Bayağı
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Abırsızlıq, bayağı ruhun səmimi ruhla birləşdiyi yeganə formasıdır. Ali insan böyük və zərif həyasızlığın hər təzahüründə sayıq olmalı və abırsız təlxək və ya elmi satir onun qarşısında danışanda ali insan özünü təbrik etməlidir. Fridrix Nitsşe
- Azərbaycan ədəbiyyatı – tarixi, kökü olan bir ədəbiyyatdır. Bayağı ədəbiyyat isə zamanın hökmü ilə ölümə məhkum olur, yəni o ötəridir, əbədi deyil. İlyas Əfəndiyev
B
redaktə- Bayağı, prinsipsiz, əqidəsiz və məqsədsiz insanları sevmirəm. Yalnız öz rifahını düşünən insan gülüncdür. Çünki, onun həyat fəlsəfəsi “əlinə nə düşsə, dərhal ye” ifadəsindən ibarətdir. Mikayıl Müşfiq
- Bayağılıq əksi yanlışlıq olan ifadədir. Böyük həqiqət isə əksi digər böyük həqiqət ola biləcək ifadədir. Nils Bor
- Bayağılıq — insanın özünün anlamadığı hər şeyə nifrətlə yanaşma qabiliyyəti ilə səciyyələnən xəstəlikdir. Bu bayağılığın dərinliyi də o adamı heyrətləndirən faydasız və dəyərsiz əşya və hadisələrin çoxalmasıyla artır. Mark Levi
D
redaktə- Dünya bayağı adamlara məxsusdur. Qustav Lebon
Ə
redaktə- Əgər ayrı-ayrı şəxslər bayağı əsərlər yazıb bunları operetta adlandırırlarsa, yaxud ifaçılar çox vaxt operettaya onun adına yabançı olan şit hərəkətlər daxil edirlərsə, buna operetta janrı günahkar deyildir. Operettanın tərkib hissələri olan incə melodiya, sağlam yumor, yüngül satira heç də bayağılıq və ya şitlik əlaməti deyildir... Üzeyir Hacıbəyli
- Əlbəttə, bayağılıq var. Onlar həqiqəti əks etdirmək üçün mövcuddurlar. Qalibiyyət ehtirası hamımızın içində var. Qalibiyyət – məşqə, qalibiyyət üsulu isə ləyaqətə bağlıdır. Marqaret Tetçer
G
redaktə- Gözəllik fövqəladə bir şeydir.Yalnız bayağı insanlar görünüşü qiymətləndirmirlər. Oskar Uayld
H
redaktə- Həyat faktları çox adi və bayağıdır. Onları canlandıran bizim fantaziyamızdır. Bu fantaziya paltar zivəsini bərkitmək üçün basdırılan adi dirəklərə insanların arzu və xəyal bayraqlarını bağlayıb yellədir.... Erix Mariya Remark
X
redaktə- Xırdalıqlara varmaq çox bayağıdır. Oskar Uayld
İ
redaktə- İnsanlar arasında məhəbbət belə bayağı formalar alıb, sadəcə olaraq hansısa dünyəvi rahatlığa, bir az əyləncəyə enib. Aleksandr Kuprin
M
redaktə- Müasir həyatda heç nə yaxşı bayağılıq qədər təsiredici deyil. Bu bütün dünyanı bir-birinə qohum edir. Oskar Uayld
N
redaktə- Nə üçün mən onu geyindirməliyəm? Geyindirməliyəm ki, o dövrünün gülünc kişi dəbində görünsün? Son yenilikləri özündə daşıyan bu heykəllərdən daha bayağı heç nə yoxdur. Avropanın istənilən böyük şəhərində əcaib dövrün dərzisinin modelləri kimi maskalanmış belə heykəlləri görmək olar. Digər tərəfdən çılpaq insan forması tarixdə hər hansı xüsusi ana sahib olmamışdır; o əbədidir və hər yaş kateqoriyasına aid insanda bu sevinclə qarşılanır. Oqust Rodin
S
redaktə- Sözündə və əməlində bayağı və adi şeylərdən uzaq ol. Pifaqor
V
redaktə- Vətənpərvərlik - ən bayağı səbəblərdən öldürməyə və öldürülməyə hazır olmaqdır. Onore de Balzak
Z
redaktə- Zamanla vicdanın satılması ilə fasiləsiz təhqir edilən ruh dayazlaşır, nəcib fikirlərin yayları paslanır, bayağılığın ilgək qarmaqları laxlayır və o özü-özünə fırlanmağa başlayır.