Elm təkcə məlumat toplusu deyil. O, düşünmə formasıdır, kainatı şübhə ilə mühakimə etməyin bir yoludur.
Elmi başqalarına izah etməmək mənə əxlaqsızlıq kimi görünür, çünki kiməsə aşiq olanda bunu aləmə car çəkmək istəyirsiniz.
Elmin istədiyi yeganə şey odur ki, işlənmiş avtomobil alanda və ya TV reklamlarında gördüyümüz ağrıkəsicilərin keyfiyyətini yoxlayanda necə şübhəli yanaşırıqsa, başqa şeylərə də o cür yanaşaq.
Nəsə sizə yaxşı hisslər bəxş edirsə və onun doğru olub-olmaması sizi maraqlandırmırsa, bu, cibiniz dolu olarkən pulun haradan gəldiyi ilə maraqlanmamaq qədər pisdir.