Ləzgi atalar sözləri

Wikipedia logo
Wikipedia logo
Ləzgilər haqqında Vikipediyada məqalə var.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ac adam yuxusunda da bir xurcun çörək görər.
  • Aciz eşşəyə hər kəs minər.
  • Açıq ağız ac qalmaz.
  • Axmaq başın cəfasını ayaqlar çəkər.
  • Axmaq dediyini deyir, eşidən ağıllı olsun.
  • Ağsaqqalsız evdə xeyir — bərəkət olmaz.
  • Axmaq öz axmaqlığını heç vaxt boynuna almaz.
  • Alçalıb qalmaqdansa, yüksəlib ölmək yaxşıdır.
  • Allah bunun qoluna verəsini dilinə verib.
  • Allah vara baxmır, ürəyə baxır.
  • Arifə bir söz bəsdir, eşşəyə bir əsa.
  • Atı qamçı aparmaz, arpa aparar.
  • Aysız gecədə ulduzlar daha gur şölə saçar.
  • Baha qoyunun dərisindən papaq qoymaqla ağıllı olmazsan.
  • Bala baldan şirindir.
  • Balalı qoyun sürüdən ayrılmaz.
  • Bir ağacı kəsirlər, bütün meşə eşidir.
  • Bir qotur keçi sürünün adını batırar.
  • Bir qoyundan iki dəri soyulmaz.
  • Borc ilə çaxır içən iki dəfə keflənər.
  • Buynuzdan ötrü getdi, qulağını da itirdi.
  • Buz layı nazilən yerdən sınar.
  • Cahil sərvət yığar, aqil hikmət.
  • Cavanliqda qorunan can, payızda qorunan (ərzaq yığılan) ev kimidir.
  • Çaya çatmamış şalvar çıxarmazlar.
  • Çox and içən — çox aldadar.
  • Çox danışan — çox çaşar.
  • Çox şeyə dözən, çox şey öyrənər.
  • Çörəklə paltarın ağırlığı olmaz.
  • Davasız bişən xörək şirin olar.
  • Dayanan su tez iylənər.
  • Dərdimə iki göz ağlayır, işimi iki əlim görür.
  • Dərdini dərd çəkmişə de.
  • Dəvətsiz qonağı köpək qarşılar.
  • Dili bal, işi bəla.
  • Donuz xortlamağı böyüyündən öyrənər.
  • Dost gözə baxar, düşmən yerə.
  • Dosta borc vermə, hər ikisi əldən gedər.
  • Dostlaşmaq asandır, dostluğu saxlamaq çətin.
  • Düşmənlə göz-gözə gələndə cəsarətli tərpən.
  • Eyni yaylaqda otlayanların ya tükləri, ya da xasiyyətləri oxşar olar.
  • Əcəl aman verməz.
  • Əsl kişini xəncərdən betər söz ağrıdar.
  • Əcələ macal yoxdur.
  • Əl mərd olar, göz namərd.
  • Ər-arvadın savaşı, yaz-baharın yağışı.
  • Fərsiz oğul atanın papağını yerə salar.
  • Gördün ki, sənə qulaq asan yoxdur, yaxşısı budur dinməz otur.
  • Gözdən uzaq olan, könüldən də uzaq olar.
  • Gözlə görmədiyin işə inanma.
  • Gücün çatmayan işə girişmə.
  • Günəşin nə günahı ki, yapalaq gündüz görmür.
  • Hamının un dərdi, dəyirmançının da su dərdi.
  • Hansı barmağı kəssən, ağrısı birdir.
  • Həmişə eyni məhlədə toy olmaz.
  • Hər qamışdan qənd qayırmazlar.
  • Hər papaqlı kişi deyil.
  • Hətta keçi də oturmaq istədiyi yeri ayağı ilə eşib düzəldir.
  • Həyasız pişik şirin də üstünə atılar.
  • Hiyləğər tülkü tələyə düşəndə dörd ayağından düşər.
  • Xəncər ləzgiyə yaraşar.
  • İgidin qədrini igid bilər, Gülün qədrini bülbül.
  • İki göz də bir-birilə yola getməzdi, aralarında burun olmasaydı.
  • İki xəncər bir qına sığışmaz.
  • İki köpək süpürləşəndə kənara çəkil.
  • İlanın da yadında qalır ki, onun quyruğunu kim tapdayıb.
  • İlanın özünü öldürüb, balasını sağ qoyma.
  • İstəyə hər şey bağışlanar.
  • İt — sahibini unutmaz, pişik — evi.
  • Kasıb hamama gedər, isti su buz bağlayar.
  • Kasıblayanın adını dostları unudurlar.
  • Keçinin tullandığı yerdən çəpiş də tullanar.
  • Keşik növbəsi kasıba çatanda gecə də uzanar.
