Leonard Koen
Leonard Norman Kohen (1934-2016) — Kanada şairi, yazıçı və müğənni.
Leonard Koen | ||||
Doğum tarixi | 21 sentyabr 1934 | |||
Doğum yeri | Monreal | |||
Vəfat tarixi | 7 noyabr 2016 | |||
Vəfat yeri | Los-Anceles | |||
Dəfn yeri | Mount Royal | |||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- 60-cı illər mənim üçün geriyə dönüşü olmayan nöqtə oldu. Mən “Çelsi” otelində (Nyu-York oteli — müxtəlif illərdə burada Bob Dilan, Cenis Coplin, Sid Vişes, Dilan Tomas və başqaları yaşayıb — Esquire) yaşayırdım, bura elə məkandı ki, partilərdəki kartof çipsləri çox təhlükəli ola bilərdi. Həqiqi təhlükəni nəzərdə tuturam — çünki çipslərə sulfat turşusu hopdurula bilərdi. Yadımdadır bir dəfə necə oldusa parti keçirilən bir nəfərin otağına girdim və bir neçə çips yedim. Sonrakı 4 gün ərzində mən öz otağımı tapmağa çalışmışdım.
B
redaktə- Bilirəm ki, hardasa bizim hamımızı izləyən bir göz var. Və bir gün bizi günahlarımıza görə ittiham edəcək bir məhkəmə də.
- Bu müharibə hər daim olacaq: bəziləri deyəcək müharibə gedir, bəziləri isə deyəcək ki, heç bir müharibə yoxdur.
- Bütün dahiyanə yaradıcılıqlarda dağıdıcı element olur — və məhz o, bizə həqiqi zövqü verir. Yalnız məsələ siyasətə və sosial həyata gəldikdə bu dağıdıcılıq yolverilməzdir. İncəsənət adlandırdığımız məfhumda dağıdıcılıq arzu olunan xarakteristikadır.
C
redaktə- Cəsarət başqalarının görə bilmədiyi, heç vaxt təsdiqlənməyən şeydir. Bu, atdığınız və sonra geri qayıtdığınız şeydən hazırlanmışdır.
D
redaktə- Deyəsən, bunu Ben Conson (İngilis poeziyasının klassik şairi və dramaturqu: 1572-1637 — Esquire) deyib: mən bütün dini və fəlsəfi mətnləri oxudum: ancaq həyat eşqi hamısına qalib gəlir.
- Dərin musiqi bilicisi təəssüatı yaratmaq istəməzdim, ancaq hər halda mən güman olunandan daha yaxşı musiqi bilicisiyəm. Bilirsinizmi, insanlar danışırlar ki, mən cəmi 3 akkordla işləyirəm, əslində isə mən 5 akkord bilirəm.
- Duaları şərh eləmək mənimçün çətindir. Mən talmudçu deyiləm. Daha çox nə zamansa İncili yazanlara bənzəyən balaca yəhudiyəm.
- Dünyadakı bütün gözəl əsərlər sevginin yoxluğundan yaranıb.
- Düzünə qalsa, heç vaxt özümü şair hesab etməmişəm. Həmişə elə hesab etmişəm ki, poeziya başqalarının xüsusi yazı növü kimi qəbul etdiyi qəlibdir. Ona görə də özünü şair adlandırmaq olduqca təhlükəli məsələdir. Qoy bunu başqaları müəyyən etsinlər: onların işi-gücü elə budur.
Ə
redaktə- Əgər Hitler nasist Almaniyasında doğulsaydı, mövcud mühit çox çətin ki, onun xoşuna gələrdi.
- Əgər yaxşı mahnıların haradan gəldiyini bilsəydim, orada tez-tez olmağa çalışardım.
H
redaktə- Heç bir vəchlə işəmək istədiyin məqamda qərar qəbul etmə.
- Heç bir zaman sonradan ayrılanda əziyyət çəkəcəyin şeyə sahib olma.
- Heç bir zaman öz qadınlarımı və dərzilərimi müzakirə mövzusu eləmirəm.
- Heç cür başa düşə bilmirəm, niyə mənim qolum yasəmən budağı deyil?
