Zəhmət
Zəngibasar rayonunda kənd
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Atam mənə zəhmət çəkməyi demişdi, amma zəhmət çəkməyi sevməyi deməmişdi. Avraam Linkoln
BRedaktə
- Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyil ən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz, ələlxüsus nəğmələr ilə ki, xoş sovt ilə oxunur və bunun səbəbi odur ki, Qafqazın yerlərinin xasiyyəti belədir. Bizim cənnətin bir guşəsinə oxşayan vətənimizin dağları, çayları, xoş abü-havası və hər bir cəhətdən səfalı və dilgüşa olmağı, onun az zəhmətlə bol məhsul götürən əhalisini cuşə gətirir. Həsən bəy Zərdabi
CRedaktə
- Cavanlıqda zəhmət çəkən, qocaldıqda möhnət çəkməz. Azərbaycan atalar sözləri/C
DRedaktə
- Dünyanın böyük adamları öz istəklərinə böyük zəhmət və əziyyət sayəsində çatmışlar. Ceremi Teylor
ERedaktə
- Elm zəhmət ilə ələ gəlir. Azərbaycan atalar sözləri/E
- Ey elm təhsil edən cavanlarımız! … Vətən qardaşlarınızla üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşməyib, əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər… Amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti qardaşlarınızı atıb onları kor və sərgərdan qoyasınız. Pəs ləzzəti dünyaya təmə etməyib öz qardaşlarınızı əməli xeyrə vadar edin. Qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, əvamünnas daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və bişəkk, gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq… Həsən bəy Zərdabi
ƏRedaktə
- Əgər oxuduğumuz bir kitab bizi başımıza vurulan bir zərbə kimi sarsıtmırsa, niyə oxumağa zəhmət edək ki? Frans Kafka
- Əvvəl zəhmət çəkən sonra rahat olar. Azərbaycan atalar sözləri/Ə
XRedaktə
- Xoşbəxtlik zəhmət və iradənin, əmək və səyin nəticəsində əldə edilir. Kəlilə və Dimnə
- Xoşbəxtlik və sevgi ən çox zəhmət çəkənə qismət olur. Leonardo da Vinçi
- Xoşbəxtliyin iki yolu var: biri zəhmət, digəri qənaət. Volter
- Xoşbəxtliyin yolu zəhmət və cəsarətdən keçir. Onore de Balzak
İRedaktə
- İnsanın əsl dəyəri onun zəhməti ilə ölçülür. Emmanuil Munye
QRedaktə
- Qismətə yox, zəhmətə ümid ol. Qırğız atalar sözləri
MRedaktə
- Mənəvi zövq əmək, zəhmət, iradə və fəaliyyət nəticəsində əldə edilir. Nəsirəddin Tusi
NRedaktə
- Nə mən sənə hirslənərəm, nə də şəxsin zəhmət edib mənə küssün. Artıq səninlə biz, düşmən belə deyilik. Nazim Hikmət
RRedaktə
- Rahatlıq zəhmətdədir, zəhmət isə dincəlməkdə. Qabusnamə
YRedaktə
- Yazı - zəhmət, qışı - rahət. Özbək atalar sözləri
ZRedaktə
- Zəhmət batmaz. Azərbaycan atalar sözləri/Z
- Zəhmət bəxt gətirər. Özbək atalar sözləri
- Zəhmət dost artırar, qeybət - düşmən. Özbək atalar sözləri
- Zəhmət çəkmədən sərvət axtarmaq ayıbdır. Abay Kunanbayev
- Zəhmət çəkməyən bal yeməz. Azərbaycan atalar sözləri/Z
- Zəhmət çəkməyən rahatlığın qədrini bilməz. Azərbaycan atalar sözləri/Z
- Zəhmət - həyatın duzudur. Alman atalar sözləri
- Zəhmət səadətin atasıdır. Alman atalar sözləri
- Zəhmət yiyəsi-hörmət yiyəsi. Tatar atalar sözləri
- Zəhmətdən qaçan əl açar. Azərbaycan atalar sözləri/Z
- Zəhmətdən qorxma, minnətdən qorx. Özbək atalar sözləri
- Zəhmətə qatlaşsan muradına çatarsan. Arif Ərdəbili
- Zəhməti bülbül çəkər, gülü qucar xar. Azərbaycan atalar sözləri/Z
- Zəhməti meşşatə çəkər, ləzzəti damad aparar. Azərbaycan atalar sözləri/Z
- Zəhməti sevən işdən doymaz. Azərbaycan atalar sözləri/Z
- Zəhmətin barı, torpağın varıdır. Azərbaycan atalar sözləri/Z
- Zəhmətin ətri tərdir. Azərbaycan atalar sözləri/Z
- Zəhmətin üstün gəlmədiyi heç bir şey yoxdur. Cordano Bruno
- Zəhmətin qızıl əlləri dünyada ən gözəl şah əsərləri yaratdı. Məhəmmədhüseyn Şəhriyar
- Zəhmətsiz iş - duzsuz aş.Tatar atalar sözləri
- Zəhmətsiz tapılan aşdan, zəhmətlə tapılan daş yaxşıdır. Özbək atalar sözləri