Dorian Qreyin portreti
Dorian Qreyin portreti — Oskar Uayldın əsəri.
Əsərdən sitatlar
redaktəA | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Boğmağa çalışdığımız hər bir arzu qəlbimizdə dolanır və bizi zəhərləyir.
- Bu gün insanlar hər şeyin qiymətini və heç bir şeyin dəyərini bilirlər.
- Bu gün mən özümdən bezmişəm və başqa birinə çevrilməkdən məmnun olaram.
D
redaktə- Dostlarımı gözəl görünüşünə görə, tanışlarımı gözəl xasiyyətinə görə, düşmənlərimi isə müdrikliyinə görə seçirəm.
H
redaktə- Heç vaxt saman rəngli saçı olan qadınla evlənməyin.
- Həqiqətən valehedici insanların yalnız iki növü var — hər şeyi bilən insanlar və heç nə bilməyən insanlar.
İ
redaktə- İndi bizdən hər şey üçün hədsiz qiymət tələb olunur. Mənə elə gəlir ki, kasıbların əsl faciəsi onların zahidlikdən başqa heç nəyə qadir olmamalarıdır. Gözəl günahlar, gözəl əşyalar kimi, zənginlər üçün dəbdəbədir
- İnsanla münasibətdə tale heç vaxt hesabı bağlamır.
- İnsanlar sədaqətin əhəmiyyətini o qədər şişirdirlər! Sevgidə belə, sədaqət sadəcə fizioloji məsələdir. Bunun bizim iradəmizlə heç bir əlaqəsi yoxdur. Gənclər sədaqətli olmaq istəyir və uğursuzluğa düçar olur, qocalar xəyanət etmək istəyir və bacarıqsızdırlar. Məsələ ilə bağlı deyiləcək hər şey bu qədərdir.
K
redaktə- Kilsədə düşünmürsən. Səksən yaşlı yepiskop on səkkiz yaşlı oğlan olanda ona deyilənləri danışmağa davam edir.
- Kişilər yorğunluqdan, qadınlar maraqdan evlənirlər . Hər iki tərəf məyus olur.
Q
redaktə- Qorxu optimizmimizin mərkəzindədir.
O
redaktə- O, həqiqətən də gözəldir və sürprizlərlə doludur. Onun ailə üzvlərinə olan sevgisi ən heyrətamizdir. Üçüncü əri vəfat edəndə onun saçları kədərdən qızılı rəngə boyanmışdı.
Ö
redaktə- Öz qüsurlarımı başqalarında da görəndə dözə bilmirəm.
R
redaktə- Rəssam gözəl şeylərin yaradıcısıdır.
- Ruhu hisslərin köməyi ilə, hissləri isə ruhun köməyi ilə sağalt.
T
redaktə- Təcrübə hamımızın səhvlərimizə verdiyimiz addır.