Engelbert Kempfer (alm.Engelbert Kaempfer; 16 sentyabr 1651, Lemgo, Şimali Reyn-Vestfaliya – 2 noyabr 1716, Lieme, Şimali Reyn-Vestfaliya) — Səyyah. Kempfer səfərləri əsnasında Azərbaycana gəlmiş və bir müddət burada qalmışdır.
...Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini qazanmaq istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suç sayılır. Türk dili bütün şərq dillərindan asandır. Türkcənin danışıq tərzindəki vüqar və əzəmət onun sarayda və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır.[1]