İskəndəriyyəli Hipatia (yun, Ὑπᾰτία ἡ Ἀλεξάνδρεῖα; (370 – 415) — yunan mənşəli filosof, riyaziyyatçı və astronom. İskəndəriyyə kitabxanasında fəlsəfə, riyaziyyat və astronomiyadan dərslər aparmışdır. Yeni platonçuluğun İskəndəriyyə məktəbinin ardıcılı idi.

Hipatia
Doğum tarixi 360
Doğum yeri İsgəndəriyyə
Vəfat tarixi mart 415
Vəfat yeri İsgəndəriyyə
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bütün formal doqmatik dinlər yanlışdır və heç vaxt özünə hörmət edən insanlar tərəfindən qəti olaraq qəbul edilməməlidir.
  • Düşünmək hüququnuzu qoruyun — səhv düşünmək heç düşünməməkdən yaxşıdır.
  • Əfsanələr əfsanə kimi, Dev Malay hekayələri isə Dev Malay hekayələri kimi oxunmalı və öyrədilməlidir. Həm də möcüzələrə şairlərin təxəyyülünün uçuşundan, mübaliğəsindən artıq əhəmiyyət verilməməlidir. Yalan hekayələri, mövhumatları həqiqət kimi təqdim etmək və öyrətmək üzücüdür. Günahsız bir uşaq ağlı bu mifləri, xurafatları, poetik təxəyyülün uçuşlarını reallıq kimi qəbul edir. Sonra çarəsiz ruhi sarsıntılar, çaşqınlıqlar və ya faciələrdən keçdikdən sonra bu xurafatların gerçəkliyi ona məlum olur. Fakt budur ki, insanlar mövhumatları həqiqət kimi müdafiə edirlər. Hər bir xurafat anlaşılmaz olduğundan, yəni hisslərlə təsdiq və ya təkzib oluna bildiyi üçün onu təkzib etmək asan deyil. Xurafatdan fərqli olaraq, həqiqət perspektivdir və dəyişdirilə bilər.
  • Ətrafımızdakı şeyləri anlamaq, kənarda nə olduğunu anlamaq üçün ən yaxşı hazırlıqdır.
  • Həyat araşdırılmalıdır və nə qədər çox səyahət etsək, bir o qədər çox şey qavraya bilərik. Yanımızda olanı anlamaq, ondan kənarda nə olduğunu anlamaq üçün ən yaxşı hazırlıqdır.
  • Xurafatları həqiqət kimi öyrətmək ən dəhşətli şeylərdən biridir.
  • İnsanlara xurafatlara inanmağı öyrətmək ən pis haldır və ən pis cinayətdir.
  • Mən Allaha yox, fəlsəfəyə inanıram.

Haqqında sitatlar

redaktə
  • Təxminən 2000 il əvvəl tariximizdə möhtəşəm bir elmi sivilizasiya yarandı və onun əsası İsgəndəriyyədə idi. Çiçəklənmək üçün böyük şanslara baxmayaraq, o, gerilədi. Onun son alimi bütpərəst hesab edilən qadın idi. Onun adı Hypatia idi. Mühafizəkar bir sivilizasiya ilə cəmiyyətdə qadın əməyi və onların rolu ilə bağlı fikirlər formalaşdıran və elmdə mühafizəkar olan Kilsənin gücünün getdikcə artması və İsgəndəriyyənin Roma hakimiyyəti altında olması səbəbindən 415-ci ildə Hypatia öldürüldükdən sonra bu kitabxana dağıdıldı. O kitabxananın minlərlə qiymətli sənədləri böyük ölçüdə yandı və əbədi olaraq onunla birlikdə dövrün bütün elmi və fəlsəfi tərəqqisi də itirildi. Karl Saqan

İstinadlar

redaktə