Fransua de Laroşfuko

Laroşfuko Fransua de (1613-1680) - Fransız yazıçısı və maarifpərvəri.

Fransua de Laroşfuko
Doğum tarixi 15 sentyabr 1613
Doğum yeri Paris
Vəfat tarixi 17 mart 1680
Vəfat yeri Paris
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adamları oxumaq kitabları oxumaqdan daha xeyirlidir.
  • Adamları öyrətmək, adamları öyrənməkdən asandır.
  • Adətən kiçik işlərdə həddən çox canfəşanlıq edənlər böyük işlərə yaramırlar.
  • Ağıllı adam axmaqların əhatəsində olmasaydı daha tez-tez çətin vəziyyətə düşərdi.
  • Aldadılmanın ən yaxşı yolu, özünü hər kəsdən hiyləgər sanmaqdır.
  • Az, amma dürüst bir zəka, zamanla çox amma pozğun bir zəkadan daha çox can sıxar.
  • Bağışlamaq istəyi ya qorxudan, ya gücsüzlükdən, ya da fədakarlıqdan irəli gəlir.
  • Baş həmişə ürəyə aldanır.
  • Başqalarının qüsurlarını ölçərkən barmağı ilə tərəzinin gözünü basmayan adam çox azdır. [1]
  • Bəzən sevdiyimizin bizə yanıldığımızı ifadə etməsi, bizi aldatmasından daha ağır gəlir.
  • Bəzən ağıllı fikir də insanı pis vəziyyətdə qoya bilər.
  • Bir adamın dəyəri, böyük qabiliyyətləri ilə deyil, onları necə istifadə etdiyinə baxılaraq ölçülməlidir.
  • Bir günəşə, bir də ölümə dimdik baxılmaz.
  • Bir halda ki, mən öz sirrimi saxlaya bilmirəm, başqası bu sirri necə saxlaya bilər.
  • Bir şey nə qədər ciddi-cəhdlə gizlədilsə, bir o qədər tez aşkar olar.[2]
  • Bir zamanlar sevilməyə layiq olmuş yaşlı kəslər üçün ən təhlükəli gülünclük, artıq elə olmadıqlarını unutmalarıdır.
  • Biz hər hansı şəxsi gələcəkdə ondan xeyir gözlədiyimiz üçün tərifləyirik.
  • Bizi nə qədər tərifləsələr də, özümüz haqqında bizə yeni bir şey öyrətmiş olmazlar.
  • Böyük adamların şöhrəti, bu şöhrətə yetmənin üsulları əsasında qiymətləndirilməlidir.
  • Böyük düşüncələr böyük hisslərdən yaranır.
  • Bütün ehtiraslar bizə cinayət törədir, amma, bizi ən gülünc səhvlərə salan eşqdir.
  • Bütün xətalarımızdan ən asan bağışladığımız tənbəllikdir.
  • Ciddilik, zehin əskikliklərini örtmək üçün icad edilmiş bir rəftardır.
  • Cinayət özünə daha asan himayədar tapa bilər, nəinki məsumluq.
  • Çaylar dənizdə itdikləri kimi, fəzilətlər də mənfəətdə itərlər.
  • Dinə möhkəm bağlı olmaq istəyən çoxdur amma, təvazökar olmağa kimsə yanaşmaz.
  • Dünya üzərində müvəffəqiyyətli ola bilmək üçün, müvəffəqiyyətli kimi görünməmizi təmin edən hər şeyi edərik.
  • Dünyada qoca olmaq məharətinə yiyələnən, əsl qoca olmağı bacaran çox az qoca var.
  • Düşmən istəsəniz dostlarınızı keçməyə çalışın. Dost istəsəniz, buraxın, dostlarınız sizi keçsin.
  • Düzəltmək istəmədiyimiz qüsurlarımızla öyünməyə çalışarıq.
  • Edilən iş nə qədər parlaq olursa olsun, yüksək bir məqsədin nəticəsi deyilsə, böyük sayılmamalıdır.
  • Elə göz yaşlarımız var ki, başqalarını aldatdıqdan sonra dəfələrlə bizi də aldadır.
