Ağıl gözəlliyi ona deyilir ki, istər mübahisə, istər tədqiqat, istərsə kəşfdə həqiqət necədirsə, həmin hədd və həmin kəmiyyətdə qorunub saxlanılsın, nə daxili ehtimala, nə də xarici təsirə yol verilməsin. Nəsirəddin Tusi
Ailə həyatının gözəlliyi kimi heç bir şey yoxdur. Oskar Uayld
Hansısa qadın sizi gözəlliyi ilə valeh edibsə, amma heç cür onun nə geyindiyini xatırlaya bilmirsinizsə – deməli o, qüsursuz geyinibmiş. Koko Şanel
Hər bir insanın ilahi ruhdan payı və deməli, özünəməxsus gözəlliyi var. Sadəcə olaraq, cismani yetkinlik dövründəki ideyadan sapmalar bu ilkin gözəlliyi pərdələdiyindən, onu adi gözlə görmək mümkün olmur. Əbu Turxan
Hər hansı bir şeyin gözəlliyi onun öz ideyasına uyğunluğu ilə ölçülür. Əbu Turxan
Hər qadın gözəl doğulmur, amma 30 yaşına qədər özünü gözəlləşdirə bilməyibsə, bu onun öz axmaqlığıdır. Koko Şanel
Həyatın qəlbinə çatanda sən gözəlliyi hər şeydə görəcəksən, hətta gözəlliyə kor olan gözlərdə belə. Cübran Xəlil Cübran