A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


ARedaktə

  • Afrika mənşəli amerikalıların əsarət altına alınması qaçılmaz tarixi fakt olsa da , onların ölüm təhlükəsi qarşısında göstərdikləri cəsarət, aşılmaz kimi görünən çətinliklər qarşısındakı gücləri, başqalarını imansız ümidsizliyə sürükləyən şəraitlə qarşılaşdıqda imanları və onların zalım şəraitdə gözəlliyin və dahiliyin oyadan olması da həvəsləndirmirdi. Aberjhani
  • Ağıl gücə çevrilər, güc ağıla çevrilə bilməz. Əbu Turxan
  • Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini məhəbbət bircə gündə öyrədir. Ralf Uold Emerson
  • Arvadın hörməti ərinə görə, oğlun izzəti atasına görə, şagirdin biliyi müəlliminə görə, ordunun gücü sərkərdəsinə görə müəyyən edilir. Kəlilə və Dimnə
  • Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel

BRedaktə

  • Başqaları üzərində güc siyasidir və başqaları üzərində güc sahibi olmaqla maraqlanan insanlar, dərin bir dəyər]]sizlik kompleksi olan insanlardır. Özlərini davamlı olaraq başqaları ilə müqayisə edir və özlərini dəyərsiz hiss edirlər. Dünyaya və özlərinə bunun belə olmadığını, üstün varlıq]lar olduqlarını sübut etmək istəyirlər. Bütün siyasətçilər, dəyərsizlik kompleksindən əziyyət çəkirlər. Bütün siyasətçilərin psixoloji müalicə almaqları gərəkdir. Bunlar xəstə insanlardır və bu xəstə insanların əlindən bütün dünya çox böyük iztirab içindədir. Üç min ildə beş min müharibə! Oşo
  • Bilik güc, güc isə bilikdir. Frensis Bekon
  • Binalar simvoldur, yox etmənin bir simvolu. Simvollara insanlar güc verər, tək başına simvollar mənasızdır, amma kafi sayda insanla binaları (simvolları) partlatmaq, dünyanı dəyişdirər. V for Vendetta
  • Bir proyekt ortaya çıxaranda başlanğıcda səhvlər edə bilərsiniz, əhəmiyyətli olan səhvlərinizi müdafiə etmək yerinə tez bir zamanda düzəldə bilməyə çalışmaqdır. Stiv Cobs
  • Bir vaxtlar hakimiyyətdən sərxoş olanlar və ondan hər cür nemət əldə edənlər, hətta bir il də olsa, onu heç vaxt öz istəyi ilə tərk edə bilməzlər. Onlar bütün güclərinin ortasında sıxıntı içində ola bilərlər; lakin onlar heç vaxt rahatlıq üçün gücdən başqa bir şeyə baxmazlar. Edmund Berk Bork
  • Birini sevməyə başlamaq başlı başına bir iş, bir cəhddir. Güc istər, ürək istər, korluq istər. Hətta başlanğıcda elə bir an vardır ki uçurumun üstündən sıçramaq istər; düşünməyə qalxsan aşa bilməzsən onu. Jan Pol Sartr
  • Bizə insanları deyil, fikirləri xatırlamağımız söylənildi. Çünki bir adam yenilə, tutula, öldürülə, unudulabilər, lakin bir fikir 400 il sonra belə hələ dünyanı dəyişdirə bilər. Fikirlərin gücünə ilk əldən şahid oldum. Fikirlər uğruna ölən və öldürən insanlar gördüm. Amma fikirə toxuna bilməz, tuta bilməz hətta öpə bilməzsən. Fikirlər qanamaz, acı çəkməz və sevməzlər və darıxdığım şey bir fikir deyil, bir adamdır. 5 noyabr mənə xatırladan adam. Əsla unutmayacağım adam. V for Vendetta
  • Böyük güc böyük məsuliyyət gətirər. Benjamin Parker
  • Bu əsrin gücü sərvətdir. Oskar Uayld

