Eldar Tofiq oğlu Quliyev (18 yanvar 1941, Bakı – 16 aprel 2021, Bakı) — Azərbaycan kinorejissoru, ssenaristi, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978), "Debüt" studiyasının ilk bədii rəhbəri (1987-ci ildən), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü.