Franklin Delano Ruzvelt
32-ci ABŞ prezidenti
Franklin Delano Ruzvelt - ABŞ-ın 26-cı prezidenti.

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Ayaq üstə ölmək diz üstə yaşamaqdan daha yaxşıdır.
- Azadlığa bizim qədər dərindən inanan hər kəs diz üstə yaşamaqdansa ölməyi üstün tutur.
BRedaktə
- Bir az inflyasiyaya sahib olmaq bir az hamilə qalmaqla eynidir.
- Bir millətin mədəniyyət səviyyəsi, üzərində yaşadığı torpaqları ağaclandırmasıyla ölçülər.
- Biz dörd əsas insan azadlığına əsaslanan dünya gözləyirik. Birincisi, dünyanın hər yerində söz və ifadə azadlığı. İkincisi, dünyanın istənilən yerində seçdiyiniz dinə etiqad etmək azadlığı. Üçüncüsü, dünyanın hər yerində qıtlıqdan azad olmaq. Dördüncüsü, dünyanın hər yerində qorxudan azad olmaq.
DRedaktə
- Dəniz müharibəsini gəmilərsiz qazana bilməyəcəyi kimi, ideyalar savaşını da kitabsız qazanmaq olmaz.
- Dəriniz kərgədan dərisindən bir qədər nazikdirsə, siyasətə getməyin.
- Dostlara sahib olmaq istəyirsənsə, özün də dost ol.
- Dövlət üç şeyə inanmalıdır: keçmişinə, gələcəyinə və daha yaxşı bir gələcəyə nail olmaq üçün keçmişdən nəticə çıxarmaq qabiliyyətinə.
- Dünən tarixdir, sabah bilinməyəndir, bu gün isə hədiyyədir.
ERedaktə
- Ehtiyacı olan insan azad deyildir.
HRedaktə
- Harada sülh pozulursa, o yerdə sülh təhlükə altındadır.
- Heç vaxt sol əlinizin sağ əlinizin nə etdiyini bilməsinə icazə verməyin.
XRedaktə
- Xeyir və Şər arasında qənaətbəxş bir kompromisə heç vaxt gəlmək olmaz.
- Xoşbəxtlik daha çox pula sahib olmaqda deyil, istədiyinizi əldə etməyin sevincində, yaradıcı səylərin həyəcanındadır.
İRedaktə
- İqtisadi təhlükəsizlik və müstəqillik olmadan həqiqi şəxsi azadlıq mümkün deyil.
- İrəli getməyin bir çox yolu var, ancaq dayanmağın yalnız bir yolu var.
- İşlərkən də, əylənərkən də ciddi ol.
QRedaktə
- Qorxmalı olduğumuz tək şey qorxunun özüdür.
MRedaktə
- Mövcudluğu yalnız işçilərinə yaşayış minimumundan az maaş verməkdən asılı olan şirkətlərin artıq bu ölkədə biznes fəaliyyətini davam etdirmək hüququ olmamalıdır. (...) Yaşamaq üçün kifayət qədər əməkhaqqı dedikdə, mən yaşayış minimumundan daha çox şeyi nəzərdə tuturam - mən layiqli həyat sürməyə imkan verən əmək haqqını nəzərdə tuturam.
- Müəyyən bir ölkədə milli ideologiya nə olursa olsun, onun milli maraqları dəyişməz qalır.
- Müharibə hökumətlər arasında münasibətləri nizamlamaq üçün kobud, qeyri-insani və tamamilə praktiki olmayan üsuldur.
SRedaktə
- Sabahı dərk etməyimizin yeganə həddi bugünkü şübhələrimiz olacaq. Gəlin güclü və fəal imanla irəliləyək.
- Siyasətdə heç nə təsadüfən baş verməz. Əgər bir hadisə olursa, əmin ola bilərsiniz ki, bu əvvəlcədən planlaşdırıldığı üçün baş verir.
- Sözlər böyük bir maneədir, sadəcə bunlardan istifadə etməyi bacarmalısan.
TRedaktə
- Təbiət insan zəhməti ilə çoxalmış hədiyyələrini bizə təqdim etməyə davam edir. Ancaq bolluq qapımızda olsa da, biz onun faydalarından daha az istifadə edirik. Bu daha çox ondan irəli gəlir ki, öz inadkarlıqları və bacarıqsızlıqları ilə bəşəriyyətin birja idarəçiləri uğursuzluğa düçar oldular, səhv etdilər, uğursuzluğu etiraf etdilər, sonra isə məsuliyyətdən qaçdılar.
- Təcrübəsiz adamlar elə bilirlər ki, pulla bütün problemləri həll etmək olar. [1]
- Torpaqlarını dağıdan bir millət özünü məhv edir.
İstinadlarRedaktə
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.486.