadiq ol.
- Anlaşılmazlığa mübahisə ilə deyil, yalnız nəzakət, diplomatiya, dostluq və həmsöhbətin nöqteyi-nəzərini anlamaq üçün rəğbət hissi ilə son qoymaq olar.
B
redaktə- Başqaları ilə maraqlansan iki ay içində bir çox dostlar qazana bilərsən; başqalarının səninlə maraqlanmasını gözləsən, iki ildə belə tək dost qazana bilməzsən.
- Başqalarına xoş gəlmək üçün danışmayın.
- Başqalarını təqlid etməyin. Özünüzü tapın və özünüz olun, çünki "paxıllıq cəhalətdir" və "təqlid intihardır".
- Bədbəxtlik böyük bir lupaya bənzər: xətalarımızı olduğundan böyük göstərər.
- Bir iş haqqında qərar verməzdən öncə başqalarının da öyüd-nəsihətlərinə qulaq asmaq lazımdır.
- Birinin qəlbini ələ almaq istəyirsənsə, ona xoşu gələn mövzulardan danışmasına imkan ver.
- Biz səhvlərimizdən öyrənirik.
- Bizim əsas vəzifəmiz gələcəyin dumanlı məsafəsinə baxmaq deyil, indi, görə bildiyimiz istiqamətdə hərəkət etməkdir.
- Bu dünyada vacib və yaddaqalan şeylərin çoxu heç bir ümid qalmadığı halda belə cəhd etməyə davam edən insanlar tərəfindən əldə edildi.
- Bütün boş vaxtınızı qəzetlə keçirməyin, ona ayıracağınız vaxtın yarısını sizə yeni şeylər öyrədəcək kitablara ayırın.
D
redaktə- Daim özündən kifayət qədər dürüst olub-olmadığını soruşan həqiqətən dürüstdür.
- Dünyada mübahisədə qalib gəlməyin bir yolu var – ondan imtina etmək.
- Düşmənlərimizə nifrət etdiyimiz zaman onlara öz üzərimizə güc veririk — onlar bizim yuxumuza, iştahımıza, təzyiqimizə, sağlamlığımıza və xoşbəxtliyimizə təsir edir… Nifrətimiz onlara zərər vermir, əksinə gecə-gündüzümüzü kabusa çevirir.
E
redaktə- Etdiyiniz yaxşılıqların əvəzini gözləməyin. Yaxşılıq etmək insan üçün adi haldır və buna görə də mükafat ummaq nadanlıqdır.
- Evlilikdə özünü xoşbəxt hiss edən adi insan tək-tənha yaşayan dahidən qat-qat xoşbəxtdir.
Ə
redaktə- Əgər həyatda həqiqi xoşbəxtliyi tapmaq istəyirsinizsə, o zaman nankorluq hissi haqqında düşünməyin. Fədakarlığın bəxş etdiyi mənəvi sevincə təslim olun.
- Əgər siz haqsızsınızsa, onu tez və cəsarətlə etiraf edin.
- Əgər tale sizə limon bəxş edərsə, siz də ondan limonad hazırlamağı öyrənin.
- Əvvəlcə öz səhvlərinizdən danışın, sonra həmsöhbətinizi tənqid edin.
G
redaktə- Görəcəyin işlə bağlı əvvəlcə ağıllı bir insanla məsləhətləşsən, işin bir hissəsini həll etmiş olarsan.
- Gülümsəyin; elə səmimi və isti olun ki hər sıxdığınız ələ, ruhunuzu da qatın.
H
redaktə- Heç bir halda düşmənlərinizlə hesablaşmağa cəhd etməyin. Unutmayın ki, bu davranışla siz onlara yox, özünüzə daha çox zərər yetirə bilərsiniz.
- Həmsöhbətinin ürəyincə danış.
- Hər cür mübahisədən ilandan və ya zəlzələdən qaçdığın kimi qaç.
- Hər insan gündə ən azı beş dəqiqə axmaqdır. Əsl hikmət bu vaxtı aşmamaqdır.
