I Aleksandr
I Aleksandr Pavloviç (rus. Алекса́ндр I Павлович; 12 [23] dekabr 1777, Sankt-Peterburq, Rusiya İmperiyası – 19 noyabr [1 dekabr] 1825, Taqanroq, Rusiya İmperiyası) — Rusiya imperatoru və mütləq hakimi (24 mart 1801-ci ildən), Malta ordeninin protektoru (1801-ci ildən), Böyük Finlandiya knyazı (1809-cu ildən), Polşa çarı (1815-ci ildən), I Pavelin və Mariya Feodorovnanın böyük oğlu. İnqilaba qədərki tarixşünaslıqda rəsmi olaraq Uğurlu (rus. Благословенный) adlandırılmışdır.

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A redaktə
- Artıq Avropa gecəni Parisdə keçirməlidir.
B redaktə
- Bu hiss və ya vərdiş mənim ikinci təbiətimdir. Sankt-Peterburqda qışı həvəslə keçirirəm, amma yazda bir az meh, vətən həsrəti mənə hücum edir - Krıma, Qara dənizə çəkilirəm.
D redaktə
- Daha tez yanınıza gələrdim, amma əsgərlərinizin cəsarəti məni gecikdirdi.
H redaktə
- Hamısı alçaqdır, heç kimə inanmıram.
N redaktə
- Napoleon və ya mən, mən və ya o, amma birlikdə hökm sürə bilmərik. [1]
R redaktə
- Respublikalar dəbdən düşdü!
S redaktə
- Siz təkcə Rusiyanı deyiil, bütün Avropanı xilas etdiniz. (Feldmarşal M.Kutuzova müraciətindən)
Y redaktə
- Yalnız sizin üçün deyil, vətən üçün ağrılı və böyük bir itki! Onun üçün göz yaşı tökən tək sən deyilsən: Mən səninlə birlikdə ağlayıram və bütün Rusiya ağlayır. Onu özünə çağıran Tanrı, adının və əməllərinin ölməz qalması üçün sənə təsəlli versin. Minnətdar bir vətən onun xidmətlərini heç vaxt unutmayacaq - (I Aleksandrın feldmarşal M.Kutuzovun dul qadınına məktubundan)[2]