- Heç vaxt çətin və ya qaranlıq olmağı qarşıma qoymamışam. Mən sadəcə hiss etdiklərimi bacardığım qədər dürüst yazmağa başladım və başqa insanlar musiqidə özlərini hiss edəndə çox sevinirəm.
- Hələ uşaqlıqdan musiqi və sinaqoqlarda eşitdiyim ilahi söhbətlər mənə təsir edirdi — orada hər şey çox vacib idi. Həmişə elə güman etmişəm ki, dünya sözlərin köməyilə yaranıb, buna görə də bu söhbətlərdə müstəsna işıq görmüşəm. Və bu mənim daim mənsub olmaq istədiyim şey olub.
- Həmişə ölüm qorxusuyla yaşamaq gərəksizdir. Ona görə ki, o nə vaxtsa gələcək və həyatındakı bütün qorxuları özüylə aparacaq. Yaş keçdikcə insanın beynindəki qorxuya cavabdeh olan hüceyrələr ölməyə başlayır.
- Həmişə özümü ikinci dərəcəli müəllif hesab etmişəm. Mənim “qabı”m çox balacadır, ancaq onu diqqətlə araşdırmağa çalışıram.
- Hər konsertimdən əvvəl içirəm. Bu peşəkarlıqdır. Konsertdən sonra isə içmək olmaz.
- Hər şeydə bir yarıq var. Yalnız belə, işıq içəri keçə bilər.
- Hər şeyin yolunda getməsi o qədər də vacib deyil.
İ
redaktə- İlk dəfə Monrealdan Nyu-Yorka getmək qərarına gələndə, həmişə saf qadın hesab etdiyim anam — ona görə ki, rus idi (Litvadan miqrasiya etmiş yəhudi — Esquire) və ingiliscəsi yaxşı deyildi — mənə dedi: “Leonard, ehtiyatlı ol. Ordakı adamlar bizim kimi deyillər”. Əlbəttə, mən ona heç nə demədim — o mənim anam idi, ona hörmətsizlik eləmək istəmirdim — ancaq öz-özümə düşündüm: “Ana, axı mən daha uşaq deyiləm”. Lakin o düz deyirdi. O necə də haqlı idi.
- İndi mənim sizə dediklərim — bir başqasına dediklərimin bəraətidir.
- İngilis kraliçasına qarşı heç bir qərəzim yoxdur. Əksinə, ürəyimin dərinliyində onun Cek Kennediyə oxşamamasına heç vaxt heyfslənməmişəm. Mənə görə, kraliça sadəcə olaraq onu bəzəyib-düzəyənlərin əlində qurbana çevrilmiş hədsiz təmtaraqlı ledidir.
- İnsanlar arasında olmağı heç vaxt sevməmişəm və mənim üçün yaşadığım otelin qapısını arxamca bağladığım an çox qiymətlidir. Belə görünür, qarajlar, artırmalar və mansardlar söykəndikləri evlərdən daha qorxuncdurlar.
- İtki — yaradıcılığın anasıdır.
- İudaizm — tanrıyla və onun peyğəmbərləriylə 4 min illik söhbətdir.
K
redaktə- Kiminsə mənə pul ödəməsi üçün yaratmaq istəmirəm. İstəyirəm nəsə yaradım, mənə pul ödəsinlər.
Q
redaktə- Qadın bədəninə elə təlaşla baxır, elə bil bədəni məhəbbət uğrundakı döyüşdə onun etibarsız müttəfiqdir.
- Qoyun hakimlər ədalət məhkəməsində məyus olsunlar — onda, onların qərarları daha dəqiq olacaq. Qoyun generallar qələbədən məyus olsunlar — onda, qətl rüsvayçılıq sayılacaq. Qoyun keşişlər inancdan məyus olsunlar — onda onların inancı daha səmimi olacaq.
M
redaktə- Məhəbbətin müalicəsi yoxdur, amma bütün dərdlərin ən təsirli dərmanıdır.
- Mən gəncliyindəsə indi daha yaxşı görünən qoca filoloqam. Dalını qoyduğun oturacaqlar sənin siətinə bax belə oyun açır.
- Mən heç vaxt qadınları və dərzilərimi müzakirə etmirəm.
