Aslanlar öz hekayələrini özləri yazmırsa ovçuların nağıllarına inanmaq məcburiyyətindəyik.
Az yatan çox bilir.
Bəla bitdi - dua unuduldu.
Bir günaha görə iki dəfə cəzalandırmırlar.
Bir yanlışı haqlı çıxarmağa çalışmaq onu ikiqat daha böyüdür.
Başqalarının arzuları üçün yox, sırf özünüz üçün düşünün.
Bir atı suya apara bilərsiniz, amma ona zorla su içirdə bilməzsiniz.
Borc vermək dostluğu itirmək deməkdir.
Böyük zəkalar birlikdə düşünürlər.
Bütün sərvətini itirən insan önəmli bir şey itirmişdir, sağlığını itirən çox şey itirmişdir, qürurunu itirən lap çox itirmişdir, ümidini itirən isə hər şeyini itirmişdir.
Canavar dumanlı havanı sevər.
Daha çox yemək yesən, daha az yaşayacaqsan.
Ehtiyac öz qaydalarını özü yazır.
Eşq hətta eşşəyi rəqs etdirər.
Eşq üçün tökülən göz yaşı ilə savaşda axan qanı heç bir şey əvəz edə bilməz.[1]
Evliliyin yeganə yaxşı tərəfi, sizi dostlarınızdan azad etməsidir.
Ədalət topaldır.
Ədalət haqqında şərhlərimiz saatlarımıza bənzəyir. Çoxu başqa-başqa yerlər göstərir və hər kəs özününkünə etimad edir.
Ən düzgün işləyən saat mədədir.
Fürsətlər çıxmaqıdca qabiliyyətlər çox az işə yarar.
Gənclər ümidləri ilə, qocalar isə xatirələri ilə yaşayırlar.
Gözləməyi bilmək uğurun sirridir.
Gözəllik , baxan kimsənin gözündədir.
Gözəllik qurban tələb edir.
Gücün hökm sürdüyü yerdə ağıl üçün yer yoxdur.
Hər ağılsıza heyran olacaq başqa bir ağılsız tapılar.
Hər bir it öz evində aslandır.
Hər şey sənə doğru gəlirsə, bəlkə sən tərs gedirsən.
Hər şeyin öz vaxtı var.
İdeallar ulduzlar kimidir, onları tutmaq mümkün deyil, amma qaranlıq gecələrdə yolumuza onlar rəhbərlik edir.
İspan inəyi kimi fransızca danışma.
Qızıl üzük əyri bir barmağı düzəldə bilməz.
Lal qadını əri heç vaxt döyməz.
Lap yaxşı – yaxşının düşmənidir.
Malı az olanın dərdi də az olar.
Öyrəndiyin hər şeyi unut və xəyal qurmağa başla.
Parıltılı göy qurşağını görmək üçün öncə yağmuru yaşamaq lazımdır.
Sağlam olmaq varlı olmaqdan yaxşıdır.
Sevgi sağalmaq istəmədiyiniz yeganə xəstəlikdir.
Sevgi üçün tökülən göz yaşı ilə müharibədə tökülən qanın əvəzi olmaz.
Sevgi və ölüm sərhəd tanımır.
Səs çıxarmayan və gurultu etməyənlər təhlükəlidir.
Söz verən borclu olar.
Sünbülün dolusu aşağı baxar, boşu yuxarı.
Şabalıdları oddan çıxarıram.
Şöhrətpərəstlik yalançılığın anasıdır.
Təmiz bir vicdan qədər yumşaq yastıq yoxdur.
Tənbəllik çox zaman səbrlə qarışdırılır.
Uğurun 5%i bacarmağı bilməkdən, 95%i bacarmaqdan doğur.
Vaxt puldur.
Vicdanın azaddırsa, Allaha inamın sonsuz olacaq.
Yaxşı tullanmaq üçün geri çəkil.
↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.158