- Hər kəsin sizi sevməsini istəyirsinizsə, gülümsəyin.
- Hər zaman nəsə bir fəaliyyətlə məşğul olmağa çalışın. Məşğuliyyət, kainatın ən ucuz və ən effektiv müalicə üsullarından biridir.
- Həyatda heç vaxt heç kimi tənqid və mühakimə etməyin. Heç nədən şikayətlənməyin.
X
redaktə- Xoşbəxt deyilsizsə belə, arzuladığınız xoşbəxtliyi artıq tapmış insan kimi davranın. Əmin olun ki, çox qısa zamanda həqiqətən də xoşbəxt birinə çevriləcəksiniz.
- Xoşunuza gəlməyən insanlar barədə heç vaxt düşünməyin.
İ
redaktə- İctimai həyatda ən faydalı dəyər tolerantlıqdır.
- İdeya böyük bir gücdür.
- İnsanın bədbəxtliyi savadsızlıqdan deyil, tənbəllikdən doğur.
- İnsanlar üç cürdür: pulun köləsi olanlar, pulun dostu olanlar və pulun ağası olanlar.
- İnsanlar üçün yaxşı bir reputasiya yaradın ki, onlar buna haqq qazandırmağa çalışacaqlar.
- İnsanları ələ salmaq xatirinə gülməyin.
- İnsanları öz fikrinə şərik etməyin 12 üsulu:
- mübahisədə ən yaxşı nəticə əldə etməyin yeganə üsulu mübahisədən yayınmaqdadır;
- başqasının fikrinə hörmətlə yanaşın;
- haqlı deyilsinizsə, bunu dərhal sidq — ürəkdən etiraf edin;
- əvvəlcə öz dost münasibətinizi nümayiş etdirin;
- qoy həmsöhbətiniz lap əvvəldən sizə "bəli, bəli" deməyə məcbur olsun;
- imkan verin həmsöhbətiniz ürəyini boşaltsın;
- qoy o hiss eləsin ki, ideya məhz ona məxsusdur;
- məsələyə onun mövqeyindən baxmağa çalışın;
- müsahibinin fikir və istəklərinə rəğbətlə yanaşın;
- nəcib niyyətlə söhbət edin;
- öz istəklərinizi aydın bildirin;
- ən başlıcası isə söhbəti yarımçıq qoymayın və fikrinizdən dönməyin.[1]
- İnsanları sevsən, sevilərsən.
- İnsanların çoxunu kədərləndirən — əllərindəki pulun az olması deyil, əllərindəki pulu necə sərf edəcəklərini bilməmələridir.
- İnsanların sizinlə görüşməkdən xoşbəxt olmasını istəyirsinizsə, onları sevinclə qarşılamalısınız.
- İnsanlarla münasibət qurarkən, məntiqli varlıqlarla deyil, qərəzli, qürur və boşboğazlıqdan qaynaqlanan varlıqlarla məşğul olduğunuzu unutmayın.
- İstənilən axmaq öz səhvini müdafiə edə bilər .. və çoxları bunu edir.
K
redaktə- Kimsə öz məqsədləri naminə sizdən yararlanmağa çalışırsa, həmin insanı ümumiyyətlə öz tanışlarınız sırasından çıxarın.
Q
redaktə- Qadının bişirdiyi yeməyi tərifləsən onu xoşbəxt etmiş olarsan.
- Qadının üzünün ifadəsi onun geyimindən əhəmiyyətlidir.
- Qulaq asmağı bacarmayana qulaq asmazlar.
N
redaktə- Nankorluqdan narahat olmaqdansa, buna hazır olun. Xoşbəxtliyi tapmağın yeganə yolu şükür gözləmək deyil, ondan gələn sevinc üçün yaxşı işlər görməkdir.
- Nələrisə öyrənə biləcəyiniz adamlarla ünsiyyət saxlayın.
- Nitq söyləmək səfərə çıxmağa bənzəyir; səfərə çıxmazdan qabaq necə hazırlıq görürüksə, nitqə də o cür hazırlaşmaq lazımdır.
