A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Cəsarətli və xarakterli insanlar başqalarına həmişə pis görünürlər. Qorxmaz və pis insanlar cinslərinin sərbəst şəkildə ətrafa qaçması bir qalmaqal idi, ona görə də bu insanlara ləqəb və əfsanə bağladılar ki, onlarla barışsınlar, dəfələrlə qorxduqlarını kompensasiya etsinlər. Herman Hesse
  • İnsan nə kahin, nə əmir, nə də ki sultan kimi dünyaya gəlmiş, nə xrtistian, nə müsəlman, nə buddist, nə də ki məcusi kimi doğulmuşdur. İnsanları kölə edən şəriət qanunları, firqələrə ayıran dinlərdir. Bir insanın digərindən üstünlüyü yalnız ağlı, xilqəti, ədəbi və əxlaqı ilə mümkündür. Hər birimizə xaliqdən bir ləqəb verilib: o, əmir və sultanların titullarından daha şərəflidir. Bu, “insan” fəxri adıdır. Əmin ər-Reyhani
  • Ləqəb, şeytanın insana ata biləcəyi ən ağır daşdır. Uilyam Hezlitt
  • Şah Abbas məmləkəti abad etmək və rəiyyətin asayişinə baxmaq işlərində bütün dünyada məşhurdur. Qoymuş olduğu bir çox mülki və əsgəri qanunlar, İran şahları üçün rəhbər olmuşdur. Sultanların ləyaqətini onların xüsusi məziyyətlərinə görə təyin edən Avropa tarixçiləri belə, bu elmi sevən padişaha “Böyük” ləqəbi vermişlər. O, xalq arasında indi də adil sifətlə tanınmaqdadır. İctimai binalar və xeyriyyə müəssisələri tikdirməkdə islam dövründə, İranda bu padişahın misli və tayı olmamışdır. Bütün İranda, o cümlədən, Şirvan ölkəsində olan məscidlər, mədrəsələr, uzaq çöllərdəki kəhrizlər və çoxlu karvansaralar bu iddianın doğruluğuna aydın bir sübutdur. Bir çox fazil şəxslər, onun tərbiyəsi sayəsində, elm və fənndə öz dövrünün başçılarından olmuş və bütün dünyada böyük şöhrət qazanmışlar. İşinin çoxluğuna və bir çox müşkül işləri həll etməklə məşğul olmasına baxmayaraq o, kamil adamlarla müsahib olmağa mail olub, gözəl təbi-şerə də malik idi. Abbasqulu ağa Bakıxanov [1][2] I Abbas

İstinadlar

redaktə
  1. Gülüstani-İrəm, "AzSSR Elmlər Akademiyası nəşriyyatı", Bakı-1951, səh.143-144
  2. A. A/Bak;xanov. Gülüstani-İrəm (Tərcumə edəni M. Əskərli) - Bakı: Minarə, 2000. - səh.52