Madaqaskar atalar sözləri
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ac köpək bəd olar.
- Ac timsaha nəvaziş təsir eləməz.
- Adamın yoluna əcinnə çıxsa yaxşıdır, nəinki yalançı.
- Adamları sev: adamlar var-dövlətdir.
- Adamlarla savaşmaq, səhrada tək yaşamaqdan yaxşıdır.
- Adil adam abidə kimidir — hər tərəfdən görünür.
- Axmaqla söz-sözə gələn ağıllı adam birinci susar.
- Ağcaqanadı vızıldadığına görə yox, adamların qanını sorduğuna görə öldürürlər.
- Ağıl da şana kimidir, çox düzü az götürür, çox əyrisi — lazım olmayanı.
- Ağıllı adam həmişə hörmətlidir.
- Ağıllı adama dəli ilə mübahisədən ancaq utanmaq qalar.
- Ağıllı bədxah xeyirxah dəlidən yaxşıdır.
- Atanın şərəfsizliyi uşaqların boynuna düşər.
- Avara bir toxa axtarır və özü də yalvarır: "İlahi, elə et ki, tapa bilməyim".
B
redaktə- Başqaları haqqında pis danışmağa tələsmə.
- Bekardan işləyənə məsləhətçi olmaz.
- Bəla qohumgilə gəlibsə, deməli, sizə də gəlib.
- Bir adam hələ xalq deyil.
- Bir şey alan deyilsənsə, qiymət soruşma.
- Birə başqasının hesabına yaşar.
- Birənin çoxluğuna sözlə də inanmaq olar, pulun çoxluğunu gərək göstərsinlər.
- Bitki çoxdur, amma təkcə şəkər qamışı şirin olur.
- Borclu yatağa uzanar, gözünə yuxu getməz.
- Boş mədədən ağır şey yoxdur.
C
redaktə- Cavanlıqda tənbəllik edən qocalanda cındır geyər.
- Cücələr düyü töküləndə əvvəl qorxur, sonra sevinirlər.
Ç
redaktə- Çoxuşaqlı yoxsul qocalıqda varlanacaq.
D
redaktə- Daşa yaxşılıq edəndə, onun üstündə əyləşmək də olar.
- Döyülməklə ağıllı olsaydılar, birinci ağıllı öküz olardı.
- Dil ilə bütün dünyanı da əkmək olar, əl ilə bir parça torpağın öhdəsindən gəlmək çətindir.
- Dırnağı böyük zebunun zir-zibili çox olar.
- Doğranmış soğan bərk acıdar.
- Dost evindən yan keçmə.
- Dosta pislik eləmə, təzəsi çətin tapılar.
- Dostluq alınmır, qazanılır.
- Döyülməklə ağıllı olsaydılar, birinci ağıllı öküz olardı.
- Duman dərələrdə dincələr, timsah dayaz sularda.
- Düyü bal və yağ kimidir: nə qədər çox olursa, bir o qədər yaxşı olur.
- Düyü olmasa da, qaşığı atma.
- Düz söz şəkər qamışının gövdəsi kimidir: istər qısa olsun, istər uzun — şirindir.
E
redaktə- Ehtiyatsız cavan xəstə qocadan tez ölər.
- Evi ocaq yox, mehriban həyat qızdırar.
Ə
redaktə- Əkinçini əkinindən tanıyarlar.
- Ən böyük səadət — məhəbbətə görə olan nikahdır.
- Ərlə arvad kimidirlər: səhər savaşır — axşam barışırlar, axşam savaşır — səhər barışırlar.
- Əziyyət qoy cibə düşsün, dostluğa yox.
G
redaktə- Güclü olub ehtiyatlı olmayan çox yaşamaz.
- Güclüləri həya yıxar, zəifləri — qorxu.
H
redaktə- Heyvanı oylağında sancma.
- Həqiqətə qalib gəlmək olar, amma öldürmək olmaz.
- Həyat yemək qoxusu kimidir: bilmirsən haçan gedir.
- Həyatı göz yaşı ilə gözəlləşdirə bilməzsən.
- Hökmdara nifrət eləmək, xalqa nifrət eləməkdən yaxşıdır.
X
redaktə- Xasiyyətin pisini dəyişmək olar, sifətin pisini — yox.
- Xatirə hədiyyədən qiymətlidir.
- Xəsis pulu bədxərc üçün yığar.
İ
redaktə- İnamsızlıq məhəbbətə əngəldir.
- İnsan ilandan, ilan insandan qorxar.
- İnsan qara şüşəyə bənzəyir — içində nə var görünmür.
- İpəklə başladığın işi, qalın sapla qurtarma.
- istiot vurulmaqla acı olmarıq, bal yaxılmaqla — şirin; adamı işiylə tanıyarlar.
- İşdə əllərin ağrıyanda da ac mədəni fikirləş.
- İt qorxudan hürər.
K
redaktə- Kasıb səhər gedir — deyirlər getdi oğurlamağa, axşam gedir — deyirlər getdi soymağa.
- Kasıbı düzlüyü saxlayar.
- Kasıblıq əyrilik deyil.
- Kərtənkələnin balacası böyüyünə yemdir.
