Dieqo Armando Maradona

Argentinalı keçmiş futbolçu və məşqçi
Dieqo Armando Maradona
Doğum tarixi 30 oktyabr 1960
Doğum yeri Lanus
Vəfat tarixi 25 noyabr 2020
Vəfat yeri Diqe-Luxan
Dəfn yeri Jardín Bella Vista
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ailəmin şərəfinə toxunulanda çox pis insana çevrilirəm – lap Ben Laden kimi.
  • Allah ancaq özü-özünə kömək edənlərə kömək edir.
  • Anam elə bilir, mən ən yaxşı futbolçuyam. Ona qarşı çıxmağı sevmirəm.
  • Arvadıma heç vaxt xəyanət etməmişəm. Əgər belə bir şey olsaydı, bunu heç vaxt boynuma almazdım.
  • "Avropa futbolu ölüb!"

iyun 2010, 50 yaşlı mütəxəssis Cənubi Afrika Respublikasında davam edən dünya çempionatının qrup oyunlarını şərh etdikdən sonra belə qənaətə gəlib.[1]

  • Əgər qızlarımın sevgililəri onları bircə dəfə ağlatsa, başlarına bədbəxt hadisə gələcək.
  • Futbol – stress yox, həzz və sevinc oyunudur. Stress – bütün ömrünü bir stol arxasında keçirənlərə məxsusdur.
  • İnsanlar nə vaxt başa düşəcək ki, Maradona sevinc istehsal edən aparat deyil.
  • Kobud zarafat – mənəvi qidamdır.
  • Qızlarım üçün kumirəm, bu, mənə bəsdir.
  • Mənim qanuni övladlarım – Dalma və Caninadır. Qalanları pullarımın və səhvlərimin nəticəsidir.
  • Müalicə aldığım psixiatrik xəstəxanada biri özünü Napoleon hesab edirdi, başqası San Martin (Argentina azadlıq hərəkatının liderlərindən biri – “Esquire”). Heç kimi inandıra bilmirdim ki, Maradonayam.
  • Narkotiki birinci dəfə dadanda başa düşürsən ki, tezliklə hər gün onunla mübarizə aparmalı olacaqsan. Çempionluq eyforiyasına qapılırsan. Sonra düşünürsən: nə fərqi var sabah nə olacaq, əsas odur, mən bu gün qalibəm.
  • Narkotiklər məni həyatımın ən vacib anlarından məhrum etdi: qızımın böyüməsini görmədim. Özümü heç vaxt bağışlamayacağam.

(FİFA Dünya Kuboku 1986-da İngiltərəyə əllə vurduğu qoldan sonra)

  • Oğrudan oğurluq edən bəraətə layiqdir.
  • Pele, ya mən, “Hansımız daha yaxşıyıq?” mübahisəsi mənasızdır. Çünki ikimiz də “mən” deyəcək.
  • Tanrı məni yaxşı oyunla mükafatlandırdı. Ona görə, meydançaya girəndə xaç çəkirəm. Elə bilirəm, belə etməsəm, o təəssüflənər.
  • Yaxşı ki dünyada homoseksuallar var. Gözəl qadınlar bizə qalır.

İstinadlar

redaktə