Baxmayaraq ki, doğuluşdan yaxındırlar, qiymətli daş-qaş ilanın qüsurunu başa düşmür, ilan da daş-qaşın dəyərini. (Hindlilərin etiqadına görə ilanın başında qiymətli daş-qaş vardır.
Başqasından üstün olmağımız əhəmiyyətli deyil. Əsl əhəmiyyətli olan şey, dünənki halımızdan üstün olmağımızdır.
Bilikdən yaxşı dost yoxdur, azardan pis - düşmən.
Bir balaca çınqı atıb, bütün meşəni külə döndərər.
Bir şey haqqında danışmazdan əvvəl yaxşıca düşün, amma düşündüklərinin hamısını demə.
Bizim bütün əməllərimiz arxamızca gəlib yalvarır: ey insan, yaxşılıq elə!
Kim başqalarına xoşbəxtlik gətirirsə, o, özü xoşbəxtdir.
Kokila manqo ağacından dupduru şəbnəmi içir, heç özünü öymür, qurbağa bataqlıq suyundan içir - vaqqıldayır. (Kokila - melodik səsi olan hind ququ quşu. Manqo dadlı meyvəsi olan ağac)
Koğuşuna od düşmüş bir pis ağacın ucundan bütün meşə məhv olur.
Nəyə gərəkdir o qəhrəmanlıq ki, zəifləri müdafiə etmir, nəyə gərəkdir o dövlət ki, kasıbların ehtiyaclarına sərf olunmur, nəyə gərəkdir o fəaliyyət ki, xeyir işlər üçün görülmür, nəyə lazımdır o həyat ki. insanın başını ucaltmır?![1]
Nimbanı süd nohuruna da qoysan, yenə acı olacaq. (Nimba - acı meyvəli ağacdır.)
Noxud nə qədər atılıb düşsə də, tavanı partlada bilməz.