  • Elə qüsurlar vardır ki, böyük qabiliyyətləri meydana gətirərlər.
  • Elə uğursuz vəziyyət yoxdur ki, ağıllı ondan nəsə bir xeyir götürməsin, elə uğurlu durum yoxdur ki, axmaq onu öz əleyhinə çevirməsin.
  • Elm mahiyyət etibarilə həqiqət axtarışıdır.
  • Eşqdə olduğu kimi dostluqda da, insan bildiyi şeylərdən çox bilmədikləri üzündən xoşbəxtdir.
  • Eşqdən müalicə edən bir çox dərman vardır, amma yaxşılaşdıracağı qəti olanı yoxdur.
  • Eşqbazlıqda ən az olan şey eşqdir.
  • Evlənmənin yaxşısı olar amma qüsursuzu olmaz.
  • Ədəb qanunların ən kiçiyi olsa da, ən ciddi əməl olunanı, riayət edilənidir.
  • Əgər başqalarını aşağı görməsəydik başqalarının yüksəkdən baxmalarından şikayətlənməzdik.
  • Əksər qadınlar ehtirasları güclü olduğu üçün deyil, zəiflikləri çox olduğu üçün imtina edirlər. Ona görə təşəbbüskar kişilər ümumiyyətlə belə uğur qazanırlar, baxmayaraq ki, onlar heç də ən cəlbedici deyillər.
  • Ən comərdcə verilən şey öyüddür.
  • Əsl dost yer üzünün əşrəfidir, ancaq çox az adam onu tapmağa çalışır.
  • Əsl dostluq paxıllıq hissi nə olduğunu bilməməkdir.
  • Əsl dostluğa əsl məhəbbətdən də az rast gəlinir.
  • Əsl həqiqətdə biz nə istədiyimizi, nə axtardığımızı heç vaxt axıra qədər dərk edə bilmərik.
  • Əsl sevgini tapmaq çox çətindir, amma əsl dostluğu əldə etmək ondan da çətindir.
  • Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb.
  • Fərqinə varmadan başqalarını aldatmaq nə qədər çətindirsə, fərqinə varmadan özünü aldatmaq o qədər asandır.
  • Gerçək eşq xəyalət kimidir. Hər kəs ondan danışır, amma görən çox azdır.
  • Gözəl qadınlar üçün ləl-cəvahirat nə isə, qabiliyyət üçün də yüksəklik odur.
  • Gözəl hərəkətləri tərifləmək, bunlarda bir növ pay sahibi olmaq kimidir.
  • Gözəl keyfiyyətlərə malik olmaq azdır, onlardan istifadə etməyi də bacarmaq lazımdır.
  • Günəşin və ölümün üzünə dik baxılmaz.
  • Hamı öz yaddaşından gileylənir, ancaq heç kəs ağlından şikayətlənmir.
  • Hamıdan ağıllı olmağı arzulamaqdan daha böyük axmaqlıq ola bilməz.
  • Hamımız yaltaqlığı pisləyib yamanlayırıq, ancaq özümüz bizə yaltaqlananlara, bizi öyənlərə nəinki dözür, hətta onlara rəğbət duyuruq.
  • Hamımızın başqalarının bədbəxtliyinə dözmək üçün kifayət qədər gücü var.
  • Heç kim başqalarına tənbəl insanlar qədər tələsməz: tənbəlliklərini qane edərək, çalışqan görünmək istəyirlər.
  • Heç vaxt sevgilisi olmayan qadınları tapa bilərsiniz; ancaq birinə sahib olanları tapmaq çətindir.
  • Həqiqi dostluq paxıllığın nə olduğunu bilmədiyi kimi, əsil məhəbbət də naz-qəmzənin nə olduğunu bilmir.
  • Həqiqi insan ləyaqətinin bir üstünlüyü də ondadır ki, hətta paxıl adamlar da onu tərifləməyə məcburdur.
  • Həqiqi sevgi kabus kimidir: hamı onun haqqında danışır, amma çox az adam onu görüb.
  • Həmişə hamıdan ağıllı görünmək istəyindən böyük axmaqlıq ola bilməz.
