Orta Asiya

(Mərkəzi Asiya səhifəsindən yönləndirilmişdir)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Hər başda bir fikir var, təkcə keçəlin başında - yüz min. (Keçəl Orta Asiya folklorunda komik surətdir.) Qaraqalpaq atalar sözləri
  • Onlar Orta Asiyanın Əşrusən (Usruşana) vilayətinin qədim soğd nəsillərindən idilər. Ərəb ordusunun bir çox məşhur sərkərdələri, о sıradan Afşin Heydər ibn Kavus bu torpaqdan çıxmışdılar. Bəzi mənbələrdə türk kimi anılıblar, lakin onu da qeyd etmək lazımdır ki, o vaxtı ərəblər Orta Asiyadan çıxan bütün xalqları, tayfaları türk sayırdılar. [1] Vladimir Minorski
  • Orta və Kiçik Asiyada, İranda, Volqa boyunda aktiv yaradıcılıq ilə məşğul olan Təbrizin orta əsr memarlıq bəzəyi ustaları, sanki bütün bacarıqlarını Göy məsciddə nümayiş etdirərək kaşı mozaikasının təkamülünü başa çatdırmışlar. Göy məscid dekoru və incə üslubu ilə orta əsr Azərbaycan memarlığında memarlıq bəzəyinin zəriflik, zənginlik, əlvanlıq və gözəllik zirvəsidir. [2]
    • Cəfər Qiyasi - arxeoloq, memar, ssenarist, kino məsləhətçisi, AMEA-nın müxbir üzvü.

İstinadlar

redaktə
  1. V. Minorsky. Studies in Caucasian history. — Cambridge University Press, 1957. — С. 111.
  2. Cəfər Qiyasi. Təbriz Göy Məscidi. Qobustan, №1, Bakı, 1974