  • Kəmağılın dili uzun olar.
  • Kəndin xəbərini böyükdən soruş, özgə evinin xəbərini uşaqdan.
  • Kor kora xox gələr.
  • Kora hər yer zülmətdir.
  • Küləklə gələn küləklə də gedər.
  • Qabağa keçirsən — başına vururlar, dala qalırsan — dabanına.
  • Qan düşməninə rəhm etmə, düşmən dönüb dost olmaz.
  • Qapağan itə ya sümük gərək, ya da çomaq.
  • Qarında olan görünmür, çiyində olan görünür.
  • Qıfılsız dil baş ağrıdar.
  • Qonşu ilə dostluq elə, amma çəpəri götürmə.
  • Qonşu ilə mehriban davranmaq istəyirsənsə — ondan borc alma.
  • Qonşu yaxşı olsa, çolaq qız da ərə gedər.
  • Qorxaq həmişə daşın böyüyündən yapışar.
  • Qulaq çox şey bilsə də, qulaqdır ki qulaq.
  • Marala buynuzu ağırlıq etməz.
  • Meyvə qurdu meyvədən çıxar.
  • Mədə bircə bıçağı xoşlamır.
  • Məhəbbətin məkanı ürəkdir.
  • Molla sədəqə verməz.
  • Namərdin qanadı altında olmaqdansa, qartalın caynağında olmaq yaxşıdır
  • Namus ləkəsini qan təmizləyər.
  • Növbə kasıba çatanda hamam buz bağlayar.
  • O düşmən qorxuludur ki, özünü dost kimi göstərir.
  • Oğru öz yatağında ölməz.
  • Oğul sənindir, qız özgənin.
  • Oğurluq çörəyin dadı olmaz.
  • Oğurluq heyvanın ətini yeyən də, şorbasını içən də eyni cür günahkardır.
  • Olmayan canı Əzrayıl da ala bilməz.
  • Otlayan ölməz (xəstəlikdən sonra).
  • Ölən adamın dadına Yasin yetişməz.
  • Ölsün o dost ki, axır tikəni necə bölüşdüyünü yaddan çıxarıb.
  • Öz yuvasında siçan da aslandır.
  • Özgə əli ilə kirpi tutmaq istəyir.
  • Özgəsini eşit, öz fikrini açma.
  • Özgəsinin eybini sənə deyən, sənin də eybini özgəsinə deyəcək.
  • Payız cücəsindən xoruz çıxmaz.
  • Pinti arvada kor ər gərək.
  • Pişiyin qanadı olsaydı, bütün quşları tutardı.
  • Plov bişirməyə söz yox, düyü ilə yağ gərəkdir.
  • Pul azdır — qayğı azdır; pul çoxdur — qayğı çoxdur.
  • Pula tək mollanı yox, bütün şəriəti ala bilərsən.
  • Pulun var — ağıllısan, pulun yox — ağılsız.
  • Sağ əl boş olsa, sol əldən ona dost olmayacaq.
  • Sağlam olası cücə yumurtadan bəllidir.
  • Sən görən kolda dovşan qalmayıb.
  • Səni xəncərlə vuranı sən çörəklə vur.
  • Sözə inanma, işdə yoxla.
  • Sözü bişir, sonra de.
  • Su axıb gedəndən sonra köpüyünə əl atma.
  • Su içəndə nəinki insana, heç ilana da dəymə.
  • Təki baş sağ qalsın, papaq tapılar.
  • Ulağa arxadan, xana qabaqdan yaxınlaşma.
  • Uşağın xətası səni düşmənin qapısına aparar.
  • Üç yüz illik bataqlıqda içməli su axtarma.
  • Ürəkdən gələn söz ürəklərə yatar.
  • Vaxtında düşməni göz açmağa qoyma.
  • Varlı kişi ya təzə ev tikər ya da təzə arvad alar.
  • Vətən eldir, xalq — ailə.
  • Ya gərək çox pulun olsun, ya da şirin dilin.
  • Yaxşı atın arxasından toz qalxar.
  • Yaxşı qonşu pis qardaşdan yaxşıdır.
  • Yalanın ömrü qısa olar.
  • Yatmış aslandansa, ayıq çaqqal qorxuludur.
  • Yayda ilan sancan, qışda ala çatıdan qorxar.
  • Yekəpər papaq gözün qarşısını kəsər.
  • Yersiz gülməyin axırı ağlamaq olar.
  • Yuxarıda öküzün ayağı sürüşəndə aşağıda eşşək ağlayar. (Yıxılsa, leşini mən daşımalıyam.)
  • Zəhmətə qatlaşmayan adam rahatlığın qədrini bilməz.
  • Zülmlə abad olan, qarğışla bərbad olar.

Mənbə

redaktə
  • İradə Məlikova. Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri. Bakı, 2016.

İstinadlar

redaktə