Dəb
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
D
redaktə- Dəb keçir, stil qalır. Koko Şanel
- Dəb qadınlara bənzər, onun da havası vardır. Corc Bernard Şou
- Dəb sadəcə geyimin sualı deyil. Dəb havada uçur, külək onu gətirir. Koko Şanel
- Dəbi axmaqlar icad edib, ağıllı insanlar isə ona əməl etməyə məcbur olurlar. Samuel Batler
Ə
redaktə- Əgər əriniz dəbi izləməyə başlayıbsa, ərinizi izləməyə başlamağın vaxtıdır. Konstantin Melaxin
G
redaktə- Gülmənin dəb olduğu bir dövrdə ağlayıram... Gənc olmanın dəb olduğu bir dövrdə yaşlıyam... Səni sevmənin daha az cəsarət istədiyi bir dövrdə, səndən nifrət edirəm... Çarlz Bukovski
H
redaktə- Hətta fikirlərini dəbin tələblərinə uyğun geyindirənlər var. Bertold Averbax
K
redaktə- Kədərlənmə getdi deyə, bu ilin dəbi belədi! 3 gün sevər sonra bezər, sənin axtardığın Əsli ilə Kərəm 21-ci əsrdə nə gəzər?! Sunay Akın
Q
redaktə- Qadının ən dəbli aksessuarı və bəzəyi — yaraşıqlı kişidir! Koko Şanel
M
redaktə- Mən dəb yaratmıram, mən sadəcə insanları geyindirirəm. Corcio Armani
- Müasir idarəetmə nəzəriyyəsinin yüksək dəqiqlikli kosmik naviqasiya sistemlərinin layihələndirilməsində uğurları onun iqtisadi və bioloji sistemlərin nəzəri təhlillərində istifadəsini stimullaşdırmışdır. Eynilə, fiziki sistemlərin makroskopik təhlillərində kompüter simulyasiya texnikalarının effektivliyi proqnozlaşdırma, iqtisadi planlaşdırma və idarəetmə məqsədləri üçün kompüter əsaslı ekonometrik modellərin istifadəsini dəb halına gətirdi. Lütfi Zadə
P
redaktə- Pul çatışmazlığından kəsə bilmədiyimiz saqqalımız avara üçün xarakterik olan dəb halına gəldi. Yılmaz Güney
Y
redaktə- Ya paltar, ya da rəsm əsəri almaq lazımdır. Vəssalam. Yalnız çox zəngin adamlar hər iki şeyi ala bilirlər. Geyimə çox da əhəmiyyət verməyin, ən əsası isə dəb dalınca qaçmayın. Belə etsəniz, rəsm əsəri almağa da pulunuz qalar. Ernest Heminquey