I Yustinian
Flavi Pyotr Savvati Yustinian (daha çox I Yustinian adı ilə tanınır) və ya Böyük Yustinian (483-14 noyabr 565) 1 avqust 527-ci ildən 14 noyabr 565-ci il tarixədək Bizans imperatoru.
I Yustinian | |||
Doğum tarixi | 11 may 482 | ||
Doğum yeri | Taurision (Serbia) | ||
Vəfat tarixi | 14 noyabr 565 | ||
Vəfat yeri | Konstantinopol | ||
Dəfn yeri | Müqəddəs Həvarilər kilsəsi, Konstantinopol, İstanbul | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adət qanunların ən yaxşı təfsiridir.
- Allahın iradəsi ilə Onun ilahi əzəmətindən bizə keçən imperiyanı idarə edirik.
- Azadlıq, qanunla və ya zorla qadağan edilmədiyi təqdirdə, hər kəsin istədiyini etmək təbii qabiliyyətidir.
B
redaktə- Bir adamın digərinə qarşı hiylə qurması cinayətə çevrilir.
C
redaktə- Cinayət bir şəxsin digərinə qarşı dələduzluq etməsidir.
D
redaktə- Dövlətin təhlükəsizliyi ən yüksək qanundur.
Ə
redaktə- Ədalət hər kəsə lazım olanı vermək üçün möhkəm və davamlı istəkdir.
- Ədalət hər kəsin haqqını verən daimi və əbədi məqsəddir.
G
redaktə- Günahsızı qınamaqdansa, günahkarın cinayəti cəzasız qalsın.
H
redaktə- Hamı üçün ümumi olan (və sahib ola bilməyən) şeylər bunlardır: hava, axar su, dəniz və dəniz sahilləri.
- Heç kim düşüncələrinə görə cəzalandırıla bilməz.
İ
redaktə- İcazə verilən hər şey dürüst deyil.
K
redaktə- Köləlikdən qurtulmaq millətlərin haqqıdır.
Q
redaktə- Qanun sərtdir, amma qanun budur.
- Qanunları bilmək onların sözlərini deyil, məzmununu və əhəmiyyətini qəbul etməkdir.
- Qənaətkarlıq bütün fəzilətlərin anasıdır.
M
redaktə- Məni bu işi bitirməyə layiq hesab edən Allaha həmd olsun. Süleyman, mən səndən üstün oldum.
S
redaktə- Soyuqqanlı ol və hamıya əmr edəcəksən.
T
redaktə- Tanrının insana olan məhəbbəti ilə yüksəkdən verdiyi iki böyük hədiyyə var: kahinlik və imperator ləyaqəti.
Y
redaktə- Yalnız Allah və Allahdan sonra birinci olan imperator dünyanı ədalətlə idarə edə bilər.