Fransua Fenelon
Fransua Fenelon - fransız yazıçısı
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
BRedaktə
- Biri haqqında mühakimə yürütmək istəyirsinizsə, dostlarının kim olduğuna baxın.
- Biz yaxınımızı həqiqi sevgi ilə o vaxt sevirik ki, yaxınımıza sevgi Allaha sevgidən yaranıb.
- Bizim nə qədər bilməyimizin, nə qədər ağıllı olmağımızın və hətta nə qədər mehriban olmağımızın əhəmiyyəti yoxdur; hər şey ürəkdən sevgidən asılıdır.
- Bütün müharibələr vətəndaş müharibəsidir, çünki bütün insanlar qardaşdır.
HRedaktə
- Heç kimi sevməmək yaşamamaq deməkdir; zəif sevmək yaşamaq deyil, əzab çəkməkdir.
- Heç şübhəsiz ki, qızların pis təhsili almaları oğlanların pis təhsilindən daha zərərlidir.
- Həqiqətə nifrət edən insan həqiqəti söyləməyə cəsarət edənə belə nifrət edir.
- Hər bir insanın üç gəncliyi olur: bədənin gəncliyi, ürəyin gəncliyi və ağılın gəncliyi. Bədbəxtlikdən onlar heç vaxt üst-üstə düşmür.
İRedaktə
- İnsanların ən bədbəxti digər insanları səfil etməklə xoşbəxt olacağını zənn edən insandır.
- İnsanların hərisliyi və tamahı xoşbəxt olmamaqlarının yeganə səbəbidir.
LRedaktə
- Laqeydlik ruhun ən ciddi xəstəliyidir.
MRedaktə
- Müharibə bəşər övladına ləkə gətirən pislikdir.
NRedaktə
- Nə qədər çox söyləsən qarşındakı o qədər az xatırlayar. Az söylə də qazancın çox olsun.
- Nifrət etdiyimiz adamın nəsihətlərinin yaxşı olduğunu bildiyimiz halda qəbul etməyi sevmirik.
ORedaktə
- Olduqca gözəl sözlər inamsızlıq yaradır.
ÖRedaktə
- Özünü mükəmməl kimi göstərməmək kamilliyin sübutudur.
SRedaktə
- Saysız-hesabsız xalqlar və ən güclü ordular bir qalaq torpaq üzərində bir-birinə meydan oxuyan qarışqalara bənzəyirlər.
ŞRedaktə
- Şöhrətdən məst olmuş fateh, məğlub olmuş xalqlar kimi, qalib xalqları da eyni şəkildə məhv edir.
TRedaktə
- Tərifdən qaçın, amma buna layiq olmağa çalışın.
- Türbə iki dünyanın sərhəddində ucaldılmış abidədir, bütün yer kürəsi milyonlarla varlığın basdırıldığı nəhəng bir qəbiristanlıqdır.
URedaktə
- Uşaqların beyni küləkli bir yerdə yandırılan bir şam kimidir, işığı daim qərarsızdır.
MənbəRedaktə
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014.