CRedaktə

  • Cavanlıqda qocalığa güc saxla, pullu gündə pulsuz günə pul saxla, savaşanda barışmağa üz saxla. Azərbaycan atalar sözləri/C
  • Cəsarətin qəzəbin köməyinə ehtiyacı yoxdur. Çünki, onun özü hər cür müqavimətə qarşı öyrədilib, hazırlanıb və silahlanıb. Başqa cür desək, cəsarətə sərxoşluq da, ağılsızlıq da faydalıdır. Çünki, sərxoşlar da, ağılsızlar da gücləri ilə fərqlənirlər. Mark Tulli Siseron

ÇRedaktə

  • Çətinliyə demək olar ki, hər insan dözə bilər, lakin onun xarakterini sınamaq istəyirsinizsə ona güc verin. Avraam Linkoln

DRedaktə

  • Deyirlər ki, qadınlar digər həmcinsləri üçün geyinir, rəqabət hissi onlara güc gəlir. Bu düzdür. Amma dünyada kişilər olmasaydı, onlar belə etməzdilər. Koko Şanel
  • Dünyada iki güc mövcuddur: dollar və ədəbiyyat. Mixail Bulqakov
  • Dünyada sonsuz bir xoşbəxtlik yoxdur; nə məşhur bir soy, nə gözəllik, nə güc-qüvvət, nə zənginlik, heç bir şey bizi fəlakətdən qurtara bilməz. Aleksandr Puşkin
  • Dünyanın ən yaxşı adamları gözəlliyi duymağı, riskə getməyi bacarır, doğrunu deməyə özündə güc tapırlar. Bu müsbət keyfiyyətlər onları çox kövrəkləşdirdiyindən ən yaxşı adamlar çox vaxt içəridən dağılır. Ernest Heminquey

ERedaktə

GRedaktə

  • Gerçəyin gücü ilə yaşadığım müddətcə kainatı belə fəth edə bilərəm. V for Vendetta
  • Güc davamlıdır; amma gücün qazandığı zəfərlərin ömürü çox qısa olar. Avraam Linkoln
  • Güc də ağla təslim olur. Rus atalar sözləri
  • Güc dincəlməkdən deyil, mübarizədən doğur. Anna Luiza Stal
  • Güc əyir, güc də düzəldir. Fin atalar sözləri
  • Güc fiziki vəziyyətdən yox, boyun əyməyən iradədən gəlir. Mahatma Qandi
  • Güc heç vaxt gülməli olmur. Napoleon Bonapart
  • Güc kişiyə, gözəllik qadına verilir; Amma hər şeyi məğlub edən güc, bir tək gözəlliyə məğlub olur. Yılmaz Ərdoğan
  • Güc ortaya çıxınca qanunlar zəifləyər. Napoleon Bonapart
  • Güc, özünə sahib olanları yox edər. Xaç atası (film, 1972)
  • Güc və etibarı həmişə xaricimdə axtardım. Amma bunlar insanın içindən gəlir, və hər vaxt oradadırlar.[1] Ziqmund Freyd
  • Güc və təxəyyüldən hadisələr doğur. Mişel de Monten
  • Güc yiyəsi haqlı deyil, düz yiyəsi haqlıdır. Rus atalar sözləri
  • Gücə söykənməyən ədalət aciz, ədalətə söykənməyən güc isə zalımdır. Blez Paskal
  • Güclüsən, ağıllısan. Ancaq bütün bunlardan harada, necə istifadə edəcəyini bilməsən, tez məhv olarsan. Vaxt gələr, bir yumruğunla dağları aşırarsan, vaxt da gələr, yerdəki qarışqaya məğlub olarsan. Güc heyvanda da var. Ağıl isə yalnız açardır. Bu açarla açacağın qapıları yaxşı tanı. O qapıların arxasında xəzinələr, o qapıların arxasında sirlər var. O sirlər ki, qoynunda əbədi müjdələr yatır. O sirlər ki, insanı əbədiyyətə qovuşdurur. Dünyada ikən cənnətin qapılarını aç, oğul! Şeyx Ədabali
  • Gücün kimin tərəfində olmasının mənim üçün əhəmiyyəti yoxdur. əhəmiyyətli olan odur ki, qanun kimin tərəfindədir. Viktor Hüqo

