Xoşbəxtlik
(Xoşbəxt səhifəsindən yönləndirilmişdir)
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Ağıllı idarə olunan insan həyatı - ən xoşbəxt, ən yüksək əxlaqlı həyatdır. [1] Məhəmməd Tağı Sidqi
BRedaktə
- Bədbəxtlik onda deyil ki, xoşbəxtliyə rast gəlməmisən, bədbəxtlik ondadır ki, xoşbəxtliyi əldə saxlaya bilməmisən. Aleksandr Bek
DRedaktə
- Dənizin dibindən dürr çıxarmaq çox çətindir, xoşbəxtlik əldə etmək isə ondan da çətindir. Dante Aliqyeri
XRedaktə
- Xoşbəxt adam özünü xoşbəxt hesab edən adamdır. Fildinq
- Xoşbəxt adamlar üçün ən uzun ömür də bir gün qədər qısadır, bədbəxtlər üçünsə bir gün də ömür qədər uzundur. Lukian
- Xoşbəxt adamın bədbəxtə ağıl verməsindən asan nə ola bilər. Esxil
- Xoşbəxt olmaq üçün zəngin və məşhur olmaq şərt deyil. Yalnız zəngin olmaq yetər. Alan Alda
- Xoşbəxt həyat lazımsa gər, öyrən daim qənaətə, O səhrada sən çatarsan hər arzuya, hər sənətə. Beydəba
- Xoşbəxt olmağın ən asan yolu ətrafımızdakılara sevinc bəxş etməkdir. Devid Star Cordan
- Xoşbəxtliyi daxilində tapmaq çətindir, kənarda isə o sadəcə olaraq yoxdur. N. de Şamfor/
- Xoşbəxtlik qapısını bağladığında, bir başqası açılar, amma biz bağlanan qapıya o qədər baxırıq ki, açılmış olan yeni qapını görmürük. - Qabriel Qarsiya Markes
HRedaktə
- Heç bir dərmanın müalicə etmədiyini xoşbəxtlik müalicə edər. Qabriel Qarsia Markes
- Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz. Bencamin Dizraeli.
MRedaktə
- Məsləhətlərimizlə yardım etdiyimiz insanların xoşbəxtliyi bizi o qədər də maraqlandırmır. Lük de Klapye Vovenarq
ÖRedaktə
- Öz xoşbəxtliyinizin açarını yad cibinə qoymayın. - Fuad Ələkbərov[2]
YRedaktə
- Yalnız o adam həmişə xoşbəxt ola bilər ki, onun bəxtinin sükanı öz əlində olsun. Əbu Turxan
ZRedaktə
- Zənginlikdən əsl xoşbəxtlik necə əmələ gələ bilər ki, zənginliyin əldə edilməsi üçün əzablara dözmək lazım gəlir. Foma Akvinski
İstinadlarRedaktə
- ↑ Aforizmlər və hikmətli sözlər, Bakı,2005
- ↑ Фуад Виенто. Карма