Eldar İsmayıl
şair
İsmayılov Eldar Ələsgər oğlu (Eldar İsmayıl) – şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Araz" ali ədəbi mükafatı laureatı, "Əməkdar jurnalist" (20.09.2010)
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Eldar İsmayıl haqqında deyilənlər
B redaktə
- Bu gün Eldar İsmayıl poeziyasının imtahanına yüksək qiymət vermək olar. → (AMEA müxbir üzvü, professor Yaşar Qarayev)
E redaktə
- Eldar İsmayıl vətənpərvər şairdir. Layiqli jurnalist kimi də fəaliyyəti çox təqdirəlayiqdir. → (Akademik Əhliman Əmiraslanov)
- "Eldar İsmayıl" biblioqrafiyası Azərbaycanədəbi mühitində şair-publisist, yazıçı-jurnalist, ədib-tənqidçi kimi tanınmış bir şəxsiyyətin ədəbi irsinin güzgüsüdür. → (Professor Abuzər Xələfov)
- Eldar İsmayıl müasir ədəbiyyatımızda ciddi qəbul olunan şairdir. → (AMEA müxbir üzvü, professor Nizami Cəfərov)
Ə redaktə
- Əzizim Eldar, sən hələ öz haqqını almamısan. Darıxma, Allah qoysa fəxri adlar da alarsan, prezident təqaüdü də, xalq şairi də. → (Akademik Teymur Bünyadov)
H redaktə
- Halal olsun dərdini bu qüdrətdə, bu tutumda deyə bilən qələm sahibinə. → (Xalq şairi Bəxtiyar Vahabzadə)
O redaktə
- O harada, hansı vəzifəsində işləməsindən asılı olmayaraq yazıb-yaratmaq eşqi ilə çağlayır, şeirdən-şeirə yüksəlir. → (Xalq şairi Hüseyn Arif)