Məhəmməd Tağı Sidqi
Azərbaycan maarifçisi, pedaqoq, şair, publisist, müəllim
Məhəmməd Tağı Sidqi (1854–1903) — Azərbaycan maarif xadimi.
Məhəmməd Tağı Sidqi | |||
Doğum tarixi | 22 mart 1854 | ||
Doğum yeri | Ordubad | ||
Vəfat tarixi | 9 dekabr 1903 | ||
Vəfat yeri | Qarabağlar | ||
Dəfn yeri | Naxçıvan | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adamın yaxşı dostları olsa, ömrü zindanda da xoş keçər.
- Ağıllı idarə olunan insan həyatı — ən xoşbəxt, ən yüksək əxlaqlı həyatdır.[1]
B
redaktə- Bədbəxtliyin çoxu aclıqdan və qəzəbdən, paxıllıqdan və qərəzkarlıqdan olur.
- Bir adama yaxşılıq edib əvəzini gözləmək, bu gün əkdiyin ağacı sabah çıxarıb atmaq kimidir.
D
redaktə- Dəliliyin ilk dərəcəsi özünü ağıllı bilməkdir.
- Dili doğruçu olanın ağzının xətası az olar.
- Dünyada əziz vaxtını bihudə keçirmək müsibətdir.
- Dünyada hər elmdən artıq elmi-əxlaqda çalışmaq insan üçün lazımlı bir şeydir. Çünki heyvanların cinsi elmi-heyvanat deyilən elm ilə bilinsə, insanların da yaxşısı elmi-əxlaq ilə məlum olur.
- Dünyada insanın əvvəlinci vəzifəsi elm təhsil etməkdir. Elmsiz insan ruhsuz cism kimidir. Elmə talib olan alim hesab olunur. Amma özünü elmə malik bilən cahil sayılır.
- Dünyada elmi təhsil etmək çətin olsa da, yaddan çıxarmağı çox asandır. Amma cəhalət və nadanlıq təhsili nə qədər asan olsa, zayil olmağı çox çətindir.
F
redaktə- Fəlakət bekarçılıqda isə, şəfqət səy və qeyrətdədir.
- Fəzilət, elm və mərifətdən məhrum olanlar üçün ölüm nemətdir.
X
redaktə- Xəyanət heç zaman gizlin qala bilməz, çünki o bir qəlp puldur, tanımayanların arasında xərclənər.
- Xoşbəxtlik dörd şeydən ibarətdir, əsli pak, ürəyi pak, əli pak rəyi doğru.
İ
redaktə- İnadın nəticəsi rüsvayçılıq, qəzəbin nəticəsi peşmançılıqdır.
- İnsan cəmiyyətdə yalnız hər kəsə yaxşılıq etmək, abadlıq işi görmək, xalqla yaxşı rəftar etməklə yüksəlir.
- İnsan əvvəl cəhalətinin və bilməməzliyinin dərəcəsini bilsə, ondan sonra bildiyini təkmil edib, bilmədiyinin təhsilinə çalışıb, çox şey öyrənər.
- İnsana ömrü olduqca yemək və içmək nə qədər lazım olsa, elm və tərbiyə və əxlaqi-həsənə təhsil etmək o qədər lazımdır. Amma insanın insaniyyəti oxumaqla və heyvaniyyəti yemək ilə qaimdir. Pəs dirilik yeməkdən ötrü deyil, bəlkə, yemək dirilikdən ötrü lazımdır.
- İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir.
- İnsanın elmi çoxaldıqca cəhaləti azalır. Cahil olan kimsə vaxtsız xoruza bənzər. Cahilə söz qandırmaq dəvəyə xəndək atılmaqdan çətindir.
- İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır.[2]
- İnsanların yaxşısına pislik edən şəxsin əməli günəşə tüpürən adamın vəziyyətinə bənzər, yenə axırda öz üzünə düşər.
- İşlək adama ən böyük cəza bekar qalmaqdır.
Q
redaktə- Qədirbilməzlik ruzi verən əli yandırmaq kimi bir şeydir.
M
redaktə- Meyvəli ağaca daş atan çox olduğu kimi, elm və mərifət sahibinə də zəhmət və əziyyət verən çox olur.
Ö
redaktə- Öz-özünü bəyənən özünü heç kimsəyə bəyəndirə bilməz.
S
redaktə- Səadət elə bir xəzinədir ki, səy və qeyrət onun açarıdır.
- Səhhəti yerində olan adam ziqiymət xəzinə sahibidir.
- Sirr insanda əmanət olduqdan can kimi gizlətmək lazımdır. Bir sirrə iki adamdan artıq xəbərdar olsa, tamam aləmə faş olmuş kimidir.[3]
T
redaktə- Tənbəlliklə keçinən adam hər qüvvədən məhrum olur.
- Təzə əkilən tənəklərə və ağaclara su vermək nə qədər lazım olsa, uşaqlara da təlim və tərbiyə kiçiklikdə o qədər lazımdır.
V
redaktə- Vədəsinə vəfa eləməyən adamın dostları da ona düşmən olur.
Y
redaktə- Yalançılıq — insanın vicudunda bir ensiz örtüyə bənzər. Çünki bir tərəfini örtsən də, bir tərəfi örtülməz, açıq qalar.
Mənbə
redaktə- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
İstinadlar
redaktə- ↑ Aforizmlər və hikmətli sözlər, Bakı,2005
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
- ↑ Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX–XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002. — səh. 522.
Vikimənbədə Müəllif:Məhəmməd Tağı Sidqi mövzusunda məlumatlar var. |