Fridrix Bodenştedt

Fridrix Bodenştedt (alm. Friedrich Martin von Bodenstedt; 22 aprel 1819 – 18 aprel 1892) – Alman şairi, yazıçısı və tərcüməçisi.

Fridrix Bodenştedt
Doğum tarixi 22 aprel 1819
Doğum yeri Payne
Vəfat tarixi 18 aprel 1892
Vəfat yeri Visbaden
Dəfn yeri Nordfriedhof
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllı danışmaq çox vaxt çətindir; həssas sükut adətən daha çətindir.
  • Ağıllılar axmaqların yanına getməlidirlər, əks halda ağılsızlar heç vaxt müdriklərin yanına getmədiyi kimi müdriklik də itirər.
  • Başqasını özümüzdən çox seviriksə, qısqanclıqdan qaçmaq çətindir.
  • Bir damla sevgi qızıl şəlalədən də artıqdır.
  • Çox nadir rast gəlinən əsl dostluğun dəyərini ancaq qocalıqda qiymətləndirmək olar. Gənclərin bu haqda heç bir fikri yoxdur.
  • Hamı yaxşı bilir ki, bir saatlıq səmimi ünsiyyət insanları on illik adi münasibərlərdən daha çox yaxınlaşdırır.[1]
  • Həqiqətə susayan şahzadələr var, amma buna dözə bilən mədələri azdır.
  • Hərəkətdə və davranışda əsl təvazökarlıq, ona nail olmaq üçün vicdanlı səylərimizə baxmayaraq, qarşımızda duran yüksək məqsəddən nə qədər uzaq olduğumuz hissindən irəli gəlir.
  • Hikmət lütfə güc verir, lütf hikmətə parlaqlıq verir.
  • Nifrətin sənin cəzandır.
  • Yalnız bir hikmət məqsədə aparır, lakin onun sehrləri çoxdur.

Haqqında sitatlar

redaktə
  • Bodenştedtin büründüyü Şərq maskasını çıxarıb atsaq, söhbət yalnız az ya çox dərəcədə ruhla dolu orijinal əsərlərin yenidən işlənməsindən gedə bilər. (Paul Heysenin — Nobel mükafatı laureatı)

İstinadlar

redaktə
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.472