Konstantin Uşinski
Konstantin Dmitriyeviç Uşinski - (rus. Константи́н Дми́триевич Уши́нский), d.2 mart, 1824, Tula - ö.3 yanvar, 1871, Odessa) — Ukrayna və rus pedaqoqu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Ana dili məhv olarkən xalq artıq yox olur. Xalqın ağzında dili hələ yaşadıqca xalq da yaşayır.
BRedaktə
- Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər-əlamət qalmaz.
ƏRedaktə
- Əmək bəşəriyyət tarixinin lap əvvəlindən yer üzərinə işıq saçan müqəddəs şamdır, onu söndürsəniz hər yer zülmətə çevrilər.
GRedaktə
- Gecənin kabusu təzə açılmış səhər işığından qaçıb gizləndiyi kimi, hüzn, can sıxıntısı, şıltaqlıq və boş arzular da əməyin açıq və sakit simasından qaçıb gizlənir.
HRedaktə
- Həyatda məqsəd - insan ləyaqətinin və insan xoşbəxtliyinin ürəyidir.[1]
XRedaktə
- Xarakter yalnız xarakter yarada bilər.
İRedaktə
- İgid odur ki, ən güclü qorxunu boğa bilir və qorxuya boyun əymədən təhlükə haqqında düşünə bilir.
QRedaktə
- Qorxu - bir sıra qəbahətlərin mənbəyidir.
- Qorxu - insanın ən məhvedici, işgəncəverici hisslərindən biridir.
MRedaktə
- Müəllim nə qədər ki, oxuyur, öyrənir o, yaşayır, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür.
ORedaktə
- Oxumaq hələ azdır, əsas iş nəyi oxumaq və oxuduğunu necə anlamaqdır.
ÖRedaktə
- Öz fikirlərini aydın deyə bilməmək qüsurdur, ancaq şəxsi fikirdən məhrum olmaq daha böyük qüsurdur.
ŞRedaktə
- Şagird bir qab deyil ki, onu doldurasan, o bir məşəldir, onu alovlandırmaq lazımdır.
URedaktə
- Uşaq ana dilini öyrənərkən yalnız şərti səsləri öyrənmir. O, eyni zamanda, ana dilinin doğma döşündən mənəvi həyat və qüvvət içir.
YRedaktə
- Yalnız şüurlu və azad əmək insanı xoşbəxt edə bilər.
MənbəRedaktə
- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
İstinadlarRedaktə
- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.68