Mark Levi (fr. Marc Lévy) (19 oktyabr, 1961, Bulon-Biyankur) — Fransız yazıçı.

Mark Levi
Doğum tarixi 16 oktyabr 1961
Doğum yeri Bulon-Biyankur
Şəxsi veb-saytı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Anlayın ki, bizi idrakın məkrliyi, hiyləgərliyi, əclaflığı deyil, Qəlbin İnsanlığı, Ədaləti və Alicənablığı hiddətlənməyə, qəzəblənməyə, etiraz etməyə, coşmağa və qisasla dolu azğınlaşmağa məcbur edir. Anlayın, Peyğəmbərlər — bizim insani qəlblərimizin mexanizmidir. Bu – yelləncək mexanizmidir, Ruhun Alicənablıq tərəfə ən güclü qalxışından sonra ən güclü uçuş Heyvan Qəzəbi tərəfinə yönəlir. Ruh yelləncəyini insanlıq tərəfə qaldırmaq istəyi və bundan da daima nəticə kimi çıxan heyvanlıq tərəfə uçuş — möcüzəvi və eyni zamanda qanlı zolaq kimi bütün bəşər tarixindən keçir. Görürük də ki, elə həmin o son dərəcə qızğın dövrlərdəki güclü və hərəkətlərdə gerçəkləşən Ruh və Ədalət tərəfə qalxışlar bizə xüsusilə qorxunc gəlir — ardınca misli görünməmiş qəddarlıq və şeytani pisliklərin gəlişinə görə…
  • Antisemitizm heç də qorxunc deyil, sadəcə iyrənc, rəzil və axmaqdır: ona görə iyrəncdir ki, şəxsiyyətə qarşı deyil, qana qarşı yönəlibdir, ona görə rəzildir ki, həqarətli görsənmək istəsə də, paxıldır, ona görə axmaqdır ki, məqsədi dağıtmaq olduğu halda onu daha da birləşdirir. Yəhudilər o zaman yəhudi olmayacaq ki, yəhudi olmaq milli anlamda sərfəli olmayacaq, əxlaqi anlamda rüsvayçılıq olacaqdır. Əxlaqi mənada yəhudi olmaq o zaman rüsvayçılıq olacaq ki, bizim xristian ağalar, nəhayət, həqiqi xristian olacaqlar, başqa sözlə — başqalarının həyatını yaxşılaşdırmaq xətrinə öz həyat şərtlərini şüurlu şəkildə pisləşdirəcək, bu pisləşmədən də həzz alıb sevinəcəklər. Amma hələ ki, bu baş verməyib, iki min il də bunun üçün kifayət etməyib.
  • Aşıq qadın üçün vurulduğu kişi istisna olmaqla bütün başqa kişilər sadəcə insandırlar: qadın üçün kişi – odur. Aşiq kişi üçün isə onun vurulduğu qadından başqa bütün qadınlar sadəcə qadındır, sevdiyi qadın isə — insandır.
  • Bayağılıq — insanın özünün anlamadığı hər şeyə nifrətlə yanaşma qabiliyyəti ilə səciyyələnən xəstəlikdir. Bu bayağılığın dərinliyi də o adamı heyrətləndirən faydasız və dəyərsiz əşya və hadisələrin çoxalmasıyla artır.
  • Bəzən öz-özü ilə danışar insan… Beynində suallar dolanar… Niyə var olan hər şeyi bir kənara atıb var olmayanlara ilişib qalırıq? Niyə öz yolunda olan şeylərdən zövq almaqdansa, yolunda getməyən şeylər barəsindədüşünüb kədər-qəm çəkirik?! Niyə hər zaman unuduruq ki, ömrümüz çox da uzun deyil?!…
  • Biz pis olanda kiçik əclaflıqlarla kifayətlənirik, yaxşılaşdığımızda — adam öldürməyə gedirik.
  • Duyğusallığı coşduran qadın bədəninin gözəllikləri — sadəcə mətbəx qoxularıdır: ac olanda – iştahlandırır, tox olanda – iyrəndirir.
  • Ədəb cinsiyyətsizdir. Nəzakət seksualdır.
  • İspanlar həmişə qüssəli ehtiras haqqında mahnı oxuyar, ruslar isə — ehtiraslı qüssə haqqında.
  • Sevgi haqqında gözəl danışa bilən – sevgisi xatirələrə çevrilmiş şəxs ola bilər. Sevgi haqqında o kəs inandırıcı danışar ki, sevgi onda duyğusallığı dalğalandırıb. Ürəyi sevgi ilə yaralanan isə sevgi haqqında heç danışmamalı, susmalıdır.
  • Söyüşlər nitqinizin təsviri vasitəsinə çevrilibdir.

İstinadlar

redaktə