Cerom Selincer
(Jerome David Salinger səhifəsindən yönləndirilmişdir)
Cerom Selincer (Jerome David Salinger; 1919 - 2010) — Amerika yazıçısı.
Cerom Selincer | |||
Doğum tarixi | 1 yanvar 1919 | ||
Doğum yeri | Nyu-York | ||
Vəfat tarixi | 27 yanvar 2010 | ||
Vəfat yeri | Korniş | ||
Dəfn yeri | naməlum dəyər | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adam bərk dilxor olanda, nədənsə boğazından heç nə keçmir.
- Adam çox vaxt nəyin daha maraqlı olduğunu özü də ayırd edə bilmir. Yəni demək istəyirəm ki, bu bəzən səndən asılı olmur.
- Adamı aldatmaq heç cür yaxşı deyil, o buna layiq olsa da.
B
redaktə- Başa düşmürəm, əgər bu sənə xoşbəxtlik gətirmirsə, ağıllı olmağın və dünyanı öz zəkan ilə heyran qoymağın nə mənası var!
- Bəla burasındadır ki, mən itkiyə qarşı çox biganə adamam: uşaqlıqda bu xasiyyətim hər dəfə anamı az qala dəli eyləyirdi. Adam var itirdiyi şeyi günlərlə axtarır. Amma mənim indiyəcən elə bir şeyim olmayıb ki, itirməyə heyifim gələ, onu hökmən axtarıb tapmağa çalışıram.
- Bəzi şeylərin ümumiyyətlə dəyişməməsi yaxşı olardı. Kaş onları şüşə vitrinə qoyub heç toxunmasaydıq.
- Bir adam bir işi həddən artıq gözəl bilirsə, onda hər dəfə özünə nəzarət eləməsə, başlayır öz bacarığını gözə soxmağa. Bununla da hər şey korlanır.
- Bir də təkrar eləməyin nə mənası. Bu camaatın qanındadır, elə ki onların dedikləri ilə dərhal razılaşdın, onu iki dəfə təkrar etməkdən həzz alırlar.
- Bir gün gələcək və sən hara getməli olduğuna qərar verəcəksən. Dərhal qərar verdiyin yerə getməlisən. Dərhal. Bir dəqiqə belə itirməyə haqqın yoxdur. Olmaz.
- Bir insan artıq öldü deyə onu sevməyi tərgitmək olmaz, lənət şeytana, üstəlikdə o bütün canlılardan daha yaxşı idisə. Başa düşürsən?
- Bir insanın “gününü qara etmək” üçün heç də pis insan olmağa çalışmaq lazım deyil. Yaxşı insan da son nəticədə əhvalı pozmağı yaxşı bacarır.
- Bir kişi aşiq oldumu, axmaqlığa başlayar.
- Birdən sənə elə gəlirmi ki, əgər bu saat nə isə, bir şey eləməsən, hər şey sənin üçün əhəmiyyətini itirəcək?.
E
redaktə- Elə şeylər var ki, onları başqasının sözü ilə ümumləşdirmək, qısaltmaq mümkün deyil.
Ə
redaktə- Əgər bir xanım görüşə gözəl olaraq gəlirsə, kim onun gecikdiyinə görə əsəbləşəcək ki? Heç kim!
- Ən pis olan odur ki, bəzən bir çox axmaqlıqlar böyük məmnuniyyət yaşadır.
F
redaktə- Fikirləşdim ki, əgər mənim qədər kinoya nifrət edən bir adam da kinoya çəkilməyə razılıq verirsə, dünyada bundan eybəcər ikiüzlülük yoxdur.
H
redaktə- Heç belə bir iş sizin başınıza gəlib ya yox, amma dərin fikrə getmiş adamın haçansa nə isə tapıb deyəcəyini gözləmək mənim üçün cəhənnəm əzabıdır.
- Həmişə kiməsə “sizinlə tanış olduğuma şadam” desəm də, əslində buna şad-zad olmuram. Amma çarə nədir, bu insan deyilən məxluqla bir yerdə yaşamaq istəyirsənsə, gərək belə deyəsən.
- Həyat bir oyundur, elə bir oyun ki, gərək oyunun qaydalarına tabe olasan.
İ
redaktə- İnsanlarla çətindir, onlarsız lap dözülməzdir.
L
redaktə- Lənətə gəlmiş pullar! Daim onlara görə əhvalını pozmalı olursan.
M
redaktə- Mənə ən çox təsir edən o kitabdır ki, oxuyub qurtarandan sonra deyəsən ki, kaş bunu yazan mənim ən yaxın dostum olaydı, kefim istəyəndə telefonu götürüb ona zəng vura biləydim.
- Mənə heç də xoş olmadıqda daim “Sizinlə tanış olmağıma çox şadam” deyirəm. İnsanlarla birgə yaşayırsansa çox şey deməli olursan.
- Məni – sona qədər oxuduqdan sonra “Kaş bu yazıçı ilə dost olardım və istədiyim vaxt telefonla danışa bilərdim” dediyim kitablar maraqlandırır.
N
redaktə- Nə isə yaxşı bir şey etdikdə özünə nəzarət etməsəniz bunu hər kəsə nümayiş etdirməyə başlayacaqsan. Belə olduqda isə yaxşı olmayacaq.
O
redaktə- O uçurum ki, sən ona doğru gedirsən, çox qorxunc və çox dəhşətli uçurumdur. Ora düşən adam heç vaxt onun dibinə gedib çatmır. Ömür boyu yuvarlana-yuvarlana qalır. Bilirsən o adamlar ki, ömür-günün hansı bir anındasa içində yaşadıqları adi mühitdə mümkünsüz bir şey axtarmağa başlayırlar, onların hamısının aqibəti bu cür olmalıdır. Daha doğrusu, onlar elə fikirləşirlər ki, yaşadıqları mühitdə özləri üçün yararlı heç nə tapa bilməyəcəklər. Ona görə də ruhdan düşürlər. Hətta heç axtarmağa başlamamışdan əvvəl ruhdan düşürlər.