Makedoniyalı İsgəndər

Makedoniya hökmdarı

Makedoniyalı İsgəndər, III İsgəndər, İsgəndər Zülqərneyn və ya Böyük İsgəndər (yun. Ἀλέξανδρος ὁ Μέγας, Aléxandros ho Mégas, Yunan dilindən : ἀλέξω alexo "müdafiə etmək, kömək etmək" və ἀνήρ aner "adam") (e.ə. 20/21 İyul 356 – e.ə. 10/11 İyun 323) Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı (Basilevs) və Argeadlar sülaləsinin nümayəndəsi, Aristotelin şagirdi.

Makedoniyalı İsgəndər
Doğum tarixi 20 iyul e.ə. 356
Doğum yeri Pella
Vəfat tarixi 10 iyun e.ə. 323
Vəfat yeri Babil
Dəfn yeri İsgəndəriyyə
Vikipediya məqaləsi
Makedoniyalı İsgəndər



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allahım, məni dostlardan xilas et, düşmənlərimin öhdəsindən özüm gələ biləcəyəm.
  • Atam mənə qalib gələ biləcəyim heç nə qoymayacaq!
  • Başqalarından öz qüdrətinlə üstün olmaqdansa, biliyinlə üstün olmaq məsləhətdir.
  • Bəxt cəsurlara üstünlük verir.
  • Bir quzunun əmr etdiyi bir aslan ordusu məni qorxutmaz. Amma eyni şeyi, bir aslan tərəfindən əmr edilən quzu ordusu üçün söyləyə bilmərəm.
  • Əgər İskəndər olmasaydım, Diogen olardım. İskəndər ilə Diogen arasında keçən söhbətdə
  • Ən ağır müharibə həyat yoldaşım Olivia ilə oldu.
  • Görürəm ki, qəbrim üstündə böyük bir yarışma olacaq.
  • Göydə iki günəş ola bilməz və Asiyada iki padşah olmayacaq.
  • Xeyirxah, vicdanlı, maraqsız insanların birləşib xeyirxah bir iş naminə müharibəyə başlaması məqsədəuyğundur ki, onların baş komandiri şübhəsiz ki, bədxahların ən pisi olacaq. Bu belə bir şeydir - müharibə, ondan yaxşılıq gözləməyin.
  • İndi sən cəzadan qorxursan və canın üçün yalvarırsan, ona görə də mən səni azad edəcəyəm, başqa səbəbə görə olmasa da, yunan padşahı ilə barbar tiran arasındakı fərqi görə biləsən, məndən heç bir zərər görməyi gözləmə.
  • İsgəndərə Olimpiya Oyunlarında iştirak etmək təklif olundu və o dedi: - Mən ancaq o zaman razılaşaram ki, padşahlar mənim rəqibim olsunlar.
  • Kainatda saysız-hesabsız dünyalar var və mən hələ də birini fəth etməmişəm!
  • Kişidən yadigar övlad deyil, xeyirli əməl və yaxşı ad qalar.
  • Qəssab heç vaxt qoyundan qorxmaz.
  • Qızıl yüklü eşşək istənilən qalanın qapısını açacaq.
  • Mən insanları yunanlara və barbarlara ayırmıram. Məni sakinlərin mənşəyi və irqi maraqlandırmır. Mən onları ancaq ləyaqətlərinə görə fərqləndirirəm. Mənim üçün hər yaxşı əcnəbi yunandır və hər pis yunan barbardan da pisdir.
  • Mən İskəndər olmasaydım, Diogen olacaqdım.
  • Mən qaranlıqda uzun yaşamaqdansa, qısa və şərəfli bir ömür sürməyi üstün tuturam.
  • Müharibələr şöhrətdən asılıdır və çox vaxt inanılan yalan həqiqətə çevrilir.
  • Necə səmaya iki günəş sığmazsa, yer üzünə də iki öndər sığmaz.
  • Ona yaxın olanlar İsgəndərə gecə vaxtı düşmənlərə hücum etməyi məsləhət görürdülər. O, “Mən qələbəni oğurlamıram” deyə cavab verdi.
  • Padşahların qisməti yaxşılıq etmək və pislik eşitməkdir.
  • Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı.
  • Yad döyüşçülərlə döyüşdə məğlub olmaq çox pisdir, amma əcnəbi qadınlara məğlub olmaq daha pisdir.
  • Yalnız seks və yuxu mənə ölümlü olduğumu hiss etdirir.
  • Yaşadığım üçün Filipə (ata) və ləyaqətlə yaşadığım üçün Aristotele borcluyam.
  • Yaşamağı atama borcluyam. Yaxşı yaşamağı isə müəllimimə.
  • Yoxlamağı bilənə qeyri-mümkün yoxdur.

Mənbə

redaktə
  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.

İstinadlar

redaktə