Henri Luis Manken
Henri Luis Manken - (1880-1956) amerikalı jurnalist, esseist və satirik. Skott Fitscerald Menkeni "Amerika ədəbiyyatı üçün hamıdan çox iş görən adam” adlandırırdı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Arvad o kəsdir ki, etdiyi əməldən tövbə edər, amma yenə də mütləq edər.
BRedaktə
- Bütün fəlsəfə mahiyyət etibarı ilə bir filosofun bütün digər filosofların eşşək olduğunu sübut etməyə çalışması ilə bağlıdır. Adətən o, uğur qazanır, üstəlik, özünün də eşşək olduğunu inandırıcı şəkildə sübut edir.
ERedaktə
- Ev böyüklərin kiçik, kiçiklərin isə böyük olduğu yerdir.
ƏRedaktə
- Ən çox paxıllıq etdiklərinə nifrət edirlər.
HRedaktə
- Həqiqət elə bir şeydir ki, kimisə nüfuzdan sala bilər.
İRedaktə
- İki qadının öpüşündə boksla əl sıxma kimi bir şey var.
KRedaktə
- Kimsə vətənə məhəbbətindən danışırsa, deməli, onun qarşılığını gözləyir.
- Kişi dörd içki içdikdən sonra, qadın isə dörd öpüşdən sonra dözümünü itirir.
- Kişilər qadınlardan qat-qat yaxşı yaşayırlar: birincisi, gec evlənirlər, ikincisi, tez ölürlər.
- Kitab oxumağın bizə öyrətdiyi əsas şey çox az kitabın oxunmaq üçün dəyərli olmasıdır.
QRedaktə
- Qonşularınız haqqında pis düşünmək günahdır, amma səhv etmək olmaz.
SRedaktə
- Sərvət, arvadınızın bacısının ərinin gəlirindən ən azı yüz dollar çox olan illik gəlirdir.
- Subay kişilər qadınlar haqqında evli kişilərdən daha çox şey bilərlər. Əgər bilməsəydilər onlar da evlənmiş olardı.
- Subay kişilərin vicdanı var, evlilərinsə arvadları.
URedaktə
- Uğursuzluqlarına gülən insan, qanuni imtiyazlarını qəsb etdiyinə görə onu bağışlaya bilməyən çoxlu dostlarını itirir.
VRedaktə
- Vicdan deyilən şey birinin bizə nəzarət etdiyini xəbərdar edən bir səsdir.[1]
İstinadlarRedaktə
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 502