HRedaktə

  • Haqlı olmayan güclü zalım, gücü olmayan haqlı isə çarısizdir. Blez Paskal
  • Harada canlı tapdımsa, orda güc iradəsi tapdım, xidmət edənlərin iradəsində belə, ağalıq etmək iradəsi gördüm. Fridrix Nitsşe

XRedaktə

  • Xəyalına çox güc vermə! O çox qorxunc mənzərələr yarada bilər. Pifaqor

İRedaktə

  • İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır. Cordano Bruno
  • İnsanlarda güc deyil, iradə çatışmır. Viktor Hüqo
  • İntizam, enerji, güc və optimizm dolu güclü bir xarakter inşa etmək üçün zaman ayrıldığı zaman, çöl dünyanda hər şeyə sahib ola bilər, istədiyin hər şeyi bacara bilərsən. Qabiliyyətlərinə və məğlubedilməz ruhuna olan dərin inancını gücləndirdiyin zaman, bütün məşğuliyyətlərində müvəffəqiyyətli olmağını və böyük mükafatlar almağını heç bir şey əngəlləyə bilməz. Zehnini öyrətmək, bədəninə diqqət göstərmək və ruhunu bəsləmək üçün vaxt sərf etmək, səni, həyatında daha çox zənginlik və canlılığa çata biləcəyin bir mövqeyə gətirər. Robin Şarma

QRedaktə

MRedaktə

  • Məlumat gücdür. Frensis Bekon
  • Mənim üçün əhəmiyyəti yoxdur ki, güc kimin tərəfindədir; əhəmiyyəti olan odur ki, qanun kimin tərəfindədir. Viktor Hüqo
  • Musiqi təməldə bizdə müəyyən bir nisbətdə güc qazanan həyat duyğusunun özündə gizli olan ağrını izah edər; musiqinin verdiyi həyəcanın quruluşundada bu ağrıdan uzaqlaşıb onu uzaqdan izləmə düşüncəsi vardır. Fridrix Nitsşe

SRedaktə

  • Səbr və nəzakət birləşərsə, ondan güc və qüvvət doğar. Tomas Vilson
  • Sizə bir işi güc hesabına məcbur gördürülürsə o işi ən möcüzəvi gözəl şəkildə edin çünki tək qurtuluş yolunuz budur. V for Vendetta

TRedaktə

  • Tibet dilində bir söz var: “Əzablardan güc yığmaq üçün istifadə etmək lazımdır.” Nə çətinlik olursa olsun, təcrübə nə qədər əzablı olursa olsun, ən böyük fəlakət ümidini itiməkdir. Tenzin Gyatso

URedaktə

YRedaktə

  • Yazıçılıq sənəti qorunması güc olan bu iki tapşırığa bağlı qalacaq; bilə-bilə yalan danışmamaq və insanın insanı əzməsinə etiraz etmək. Alber Kamyu
  • Yüksəlmək üçun ancaq öz gücünüzdən istifadə edin, başqasının sizi yüksəltməyinə icazə verməyin. Fridrix Nitsşe

ZRedaktə

  • Zamanı çatan bir fikrin gücünə heç bir ordu tab gətirə bilməz. Viktor Hüqo
  • Zehində güclü bir şəkildə canlandırmağı öyrəndiyində, içindəki canlı güclər oyanacaq. Robin Şarma
  • Zəiflər bizi öz gücümüzdən utanmağa məcbur etdikləri üçün bizə qalib gəldilər. Fridrix Nitsşe
  • Zəmanə dəyişib. İndi güc və igidlik əyyamı deyil, elm əyyamıdır. Nəcəf bəy Vəzirov

İstinadlarRedaktə

  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015