- Mən özümü pessimist hesab etmirəm. Pessimist mənə görə o kəsdir ki, bu dəqiqə yağışın yağacağını güman edir. Mənsə elə belə də özümü iliklərimə qədər islanmış hiss edirəm.
- Mən sizə ancaq bir məsləhət verə bilərəm: yunanca öyrənməyə girişməyin.
- Mənə elə gəlir, kitablara nifrət etməyi belə tərgitmişəm.
- Möcüzəyə qarşı çıxmaq lazım deyil.
N
redaktə- Nəfsin mövcud olmadığını desəm, Şeytan güləcək.
O
redaktə- O, heç vaxt özünə şair deməyib, yazdıqlarını da şeir adlandırmayıb. Sətirlərin səhifənin kənarına qədər getməməsi heç bir zəmanət deyildi. Poeziya hökmdür, məşğuliyyət deyil.
- Ola bilsin mən adamaoxşamazam. Ancaq mən musiqi yaradıram.
Ö
redaktə- Ölüm barədə tez-tez düşünmürəm, ancaq həyatının müəyyən periodlarında sənə aydın olur ki, sənin vaxtın keçəridir.
- Öz xoşbəxtliklərinə görə narahat olmayan insanlara qarşı ürəyimdə qeyri-adi bir bir xəfiflik var. Lakin əlbəttə, elə şeylər var məni xoşbəxt edir: övladlarımın vəziyyətinin yaxşı olması və qızımın itinə baxmağım. Hə, bir də bir parç pivə.
- Öz kefimiz üçün musiqi çalanda, indi çalınandan çox daha yaxşı idi. Bu gün heç kim avans verilməsə, gitarasını torbadan çıxarmaq istəmir.
P
redaktə- Poeziya — həyatın sübutudur. Əgər sənin həyatın yanıb tutuşursa, poeziya onu küllərə döndərir.
R
redaktə- Reallıq — baş verənlərin variantlarından biridir və mən onu heç cür təkzib edə bilmərəm.
S
redaktə- Seks gənclər üçün idman, yaşlıların sirridir.
- Siqareti atanda cədvəlin ortasında bəzi notlar götürmək imkanını itirdim. Ancaq əvəzində cədvəlin yuxarısında bəzi notlar götürməyi öyrəndim. Buna görə də indi çox aşağıdan oxuya bilmirəm, əvəzində yuxarıdan oxumaqda problemim yoxdur.
T
redaktə- Tenessi Uilyams belə deyib: “Həyat, əzizim, qurğu verilmiş pyesdir, ancaq o, üçüncü aktdan məhrumdur”. Ola bilsin, mən indi məhz teatr aktındayam — və əvvəlki iki aktda əldə etdiyim təcrübədən yararlanıram. Bütün bunların necə bitəcəyi isə mənim şəxsi işimdir.
U
redaktə- Uşaqlar öz çapıqlarını medallar kimi göstərirlər. Aşiqlər üçün çapıq tezliklə açılacaq sirdir. Söz cismə necə çevrilirsə, çapıq da sözə çevrilir (“Və sözdən cisim yarandı” — Yevangeliyada İohandan ifadə). Döyüşdə alınmış yaranı — iri çapığı göstərmək elə asandır ki. Sızanağı göstərmək isə bir o qədər ağır.
Y
redaktə- Yalnız Kanadada mənim kimi səsi olan birisi “İlin vokalçısı” adını ala bilərdi.
- Yaşım artdıqca, daha aydın başa düşürəm ki, bu şounun aparıcısı mən deyiləm.
- 7 yaşdan 11 yaşa qədər — həyatın bu böyük parçası zəifliklərdən və unutqanlıqlardan ibarət olur. Bu yaşda biz müntəzəm olaraq heyvanlarla ünsiyyəti itiririk, quşlarsa söhbət etmək üçün daha bizim pəncərəmizə qonmurlar. Yavaş-yavaş bizim gözlərimiz gördüklərinə öyrəşməyə başlayır və biz möcüzələrdən uzaqlaşmağa başlayırıq.[1]
- Yorğun görünməkdən qorxma.
- Yuxusuzluqdan əziyyət çəkənlərin yeganə təsəllisi — mürgüləyən dünyanın üstünlüyünü duymaqdır.
İstinadlar
redaktə- ↑ Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014