Cek Ma
(Jack Ma səhifəsindən yönləndirilmişdir)
Cek Ma, Jack Ma (əsl adı Ma Yun; 10 sentyabr 1964) — elektron ticarət nəhəngi olan "Alibaba Group"un qurucusu və CEO-su və elektron ödəniş portal olan Alipay şirkətinin şəriki, dünyanın ən varlı şəxslərindən biri.
Cek Ma | |||
2008-ci ildə Dünya İqtisadi Forumunda | |||
Doğum tarixi | 10 sentyabr 1964 | ||
Doğum yeri | Hançjou | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bacaracağıq, çünki çox gəncik və əsla vaz keçməyəcəyik.
- Bir idarəçi, texniki bacarıqlarını və qabiliyyətlərini əsla işçiləri ilə yarışdırmamalıdır. Əgər o idarəçidirsə, bir çox cəhətdən işçidən üstün olmalıdır. Əgər deyilsə o pozisiya onun haqqı deyil demək ki.
- Bir rəhbərin qazana biləcəyi ən böyük sərvət, işçilərinin onun üçün çalışmaqdan həzz aldığını görməkdir.
D
redaktə- Dünya nə danışdığınızla deyil, nəyi həyata keçirdiyinizlə maraqlanır.
Ə
redaktə- "Əgər siyasətə daxil oldunuzsa, pul haqqında unudun. Və yaxud tərsinə. Pulun siyasətlə görüşü kibritin dinamitlə görüşünə bənzəyir. Hər an partlayış baş verə bilər. Həmişə özümə deyirəm ki, dünyaya işləmək üçün yox, həzz almaq üçün gəlmişik. Bütün zamanınızı işə sərf edirsinizsə, tezliklə buna peşman olacaqsınız. Yalnız axmaqlar rəqiblərinə aqressiya ilə yanaşırlar. Əgər ətrafa düşmən kimi yanaşırsınızsa, əmin olun, onlar elə düşmənə çevriləcəklər. Rəqabət şahmat oyunu kimidir. Uduzdunsa, növbəti raundu oyna. Əlbəyaxa olmaq vacib deyil. Sahibkar üçün düşmən yoxdur. Bunu anladınsa, kimsə səni dayandıra bilməyəcək. Depressiyaya düşüb həyatdan şikayətlənmək alkoqolizm kimi bir şeydir. Nə qədər çox içirsinizsə, vəziyyət bir o qədər pisləşir."[1]
- Əgər vaz keçməzsən hələ də şansın var deməkdir. Və əgər kiçik isən, gücündən əlavə beyninə də güvənməlisən və hədəflərinə yönəlməlisən.
- Ən yaxşı insanları deyil, doğru insanları tapmağa çalışın.
G
redaktə- Gənclərə şərait yaradın. Onların zehinlərinə etdiyiniz toxumlar, onlarla birlikdə böyüyəcəkdir. Və dünyanı həqiqi dəyişdirəcək də onlardır.
H
redaktə- Həyatda heç vaxt ruhdan düşməyin. Mən bir işə girmək üçün ərizə verdim və mənlə bərabər 29 nəfər. Onlardan hər biri daxil oldu işə... Təkcə mən deyil. Nə yaxşı daxil olmadım.
- Həyatdakı ən böyük həvəsinizin işiniz olduğunu düşünürsünüzsə böyük ehtimal ki, bir yanılma içindəsiniz və bunun doğru olmadığını bir gün dərk edəcəksiniz. Çünki, bu dünyaya bir dəfə gəlirik və həyat kəşf edilməyi gözləyən saysız gözəlliklərlə doludur.
İ
redaktə- İş dünyasında qalıcı və sağlam bir yerə sahib olmaq istəyirsinizsə siyasətdən uzaq durun. Əgər siyasi olaraq aktiv bir haldasınızsa əsla güvənli addımlar ata bilməzsiniz. Eyni zamanda potilik güc və sərvət əsla yan-yana durması lazım olmayan iki partlayıcı maddə kimidir.
- İş həyatında müştərilərinizi daima birinci sıraya, işçilərinizi ikinci sıraya, ortaq və hissədarlarınızı isə üçüncü sıraya qoyun.
M
redaktə- Mən həmişə oğluma deyərəm: Hər zaman dərsdə 1-ci olmaq lazım deyil.Sadəcə axmaq adamlar düşünürlər ki,uşaq hər şeyi bilməlidir. Oğlum sadəcə sevdiyi sənəti öyrənsin və sevdiyi dərsi.
- "Mən "Alibaba"nı imperiya hesab etmirəm. İmperiya deyil, ekosistem yaratmağı düşünmüşəm. Çünki bütün imperiyalar nə zamansa çökür. Çinlilərin pul kisələri doludur, amma şüurları boşdur".[1]
U
redaktə- Uğursuz olmağım önəmli deyil. Ən azından başqalarına nümunə ola bilmişəm. Mən uğursuz olsam belə biri mütləq ki bacaracaq.
İstinadlar
redaktə- ↑ 1,0 1,1 Leyla Əliyeva. Çinli milyarderin ərəb nağılı - Alibaba. publika.az, 13.09.2014 (azərb.)