Afrika musiqisinin son dərəcə gözəlliyi ondan ibarətdir ki, ən kədərli mövzuda olsa belə, yenə də şən səslənir. Sən kasıb ola bilərsən, kardon qutudan tikilmiş evdə yaşaya bilərsən, işini itirə bilərsən, lakin musiqi həmişə sənə ümid verəcək. Nelson Mandela
Aşiq olanda bizə elə gəlir ki, bütün dünya bizimlə həmfikirdi - bu gün qürub zamanı buna əmin oldum, amma nəsə öz yolu ilə getməyəndə, heç nə qalmır - nə vağlar (quş növü), nə uzaqdan eşidilən musiqi, nə onun dodaqlarının dadı. Bəs bütün bu gözəllik belə sürətlə hara itdi, hara qeyb oldu? Axı bir neçə dəqiqə əvvəl bütün bunlar mövcud idi, bizi əhatə edirdi... Paulo Koelyo
Musiqi sevməyənə insan demək olmaz: onu sevən insan ancaq yarımdır; musiqi yaradansa tam insan. Höte
Musiqi təməldə bizdə müəyyən bir nisbətdə güc qazanan həyat duyğusunun özündə gizli olan ağrını izah edər; musiqinin verdiyi həyəcanın quruluşundada bu ağrıdan uzaqlaşıb onu uzaqdan izləmə düşüncəsi vardır. Fridrix Nitsşe
Populyar kanallar məni izləməsin deyə musiqilərimi onlara göndərmirəm. Mən daima demişəm ki, məni hər kəs dinləməsin. Mən hər kəs üçün musiqi ifa etmirəm. Cem Adrian