  • Hər kəs yaddaşından şikayətçi, lakin qərqrlqrından razıdır.[3]
  • Hiylə və xəyanət zəif adamlara xas olan əməldir.
  • Hiyləgərlik dayaz ağlın əlamətidir.
  • Xəyanətə çox vaxt düşünülmüş şəkildə yox, kortəbii halda, xarakterin zəifliyi üzündən yol verilir.
  • Xırda işlərə həddindən artıq meyl edən adamlar, adətən, böyük işlər görməkdən məhrum olurlar.
  • Xoşbəxtliyi öz daxilində tapa bilmirsənsə, onu başqa yerdə axtarma.
  • İkinci bir sevgi tapa bilməzsək, birincisinə uzun müddət bağlı qalarıq.
  • İkiüzlülük rızalıtin ləyaqətə ödədiyi vergidir.
  • İlk istəkdən əl çəkmək nisbətən asandır, amma istəklər artdıqca nəfsə yiyə durmaq çətinləşir.
  • İlk sevdiklərində qadınlar, aşiqlərini sevərlər, o birilərdə isə sevdikləri eşqdir.
  • İnsan heç vaxt xoşbəxt yaxud da bədbəxt olmur, o həmişə özünü belə hiss edir.
  • İnsanı ümumilikdə tanımaq hər hansı bir fərdi ayrılıqda tanımaqdan çətindir.
  • İnsanın ən səxavətlə payladığı şey məsləhətdir.
  • İnsanın əsl ləyaqətinin əlaməti odur ki, hətta paxıllığını çəkənlər də onu tərifləməyə məcburdurlar.
  • İnsanların çoxu üçün təşəkkür, yalnız daha böyük köməklər üçün gizli bir ümiddir.
  • İnsanların xoşbəxtlikləri ya da bədbəxtlikləri, qədərin olduğu qədər də xarakterlərinin əsəridir.
  • İnsanların sahib olduğu deyil, iddiasında olduğu keyfiyyətləri maraqlıdır.
  • İşıq əşyanı necə aydınladırsa, gələcək də yaxşı və pis tərəflərimizi o cür aydınladır.
  • Kəbin yeganə müharibədir ki, həmin dövrdə siz düşmən ilə yatırsınız.
  • Kiçik qüsurlarımızı etiraf etməyimiz, böyük qüsurlarımız olmadığına hər kəsi inandırmaq üçündür.
  • Kim ki, daha qüvvətlə sevir, o, hiss etmir ki, artıq çoxdan bəri sevilmir.
  • Kim yüksək adı şərəflə daşıya bilmirsə, bu ad onu əsla yüksəltmir, daha da alçaldır.
  • Kin bəsləmək cılız adamların adətidir.
  • Kinimiz böyüdükcə, kin saxladığımız kimsədən daha kiçilərik.
  • Qadın ilk dəfə sevəndə ancaq sevgilisini, daha sonra isə sevgisini sevir.
  • Qadınların cəhənnəmi qocalıqdır.
  • Qadınların çoxunun dostluqdan bir şey anlamamaları, eşqi daddıqdan sonra dostluğun yavan gəlməsidir.
  • Qısqanclıq sevgi ilə bərabər yaranır, amma onunla birgə ölmür.
  • Qısqanclıq şübhə ilə qidalanır; şübhələr güvənə çevrildikdən sonra ölür və ya qəzəblənməyə başlayır.
  • Qocaldığını bilən çox az adam var.
  • Qorxaqlar, adətən, öz qollarının gücünü dərk etmirlər.
  • Qorxu və ümid bir-birinə bağlıdır; qorxusuz ümid, ümidsiz də qorxu ola bilməz.
  • Qüsursuz olsaydıq, başqalarının qüsurlarını tapıb ortaya çıxarmağa bu qədər maraq göstərməzdik.
  • Müdriklikdən sonra insanlara edilmiş ən gözəl hədiyyə – məhz dostluqdur.
  • Müstəqil həyata qədəm qoyan gənclər utancaq və təvazökar olmalıdır, öünə arxayınçılıq və lovğalıq son nəticədə azğınlğa çevrilə bilər..
  • Nə günəşə, nə də ki, olümə gözlərini zilləyib baxmaq olmaz.
