Gün keçdi (film, 1971)


"Gün keçdi" — kinorejissor Arif Babayev tərəfindən 1971-ci ildə çəkilmiş geniş ekranlı bədii film.

Filmdən sitatlar

redaktə

A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bu evlər, ilk məhəbbət kimidir. Keçib gedir, saxlaya bilmirsən. Heyfsilənirsən, amma saxlaya bilmirsən...
  • Gün keçdi, amma ömür hələ keçməyib. Ömrün daha yaxşı günləri hələ qabaqdadır.
  • - Həyatda məncə, ən gözəl şey odur ki, insan özü üçün bir nağıl uydura bilsin. Əfsanə, ya həqiqət dəxili yoxdur. Əsas budur ki, uydurduğu nağıla inansın.
  • - Yaxşı de görüm işindən razısan?

- Ümumiyyətlə baxanda razıyam. Bilirsən illər keçir, yaşa dolduqca hər şeyə ayıq baxırsan. Başa düşürsən ki, bəşəriyyətin dahisi deyilsən. Başa düşürsən ki, həyatda sənin kimilər çoxdur. Elə ki, bunları başa düşdün, onda yaşamaq da asan olur. Sakitcə oturub öz işini görürsən.


İstinadlar

redaktə