Hüseyn xan Naxçıvanski

Rus İmperiyasında General-Adyutant

Hüseyn xan Kəlbəli xan oğlu Naxçıvanski (1863–1919) — Rusiya imperiyasının azərbaycan əsilli hərbi xadimi.[1] Tam süvari qoşunu generalı (1916).

Hüseyn xan Naxçıvanski
Doğum tarixi 9 avqust 1863
Doğum yeri Naxçıvan
Vəfat tarixi naməlum dəyər
Vəfat yeri Sankt-Peterburq
Vikipediya məqaləsi
İmperator II Nikolay və Hüseyn xan Naxçıvanski

Hüseyn xan Naxçıvanski haqqında sitatlar

redaktə
  • Çoxlarına təəccüblü və anlaşılmaz görünür ki, əsrlər boyu davam edən monarxiya sisteminin süqutu öz ənənələrində tərbiyə olunan ordu arasında nəinki mübarizəni, hətta ayrı-ayrı fəsadları da yaratmadı. Ordu öz Vendini yaratmadı…. Kəskin etirazın yalnız üç epizodunu bilirəm: Petroqraddakı iğtişaşların ilk günlərində Baş Qərargah tərəfindən təşkil edilən general İvanovun Çarskoye Selo bölgəsindəki hərəkəti çox təcrübəsiz edildi və tezliklə ləğv edildi, və 3-cü süvari və qvardiya süvari korpusunun komandirləri Keller və Naxçıvanski tərəfindən göndərilən iki teleqram…. Hər ikisi də "üsyanı" yatırmaq üçün özlərini və qoşunlarını dövlətin sərəncamına təqdim etdilər …[2]
    • General A. İ. Denikin.
  • General Xan Naxçıvanski müharibədən əvvəl süvari diviziyasına rəhbərlik edirdi və özünü təsadüfən müəyyən bir dərəcədə böyük bir süvari dəstəsinin başında tapdı. Bütün xidmətini sıralarda , yapon yürüşü zamanı komandanlıq etdiyi Dağıstan süvari alayında və süvari alay qvardiyasında keçirdi. Geniş bir hərbi təhsili yox idi, rəhbərlərinin əmrlərinə həssaslıqla itaət edirdi, şəxsən çox cəsarətli idi. Bilavasitə birbaşa tabe olan bölmə rəhbərlərini əllərində tutmağı bilmirdim, bəzən birbaşa əmrlərə tabe olmur, öz başlarına hərəkət edirdilər, lakin döyüş hədəflərinə çatmaq üçün deyil, bölmələri üçün ən yaxşı şərait əldə etmək üçün təşəbbüs göstərirdilər. Xan Naxçıvanskinin özüdə daha öncə komandanlıq etdiyi hissələrə daha çox bağlılığı var idi (qarovul gəlməmişdən əvvəl — özünün 2-ci süvari diviziyası, qarovul gəldikdən sonra — 1-ci süvari diviziyasına); bu hissələrdəki itkilər ona çox güclü təsir bağışlamışdı. Nəhayət, mülayim və çox mehriban bir insan olan Xan Naxçıvanski məsuliyyətsiz təsirlər altına düşdü. Öz komandanlığı altında əlindən gələni əsirgəmədən vuruşan və işləyən, ancaq özlərinə xüsusi diqqət və xüsusi münasibətə alışmış qvardiya hissələrinin ən parlaq alaylarını tutaraq olduqca çətin vəziyyətdə rəhbərlik etməli idi. Xan Naxçıvanski, bacarığı və anlayışı ilə ən yaxşı şəkildə hərəkət etdi, şəxsi mənfəət axtarmadı, 1-ci Ordunun süvari diviziya rəhbərlərinin ən yaxşısı idi, hamısı müstəqil olandan sonra, ona qarşı pis hərəkət etdilər[3].
    • Hərbi tarixçi V. Roqvold.
  • 3-cü Ordunun geri çəkilən hissələrinin ön hissəsində, Xan Naxçıvanskinin süvari korpusu Vistula çayı xəttinə yaxınlaşdı və piyada birləşmələrinin gözü qarşısında, Alman artilleriya, pulemyot və tüfəng atəşinin qasırğası altında düşmənə hücum etdi. Hücuma tələsən süvarilərin görünməsi nəinki piyada birləşmələrində ruh yüksəkliyini qaldırdı, yaralılar da ayağa qalxdı və süvarilər ilə düşmənə tərəf qaçmağa hazır oldular[4]
    • Hərbi tarixçi A. A. Qordeyev

İstinadlar

redaktə
  1. "Хан-Гуссейн-Нахичеванский" — regiment.ru . Retrieved 29 July 2013.
  2. Деникин А. И. Глава VI. Революция и армия. Приказ № 1. Очерки русской смуты. Париж. 1921.том I.
  3. Рогвольд В. "Конница 1-й армии в Вост. Пруссии (август-сентябрь 1914 г.)" М. 1926, С.166
  4. Гордеев А. А. История казаков. Великая война 1914–1918 гг. Отречение государя. Временное правительство и анархия. Гражданская война. — М.: Страстной бульвар, 1993. Летние операции 1915 года на Русском фронте.