Fransua Saqan (21 iyun 1935 – 24 sentyabr 2004) — Fransa yazıçısı, dramaturq.

Fransua Saqan
Doğum tarixi 21 iyun 1935
Doğum yeri Cajarc
Vəfat tarixi 24 sentyabr 2004
Vəfat yeri Équemauville
Dəfn yeri Cemetery of Seuzac
Şəxsi veb-saytı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Başqalarının nöqsanlarını düzəltmək borcumuz olduğuna inanmayanda alışırıq.
  • Bədbəxtlik insana heç nə öyrətmir və təslim olmaq iyrənc bir şeydir.
  • Bircə əsl sükut var: ölüm.
  • Birlikdə gülmək bacarığı sevgidir.
  • Bütün evliliklər uğurlu olur. Çətinlik yalnız birlikdə həyat başlayanda yaranır.
  • Diqqətsizlik həyatımıza ilham verə bilən və özünü müdafiə etmək üçün arqumentləri olmayan yeganə hissdir.
  • Əgər kişi qadına kifayət qədər əhəmiyyət verirsə, heç bir qadın erotizmlə maraqlanmaz.
  • Evli qadını gülləri özü alması ilə tanımaq olar.
  • Heyranlıq donmuş sevgidir.
  • Həyatı sevən adamın heç vaxt onu təsvir etməyə sözləri çatmaz.
  • İnsan özünü başqalarına tam açıb göstərə bilməz.
  • İnsanlar istədiklərini etməkdə sərbəst olduqda, adətən bir-birlərini təqlid etməyə başlayırlar.
  • Kişilər nə olduqları ilə, qadınlar isə olmadıqları ilə öyünürlər.
  • Kişilərin kişi kimi davranması xoşuma gəlir — enerjili və uşaqcasına.
  • Kitab yazan insanlar nadir hallarda ziyalıdırlar. Ziyalılar başqalarının yazdığı kitablardan danışan insanlardır.
  • Kostyum kişiləri onu sizdən götürməyə ruhlandırmırsa, heç bir əhəmiyyət kəsb etmir.
  • Qadın nə vaxt gözəl olur? Kişilər onun olduğunu düşünəndə.
  • Qadının əsl gücü, kişinin onu sevməsinin səbəbidir, baxmayaraq ki, bu səbəbin arxasında ən pis şey gizlənir.
  • Qadınlar haqqında heç nə bilməyən iki növ kişi var: evli kişilər və subay kişilər.
  • Maraq bütün hikmətlərin başlanğıcıdır.
  • Mənim üçün xoşbəxtlik sağlamlıqdan zövq almaqdan, qorxmadan yatmaqdan və iztirabsız oyanmaqdan ibarətdir.
  • Müharibədə olduğu kimi eşqdə də — vay halına məğlub olanların.
  • Pul heç kimi xoşbəxt etmir, amma mən avtobusda deyil, Jaguarda ağlamağı üstün tuturam.
  • Sevgi bir növ yeməkdir: maddi ədviyyatlar olmadan iştaha itir.
  • Sevgi dünyada ən xoş, ən doğru, ən ədalətli şeydir. Və bunun üçün nə ödədiyinizin əhəmiyyəti yoxdur.
  • Sevgi gözəl bir xəstəlik kimidir və ondan əziyyət çəkməmək ayıb olardı.
  • Sevgi insanları tənhalıqdan azad edə bilər və insanların sevgisiz yaşaya bilməyəcəyini anlamaq əsl kədərdir.
  • Sevgi qadınları dəyişdirir, gözəlləşdirir. Amma qadın sevilmək üçün gözəl olmalıdır.
  • Sevmək təkcə istəmək deyil, hər şeydən əvvəl anlamaqdır.
  • Sağlam kişi həmişə qadınları başa düşdüyünü iddia edir. Aşiq olan kişi onları həqiqətən başa düşmək üçün mübarizə aparır.
  • Üç qadının bildiklərini — hamı bilir.

İstinadlar

redaktə