Luiza Hey
Luiza Hey — Amerika yazıçısı.
Luiza Hey | |||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Başqasına olan sevgi – möhtəşəmdir, amma keçicidir. Amma özünə olan sevgi — əbədidir. İçinizdəki ailəni sevin: uşağı, valideyni və onları ayıran illəri.
- Biz nəyisə icazəsiz ediriksə, itiririk. Biz veririksə, qazanırıq. Başqa cür ola da bilməz.
- Bizim bədənimiz həmişə bizimlə danışır. Kaş ki, vaxt tapıb onu eşidə bilsək. Bədənimizin hər bir zərrəsi bizim fikirlərimizə və sözlərimizə reaksiya verir.
- Bütün verdiklərinizi geri alırsınız.
D
redaktə- Durmadan öz keçmişin haqda düşünmək, özünə bilərəkdən əzab verməkdir.
Ə
redaktə- Əgər ağlınıza neqativ bir fikir gəlibsə, ona düşüncənizdə iştirak etdiyinə görə təşəkkür edin.
G
redaktə- Güc nöqtəsi burda yerləşir – bizim beynimizdə.
H
redaktə- Hamımızın içində hələ də kiminsə onu incidəcəyindən qorxan və sevgi uman 3 yaşlı uşaq var.
- Heç vaxt, heç bir şəraitdə özünü tənqid etmək olmaz.
İ
redaktə- İnsan xəstələnəndə, səbəbini onun öz ürəyində axtarmaq lazımdır ki, kimi bağışlamalıdır…
K
redaktə- Keçmiş həmişəlik getdi. Bu reallıqdır, onu dəyişmək mümkün deyil. Amma biz keçmiş haqda fikirlərimizi dəyişə bilərik. Kimsə sizi keçmişdə incidibsə, buna görə indi özünə əzab vermək axmaqlıqdır.
- Keçmişi sevgi ilə yola salın və ona bəzi şeyləri sizə dərk etdirdiyinə görə təşəkkür edin.
N
redaktə- Nələri ki siz bilməlisiniz, doğru zamanda və məkanda mütləq biləcəksiniz.
Ö
redaktə- Özünə qarşı sevgi hiss etməyən insanlar, bir qayda olaraq bağışlamağı bacarmırlar.
- Özünüzü bu dəqiqə sevin, sonranı gözləməyin.
R
redaktə- Rəqabət və başqaları ilə müqayisə — yaradıcı şəxsiyyət olmağa mane olan 2 əsas şeydir.
S
redaktə- Sevgi insandan kənarda olmur – onun içində yaşayır. Siz nə qədər güclü sevsəniz, bir o qədər sevgi ilə əhatə olunacaqsınız.[1]
- Siz gəlirinizin onda birini verin və daha çox pulun gəlməyinə hazırlaşın.
- Sizə əzab vermiş insanlar sizin indiki keçirdiyiniz hissləri keçirirlər.