Ağıl, dərrakə
(Ağıl səhifəsindən yönləndirilmişdir)
ARedaktə
- Adamın ağlı yumruğundan güclüdür. Fransua Rable
- Ağıl alıb-satmaq mümkün olsaydı, yəqin, hamı alıcı olmaq istərdi. Devid Star Cordan
- Ağıl, bədənin əfəndisidir. Alfred De Viqni
- Ağıl dayandıqda düşüncə də dayanır; düşüncə dayandıqda hərəkət də dayanır; hərəkətsizlik də cürüməyə səbəb olur. Muhəmməd Qəzzali
- Ağıl dünyanı yerindən oynada biləcək ling, pul isə onun dayaq nöqtəsidir Onore de Balzak
- Ağıl geyimdir - köhnəlməyən, bilik mədəndir - tükənməyən. Qırğız atalar sözləri
- Ağıl insan üçün ən gözəl zinətdir. Zeynalabdin Şirvani
- Ağıl insana ağıllı yaşamaq üçün verilir. (Vissarion Belinski: Rus tənqidçisi və filosofu)
- Ağıl qızıldır, fikir - gümüş. Qırğız atalar sözləri
- “Ağıl… Mehribanlıq… Cəsarət…” Bunlar insanın, dünyanın hər yerində qəbul edilmiş üç mənəvi dəyəridir. Konfutsi
- Ağıl olmayanda gözdən də kömək olmaz. Tay atalar sözləri
- Ağıl üçün ən təhlükəli xəstəlik qürurdur. Aristotel
- Ağıl sahibi olan hər hansı bir şəxs bütün eyiblərdən uzaq olur. Zeynalabdin Şirvani
- Ağıl sağlamlıqdan öndə gedir, ağıllı olanda sağlamlığımızı da qorumağı bacarırıq. Corc Herbert
- Ağıl sonradan ah çəkmək üçün deyil, əvvəlcədən düşünüb tədbir görmək üçündür. Mövlana Cəlaləddin Rumi
- Ağıl təkcə bilikdə yox, həm də biliyi işə tətbiq etmək bacarığındadır. Aristotel
- Ağıl vermək və ağıllı olmaq tamamilə müxtəlif şeylərdir. Qeorq Kristof Lixtenberq
- Ağıl və zəkanın nə olduğnu çox araşdırdım. Sonda, bunun düşüncəli cürətdən başqa bir şey olmadığını anladım. Napoleon Bonapart
- Ağıl yer üzündən götürülsə də, heç kəs ağılsız olduğunu qəbul etməz. Sədi
- Ağıl geniş olduqca sərhədləri onu daha çox cıxmağa başlayır. Edmon Tiodyer
- Ağıldan kəmliyi iki şey müəyyən edir : susmaq lazım gələndə danışmaq, danışmaq lazım olanda susmaq. Sədi
- Ağılı kamilləşdirmək üçün öyrənməkdən çox, düşünmək lazımdır. Rene Dekart
- Ağılla dərk edirik nöqsan cəhətləri biz,
Nöqsanını dərk edən ağıllıdır şübhəsiz. Abbasqulu ağa Bakıxanov
- Ağılla hərəkət etmək üçün insanın üç yolu var : birinci ən nəcib yol - düşüncə, ikinci ən asan yol- təqlid, üçüncü ən acı yol - təcrübədir. Konfutsi
- Ağılın çevikliyi gözəlliyi də əvəz edə bilər. Anatol Frans
- "Ağılmı, pulmu?" Dedi. Mən pul dedim. Mən olsaydım ağılı seçərdim dedi. Haqlısan dedim; Hər kəs ehtiyacı olduğu şeyi seçər. Bob Dilan
- Ağlı gödək olanın dili uzun olar. Aristofan
- Ağlı su batırmaz, külək aparmaz, harami oğurlamaz. Osetin atalar sözləri
- Ağlıma və zəkama görə başımın üstündə halə parladı. Sədi
- Ağlın çevikliyi gözəlliyi də əvəz edə bilər. Anatol Frans
- Ağlın qiyməti yoxdur, tərbiyənin həddi. Adıgey atalar sözləri
- Ağlın varsa, gücə, qızıla, nüfuza tabe olma! Qoy sənə rəhbərlik edən ancaq təmiz vicdanın olsun. Əfzələddin Xaqani
- Allah bizə məhdud ağıl və hüdudsuz iradə verib, lakin elə bir həddə verib ki, onun bizi hansı mqsədlə yaratdığını öyrənə bilməyək. Benedikt Spinoza
- Arif ol, söhbəti müxtəsər eylə,
Uzun danışandan qaç, həzər eylə.
Yüz əyri ox atsan olmaz dəyəri,
Bir ox at, hədəfdən getməsin əyri. Sədi
BRedaktə
- Bəzi insanların danışacaq qədər ağıla, ya da susacaq qədər mədəniyyətə sahib olmamağı; Həyatdan soyumam üçün kafi bir səbəbdir. Bob Dilan
- Biz ona çalışmamalıyıq ki, bizi hər kəs başa düşsün, biz ona çalışmalıyıq ki, bizi başa düşməmək mümkün olmasın. Vergili
- Biz yalnız ağıl və biliyimiz sayəsində yaxşı və ya pis, xoşbəxt və ya bədbəxt oluruq. Epiktet
- Bütün nemətlərin başlanğıcı və sonu ağıldır. Epikür
DRedaktə
- Daşda qığılcım gizlənir, insanda - ağıl. Rus atalar sözləri
ƏRedaktə
- Əsl gözəllik surətdə deyil, ağıl və kamaldadır. Firidun Köçərli
FRedaktə
- Fitri ağıl hər hansı bir təhsili əvəz edə bilər, amma heç bir təhsil fitri ağlı əvəz edə bilməz. - Artur Şopenhauer
GRedaktə
- Gördüyün işi əvvəlcə ağıl tərəzisi ilə ölç. Qətran Təbrizi
- Görünür, insan dünyasında ən ədalətlə paylanmış nemət ağıldır. Çünki heç kəs öz ağlından gileylənmir (Mari Monteqyu: İngilis yazıçısı)
HRedaktə
- Həqiqətən göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. Qurani-Kərim
İRedaktə
- İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı. Nizami Gəncəvi - İnsana şux geyinməkdən daha çox ağlın zənginliyi vacibdir. Onore de Balzak
- İnsanı özünə bağlayan və hüsn-camalı kamala yetirən ağlın nuru və mərifətin ziyasıdır. Firidun Köçərli
- İnsanın ağlını başından alsan, yerdə heç nə qalmaz. Aleksandr Hamilton
- İnsanın mayası ağıldır. Ağlı olmayanın dini də olmaz. Məhəmməd peyğəmbər
- İşlərini əql, kamal, təmkin, təcrübə, ehtiyat, iradə və mətanətlə qurmayan adam sonda peşmanlıq çəkər. Beydəba
MRedaktə
- Müdrik olmaq üçün gözü və qulağı açmaq kifayət deyil, dərin ağıl lazımdır. Heraklit
SRedaktə
- Sizə ağlınız hökm edirsə - padşahsınız, vücudunuz hökm edirsə - kölə. (Mark Porsi Katon:Qədim Roma yazıçısı və dövlət xadimi)
URedaktə
- Uşaqlarınıza verə biləcəyiniz ən qiymətli töhfə ağıldır, qalan şeyləri özləri də əldə edə bilərlər. - İmmanuel Kant