Ağlımız tanrının bir hədiyyəsi isə və inancımız haqqında eynisini fərz etsək, tanrı bizə uzlaşmayan, zidd iki hədiyyə vermişdir demək. Deni Didro
Amma sənə bir hədiyyə oğurlayacaqdım. Homer Simpson
Azad olacaq şəxs özü özünü azad etməlidi.Azadlıq insanın qucağına düşən sehrli hədiyyə deyil.Azadlıq nədir?Azadlıq birinin özünə qarşı məsuliyyət ixtiyarıdır. Maks Ştirner
Azadlıq mədəniyyətin insana bir hədiyyəsi deyil. Heç mədəniyyət yox ikən insanoğlu çox daha azad idi. Ziqmund Freyd
Bir əmirin hədiyyə qəbul etməsi haramdır, hakimin rüşvət alması kafirlikdir. Məhəmməd peyğəmbər
Bir gün ki o gün heç gəlməyə bilər səndən bir yaxşılıq istəyəcəyəm, o zamana qədər bunu bir hədiyyə olaraq qəbul et. Xaç atası (film, 1972)
Ehtiras: bütün azad ürəklər üçün günahsız və sərbəst, yerin xoşbəxtlik bağı, bayram bolluğu və gələcəyin hədiyyəsidir. Fridrix Nitsşe
Əgər yeni doğulmuş körpəyə hədiyyə vermək imkanım olsaydı, mən yalnız bir şeyi seçərdim – Yaxşı xəsiyyət. Aqata Kristi
Gözəllik - qadınlara verilən ilk hədiyyə, eyni zamanda geri aldığı ilk şeydir.Çili atalar sözləri
Hətta hədiyyə gətirən danaylılardan da qorxuram. Vergili
Həyatın müxtəlif çətinliklərinə qarşı bu üç şey hədiyyə edilmişdir: ümid, yuxu və gülmək. İmmanuel Kant
Ölüm, bəzən cəza, bəzən bir hədiyyə, çox vaxt da bir lütfdür. Seneka