Bilin ki, Allahın elmini qoruyan bəndələr vardır ki, onu mühafizə edərlər; qaynaqlarını axıdarlar. Bir-birləriylə uyğunlaşıb görüşərlər, bir-birlərini sevib qovuşarlar. Bir-birlərinə elm və hikmət piyaləsini verərlər, onu içib vəfa və nəsihətdən sirab olarlar. Onların saf könlünü şübhə bulandırmaz, qeybət onlara yol tapmaz. Yaradılışları, təbiətləri belədir: bu təbiətlə sevişərlər, bu təbiətlə bir-birlərinə uyğunlaşarlar. Onlar əkin üçün ayrılmış ən gözəl toxumlardır; pisləri ayaqlanıb atılmışdır; yaxşıları seçilib götürülmüşdür. Mahiyyətlərinin doğruluğu onları seçmişdir; sınaqlar onları yoxlamışdır. Həzrəti Əli
Bülbüldən çox da vəfa ummayın. Çünki hər dəm başqa bir gülün üzərində ötər. Sədi Şirazi
Heç bir şey insanı vəfa və sədaqət kimi sıxmaz. Aqata Kristi
Həm gözəl, həm də vəfalı olmaq böyük xoşbəxtlikdir. Qətran Təbrizi
Həyatları boyu bir dəfə sevdiklərini söyləyən insanlar həqiqətən də dayaz düşüncəli insanlardırlar. Onların sədaqət və vəfa adlandırdıqları şeyi, mən ya adətlərdən doğmuş süstlük, ya da xəyal çatışmazlığı adlandırardım. Oskar Uayld