Ö
redaktə- Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz.
- Özünüzü qarşınızdakı insanın yerinə qoyun və bu yolla ona nəyin lazım olduğunu müəyyənləşdirməyə çalışın.
P
redaktə- Peşəsi ona sevinc bəxş etmirsə, insan nadir hallarda hər hansı bir işdə uğur qazanır.
- Pullu insanlar üç cürdür: pulunun köləsi olanlar, pulunun dostu olanlar və pulunun ağası olanlar.
S
redaktə- Sabah qarşılaşacağınız adamların dörddə üçü təsəlli umurlar, bunu onlardan əsirgəməyin.
- Sahibi üçün heç bir dəyəri olmayan, ancaq alan üçün qiymətsiz hədiyyə — təbəssüm.
- Səhvi bağışlamaq mədəni şəkildə intiqam almaqdır.[2]
- Siyasətçi insanlara təsir etmək üçün 12 qaydanı ustalıqla tətbiq etməyi bacarmalıdır:
- mübahisədə qalib gəlmək istəyirsənsə, rəqibinin əleyhinə çıxma;
- müsahibinin fikirlərinə hörmətlə yanaş və səhvlərini üzə vurma;
- öz səhvini başa düşdükdə, bunu səmimiyyətlə etiraf et;
- sakit tərzdə söhbət etməyə çalış;
- hikkə və qəzəbə yol vermədən müsahibindən müsbət cavablar qoparmağa cəhd elə;
- qarşındakına danışmaq imkanı ver, tez-tez sözünü kəsmə;
- öz fikirlərini ona zorla qəbul etdirməyə çalışma;
- heç kəslə bağlı tərəfkeşlik etmə;
- müsahibinin dərdlərinə şərik olmağa çalış;
- öz ehtiras və duyğularını nəzarət altında saxla;
- qarşındakının həm gözünə, həm də düşüncələrinə nüfuz etməyə çalış;
- öz əsas fikrini hiss olunmadan ona təlqin etməyə səy göstər.
- Siz sahib olduqlarınıza, ya da kim olduğunuza, harada olduğunuza və ya nə etdiyinizə görə xoşbəxt və ya bədbəxt deyilsiniz; halınız bütün bunlar haqqında nə düşündüyünüzlə müəyyən edilir.
- Sizin həmsöhbətiniz bəlkə də haqlı deyil. Amma əgər o özünü haqlı sayırsa, onu buna görə qınamayın.
Ş
redaktə- Şəxsən mən çiyələyi kremlə yeməyi sevirəm. Amma balıqlar qurd yeməyi xoşlayır. Ona görə də mən balıq ovuna çıxanda özümün nə sevdiyi yox, balığın nəyi xoşladığını düşünürəm.
T
redaktə- Təbiətin ilk qanunu nizam — intizamdır.
- Tənqid poçt göyərçininə bənzəyir: həmişə geri qayıdır.[3]
U
redaktə- Unutmayın ki, hələ heç kim yuxusuzluqdan dünyasını dəyişməyib. Yuxusuzluqdan narahat olmaq yuxusuzluğun özündən daha pisdir.
- Unutmayın ki, xoşbəxtlik kim olduğunuzdan və nə olduğunuzdan asılı deyil; yalnız düşündüyünüzdən asılıdır.
Ü
redaktə- Üzə deyilən tərif həm danışanı, həm də dinləyəni rüsvay edir.
Y
redaktə- Yer üzündə hamı xoşbəxtlik axtarmaqla məşğuldur. Onu tapmağın yalnız bir yolu var. Bunun üçün siz öz düşüncələrinizi idarə etməyi öyrənməlisiniz.
- Yaxşı arvad ərinin xoşladığı şeyləri xoşlayar.
Z
redaktə- Zaman ötdükcə bir sıra dərdlərimiz də aradan qalxır.
- Zəlzələdən və ya zınqırovlu ilandan qaçdığınız kimi, mübahisədən də qaçın.