Mark Manson
Mark Manson (9 mart 1984) — Amerikal; jurnalist, bloger, yazıçı
Mark Manson | ||||
Doğum tarixi | 9 mart 1984 | |||
Doğum yeri | Ostin | |||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
D
redaktə- Diqqət etdinizmi ki, bəzən bir şeyə nə qədər az can atsanız, bir o qədər yaxşılaşırsınız? Diqqət etdinizmi: çox vaxt bunu başqalarından daha az arzulayan uğur qazanır? Diqqət etməmisinizmi: bəzən "mənim ağlıma gəlmir" deyəndə hər şey öz yerinə düşür.[1]
İ
redaktə- İnsanlar öz bizneslərini qurmaq istəyirlər. Lakin onlar riski, qeyri-müəyyənliyi, təkrar uğursuzluğu qiymətləndirməyi və heç bir şey əldə edə bilməyən müəssisələrə saysız-hesabsız saatlar sərf etməyi öyrənməsələr, uğurlu sahibkar olmayacaqlar.
- İstənilən işdə uğur minlərlə kiçik uğursuzluqlara əsaslanır.
- İstənilən mühitdə özümüzü pozitiv qalmağa məcbur etdikdə, həyatın problemlərinin varlığını inkar edirik. Problemlərimiz olduğunu inkar etdikdə isə özümüzü onları həll etmək və xoşbəxtliyi yaşamaq imkanından məhrum edirik. Problemlər həyata məna və əhəmiyyət verir.
N
redaktə- Nə qədər ümidsizcə xoşbəxt olmaq və sevilmək istəsəniz, bir o qədər tək və qorxulu olursunuz (sizi kimin əhatə etməsindən asılı olmayaraq). Siz nə qədər mənəvi cəhətdən maariflənmək istəsəniz, maariflənməyə çalışarkən bir o qədər alçaq eqoist olursunuz.
V
redaktə- Və burada paradoks var: müsbətə — ən yaxşıya, əlaya diqqət yetirmək — sadəcə olaraq nəyə çevrilmədiyimizi təkrar-təkrar xatırladır; çatışmayan şeylər haqqında; gerçəkləşməyən xəyallar haqqında. Axı heç bir həqiqi xoşbəxt insan güzgü qarşısında dayanıb xoşbəxt olduğunu özünə təbli etməyəcək. Niyə eləsin? Texasda belə bir deyim var: "Ən kiçik it ən ucadan hürər". Özünə güvənən kişinin, varlı qadının isə var-dövlətini sübut etməyə ehtiyacı yoxdur. Hər şey görünür. Və hər zaman bir şey haqqında xəyal edirsinizsə, düşüncə şüuraltından çıxmır: arzu olunan orada deyil.
Y
redaktə- Yadda saxlamaq lazımdır ki, həyatınızda dəyişikliklərin baş verməsi üçün özünüzdə səhvlər tapmalısınız. Bütün gün özünüzü bədbəxt hiss edirsinizsə, bu, artıq nəyisə ciddi şəkildə qarışdırdığınız deməkdir. Və səhvin harada baş verdiyini anlayana qədər heç nə dəyişməyəcək.