- Kişini evdə uşaqlar yox, arvadın kamilliyi saxlayar.
- Korun yuxusu bütün həyatı qədər çəkər.
- Köhnə dərd bəla deyil.
- Könülsüz izdivac nəhayətsiz göz yaşıdır.
- Köpəyi aldatmaq asan deyil, adamı lap betər.
Q
redaktə- Qaban — yeməzdən qabaq torpağı qazıyır.
- Qarışqa cırcıramanı tutdu: -"Yaxşı ovdur, ancaq ağıza sığmaz" — dedi.
- Qeyrət hər bir işin öhdəsindən gələr.
- Qocaların mahnısı göz yaşı ilə qurtarar.
- Ququ quşu harada olsa, bir cür oxuyacaq.
- Qul bəxtəvərliyindən deyil, acından oxuyur.
- Qul sahibini seçmir.
- Qulun dəfnində musiqi yerinə it hürüşməsi olar.
- Quş çoxdur, amma yer fındığını ancaq qarğa oğurlayır.
- Quş tələni unuda bilər, tələ quşu — yox.
L
redaktə- Lampaya güc verən — yağ, odu zəif salan sudur.
M
redaktə- Məhəbbət dəniz yosunu kimidir: sən ona tərəf gedərsən, o səndən uzaqlaşar; sən ondan uzaqlaşarsan, o sənə tərəf gələr.
- Məhəbbət düyü zoğu kimidir — yerini dəyiş, yenə göyərəcək.
- Məhəbbət hədiyyəsiz olanda tez zəifləyər.
- Məhəbbət ipək kimidir — ölüyə bükülür, dirini geyindirir.
N
redaktə- Nə ağlı var, və varı — Burnun tutub yuxarı.
- Nişan aldığın quşu hürkütmə.
O
redaktə- Oğurluğu bacaran, yalanı da bacarar.
Ö
redaktə- Öküzün axırı ət şorbasıdır, yalanın axırı — ifşa.
- Örtülü qab həmişə dolu güman edilər.
- Özgə bananı yeyirmiş kimi: ağızda şirinlik, ürəkdə acılıq.
- Özgə havasına oynama.
- Ozgənin ürəyini qırmazdan qabaq öz ürəyini qır.
P
redaktə- Pis adama heç kəsin heyfi gəlməz.
R
redaktə- Rəhmdil hökmdarın hakimiyyəti, zalım hökmdarın təbəələri yoxdur.
S
redaktə- Saxta dost ağır gündə üz döndərməkdən utanmaz.
- Səadəti heç kəslə bölüşmür, amma ağır gündə hamının qapısını döyür.
- Səfra da, böhtan da elə bir cür acıdır.
- Səhrada quldurla da görüşmək xoşdur.
- Söz də quş kimidir — doğulanda qanadlı doğulur.
- Siçovul yaşamaq istəyirsə, qoy pişiyin burnunun ucunda veyllənməsin.
- Şimşəyi görən buludu da görüb.
T
redaktə- Tanınmış kasıb, tanınmış varlıdan pisdir.
- Tək barmaqla birəni də tuta bilməzsən.
- Timsahın yumurtası üstündə oturan toyuq özünün ən qatı düşməninə həyat vermiş olur.
- Timsahlar savaşanda harayçılıq lazım deyil.
U
redaktə- Uşaq ana üçün hər şeydən qiymətlidir, lakin döşünü dişləyəndə ana onu da özündən kənar eləyər.
Ü
redaktə- Ürəyi xain olanın dostu olmaz.
Y
redaktə- Yaxşı adamlar bir atanın övladlarıdır.
- Yaxşı dost pis qohumdan irəlidir.
- Yaxşılığı yarılığa eləməzlər.
- Yalan bir çürük dişdir, çəkib atmaq gərəkdir.
- Yalan söz kandarda palçıq kimidir: hərə istəyir kənara atsın.
- Yalan tənha olanda kök olur, şahid yanında isə arıqlayır.
- Yalan yalançıya da ziddir.
- Yamana kisə tikmə, yalana — anbar.
- Yanan ocaqda hamı qızınar: ancaq külünü təkcə ev sahibəsi atar.
- Yaşamaq fərəhli olmayanda, ölmək dərd olmur.
- Yatan iti vurmazlar.
- Yatmaqdan doymayan adam kasıblıqdan yaxa qurtara bilməz.
- Yeməyə heç kimi çağırmır, işə bütün kəndi çağırır.
- Yetim asqıranda öz-özünə sağlıq diləyər.
- Yıxılanı vurma.
- Yoldaşları pis olanın özü də bir şeyə dəyməz.
V
redaktə- Varlı xəsis nə yığarsa, dəfni üçün yığar.
- Varlı üçün yoxsul qohum, yad kimidir.
- Varlını çar da hesab edərlər, kasıbı — xəspuş
- Vuran əl sığallaya da bilər.
Z
redaktə- Zebunu buynuzundan, insanı dilindən tutarlar.
- Zəifləri incidəni güclülər incidər.
- Zülməti işıq dağıdar: dərin çayı gəmiylə üzüb keçərsən; quyuya nərdivanla düşərsən.