Ələddin Allahverdiyev

Sovet, Rusiya və Azərbaycan alimi

Ələddin Allahverdiyev (Allahverdiyev Ələddin Məmmədhüseyn oğlu; 29 may 1947, Kəsəmən, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ) — Azərbaycan, Rusiya və SSRİ alimi, professor (2001).[1]

Ələddin Allahverdiyev
Doğum tarixi 29 may 1947
Doğum yeri Kəsəmən
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aşıq Ələsgər yaradıcılığı gözəlliklə, bu qeyri-adi sözün geniş, fəlsəfi mənasında, müdrikliklə, bəşər idrakının kamilliyi ilə çalxalanan dərin, sirli-sehrli, müəmmalı, möcüzəli, tilsimli bir ümmandır! Bu ümmanın dərinliklərinə baş vurduqca hətta poeziyanı az-çox bilən, onu sevən insan Ələsgər dühasının düşüncə, fikir tərzinin poetik-fəlsəfi ifadəsini bütövlüklə başa düşmək qarşısında aciz qalır.[2]
  • Bədii sözə hakim olan Aşıq Ələsgər "poetik düşüncə nəhri"nin "ilahi suyu"ndan içib "Tanrının söz vergisini almış, varlığını əbədiyyət ümmanında əridən" nadir Söz xiridarlarındandır.[2]
  • Dədə Ələsgər yaradıcılığı köksündə dinimizi və dilimizi, lirikanı və hikməti, tarixi və fəlsəfəni, adət və ənənələrimizi, təbiəti və gözəlliyi, elmi və ürfanı bəsləyərək yalnız özünə məxsus olan çoxşaxəli obrazlı təxəyyül çığırlarıyla daim HƏQİQƏT adlanan yola doğru istiqamətdə olmuşdur.
  • Dədə Ələsgər möcüzələrlə dolu yaradıcılığının dərinliyinə, rəngarəng çalarına, poetik dəyərinə görə Azərbaycan-Türk ədəbi irs xəzinəsində, İslam və təsəvvüf dünyasında Mövlana, Yunus Əmrə kimi dühalarla yanaşı duran, haqlı olaraq aşıq poeziyasının zirvəsi hesab edilən cahanşümul dini-fəlsəfi-poetik dühadır.[2]
  • Dədə Ələsgər Sözü, poeziyası alnına Tanrının möhür qoyduğu kamil insan təxəyyülünün, təfəkkürünün ifadə edə biləcəyi sirli, müəmmalı, sehrli, gözəlliklə, nurla, hikmətlə, müdrikliklə nəfəs alan möcüzəli bir şeir dünyasıdır.[2]
  • Eldar İsmayıl "Ulu Göyçə" poemasıyla özünə Göyçəmizin əngin göylərinə yüksələn əzəmətli heykəl qoyub.
  • Hər bir azərbaycanlının mənəvi dünyası beşikdən, ana laylasından başlayaraq xalq mahnıları, saz və muğam üstündə formalaşır, tərbiyə olunur, püxtələşir, müdrikləşir.[3][4]
  • İlham Qəhrəmanın şerlərinin əksəriyyətində el-oba ilə yaxın ünsiyyətdən, sevgidən, həyata baxışından, dünyagörüşündən yaranmış, yalnız onun özünə məxsus incə yumora malik, yüksək məna daşıyan poetik bir ironiya yatır.
  • Muğam bizim üçün milli özünüdərketmə fəlsəfəsinin kökündə bərqərar olmuş mədəni dəyər mənbəyidir. Bütöv musiqimiz bu daimayaşar mənbədən bəhrələnir, qidalanır, şaxələnir, inkişaf edir…[3][4]
  • Muğam, ozan-aşıq musiqisi bünövrəsində inkişaf edən musiqimiz şərqin ilk opera və baletini, simfonik muğamlarını, caz-muğam sintezini və s. yaratmışdır.[3][4]
  • Muğam Tanrının yaratdığı varlığın daimi dövranını əks etdirmək üçün Tanrının özünün yaratdığı ilahi səslərlə ifadə olunan, əbədiyyətdən doğub, insan qəlbindən keçib əbədiyyətə doğru gedən sehrli, müəmmalı, möcüzəli hisslər, duyğular axınıdır…[3][4]
  • Riyaziyyat bir fənn, elm kimi insanın ümumi düşüncə tərzini, təfəkkür mədəniyyətini təkmilləşdirir, onları nizama salır, məntiqi mülahizə etməyə sövq edir, onlarda dəqiqliyi və gətirilən dəlillərin, arqumentlərin hərtərəfli mükəmməlliyini tərbiyə edir.[3][4]
  • Saz sənəti xalqımızın qərinələrdən keçib gələn tarixini, onun adət və ənənələrini, qəhrəmanlıq salnamələrini, insan qəlbinin sevinc və kədər hisslərini ilahi, rəngarəng emosional, duyğulu səslərlə ifadə edən Tanrının bizə bəxş etdiyi ən dəyərli töhfəsidir.[3][4]
  • Üzeyir Hacıbəylinin musiqimizdə ən mühüm, vacib, taleyüklü xidməti, rolu onun təkcə möhtəşəm müsiqi əsərləri yaratmasında deyil, uzaqgörən dahi bəstəkar, alim, siyasi xadim kimi musiqisimizin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyən edərkən, qərb musiqi məktəbinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirərkən ilk növbədə öz milli xalq musiqimizə, muğama və aşıq musiqisinə köklənməyi əsas tutmasındadır.[3][4]

İstinadlar

redaktə
  1. Азербайджанцы за рубежом. Краткий биографический справочник. Баку, Изд-во "Papirus NP", 2016. стр.69–71. ISBN 978-9952-8299-1-4
  2. 2,0 2,1 2,2 2,3 Ələddin Allahverdiyev. Milli-mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş dahi sənətkar. "Xalq qəzeti", № 063 (29605), 30.03.2021, səh.6
  3. 3,0 3,1 3,2 3,3 3,4 3,5 3,6 3,7 "Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı". Jurnalistlər Araz Yaquboğlu və Ramil Cəbrayıla verilmiş müsahibə. Karabachmedia.az (2018–05-28)
  4. 4,0 4,1 4,2 4,3 4,4 4,5 4,6 4,7 "Türk dünyası ağsaqqalları" qəzeti, 30 may — 05 iyun, № 11(199), 2018, səh. 4–5.