  • Nədənsə insanlar varlı və şöhrətli adamla rastlaşdıqda nəzakətli olur, lakin sevinmirlər. Yoxsul və məzlum adamla rastlaşdıqda isə sevinir, lakin nəzakətli olmurlar.
  • Nəsihət vermək asan, nümunə olmaq çətindir.
  • Nümayişkaranə sadəlik riyakarlıqdır.[4]
  • O qisim kinli adamlar daha qorxuludur ki, xeyirxahlıqdan heç də büsbütün xali deyillər.
  • Öz qüsurlarımızın tam ziddləriylə öyünərik: İradəsizikmi, inadçı olmaqla öyünərik.
  • Özünü hamıdan hiyləgər bilən adamı tez aldatmaq mümkündür.
  • Paxıllıq nifrətdən də barışmazdır.
  • Sevən qadın qəlbi böyük kobudluğu asanlıqla bağışladığı halda, kiçik bir vəfasızlığı heç cür bağışlaya bilmir.
  • Sevgi alov kimidir, sakitlik bilmir; o, yalnız ümidi itirdikdə və qorxmadıqda yaşaması dayanır.
  • Sevinci bizə ətrafımızdakılar deyil, bizim ərtafımızdakılara olan münasibətimiz bəxş edir.
  • Sevmək, sevməmək insanın əlində olmadığına görə, nə aşiq sevgilisinin vəfasızlığından, nə də sevimli aşiqinin qeydsizliyindən şikayətdə haqlıdır.
  • Sevməkdən usandığımız zamanlar, sevgilimizin sədaqətsizliyi bizi sədaqət zəruriliyindən qurtardığı üçün, xoşumuza gedər.
  • Səhv etdiyini qəbul etməyənlər ən çox səhv edənlərdir.
  • Səmimilik tək-tük adamlarda aşkar oluna bilər və çox vaxt fəndlərdən ən ağıllısıdır - səmimiyyətə, çox vaxt başqalarından açıq etirafları çəkib çıxarmaq məqsədilə əl atırlar.[5]
  • Söhbəti ağıl yox, qarşılıqlı inam canlı edir.
  • Şərin də xeyir kimi öz qəhrəmanları var.
  • Tale, əsasən, bəxti gətirməyənlər tərəfindən kor sayılır.
  • Taleyin bizə göndərdiyi hər şeyi əhval-ruhiyyədən asılı olaraq qiymətləndiririk.
  • Təbiət bizə fəzilətlər bəxş edir və tale onları göstərməyə kömək edir.
  • Təvazökarlıq ləyaqət artırır.
  • Uğuru gizlətmək ən böyük uğurdur.
  • Ümidlərimizə görə söz verər və qorxularımıza görə hərəkət edərik.
  • Üstün xüsusiyyətlərlə doğulmuş olmanın ən gerçək əlaməti, qısqanclıq duyğusundan məhrum doğulmuş olmaqdır.
  • Vicdanlı qadınların çoxu qapalı xəzinələrdir, ancaq hələ heç kim onları axtarmadığı üçün toxunulmazdır.
  • Yaxşı bir nəsihətdən faydalanmaq, ən az onu vermək qədər sağlam fikirə ehtiyac duyar.
  • Yalançı başqalarını aldatdığını zənn edir, əslində isə o özünü aldadır.
  • Yanıldığını əsla qəbul etməyənlər, ən çox yanılanlardır.
  • Yaşadığımız illərin sayına baxmayaraq, çox vaxt təcrübəmiz çatışmır.
  • Yaşlanmasını bilən çox az insan vardır.
  • Yoxluq kiçik sevgiləri azaldır və böyük sevgiləri artırır, çünki külək şamı söndürür və tonqal yandırır.
  • Zəif xarakterli adamlar səmimi ola bilməzlər.

Mənbə

redaktə
  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014

İstinadlar

redaktə
  1. Aforizmlər. Bakı, 2013. səh.51.
  2. Xəzinə. Bakı, 1997. səh.56
  3. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh. 281
  4. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh.357
  5. Robert Qrin. Hakimiyyətin 48 qanunu.Bakı,2014. səh.83