Markus Qarvi (17 avqust 1887 – 10 iyun 1940) — Yamaykalı siyasi fəal, naşir, jurnalist, sahibkar və natiq

Markus Qarvi
Doğum tarixi 17 avqust 1887
Doğum yeri Saint Ann's Bay
Vəfat tarixi 10 iyun 1940
Vəfat yeri West Kensington
Dəfn yeri National Heroes Park
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ac adamların nə qanuna, nə hakimiyyətə, nə də insan həyatına hörməti var.
  • Biz ilk faşistlər idik, 100.000 nizam-intizamlı adamımız olanda və uşaqları öyrədəndə Mussolini hələ də naməlum idi. Mussolini bizim faşizmi kopyaladı.
  • Biz özümüzü zehni köləlikdən azad edəcəyik, çünki başqaları bədəni azad edə bildiyi halda, özümüzdən başqa heç kim zehni azad edə bilməz. Ağıl sənin yeganə hökmdarındır, hökmdardır. Ağlını inkişaf etdirə və istifadə edə bilməyən insan, ağlından istifadə edən digər insanın köləsi olmağa məcburdur.
  • Bizim birliyimiz iqlim, sərhəd və ya milliyyət bilməməlidir… gəlin bütün iqlimlərdə və hər ölkədə bir yerdə olaq.
  • Ciddi olan kişilər nəticələrdən qorxmurlar.
  • Efiopiya yenidən maddi xarabalığın külündən müvəqqəti şöhrət zirvələrinə yüksələcək.
  • Əlimizi bir-birinə qatıb Allahın bizim üçün hər şeyi etməsini gözləmək kimi axmaq fikrdən əl çəkməliyik. Əgər Allah bunu planlaşdırsaydı, bizə ağıl verməzdi. Həyatda nə istəyirsənsə, bunu özün etmək üçün özün qərar verməlisən.
  • Əsl kişilər müxalifətə gülür; əsl kişilər düşmən görünəndə gülümsəyir.
  • Əzab çəkən xalqın ümidini şans hələ heç vaxt təmin etməyib.
  • Qara dəri utanc nişanı deyil, daha çox milli böyüklüyün şanlı simvoludur.
  • Mən zəncinin olduğu yerdə heç bir milli sərhəd bilmirəm. Afrika azad olana qədər bütün dünya mənim vilayətimdir.
  • Özündən xəbərdar olanlar üçün kənardan ittiham yoxdur, ittiham daxildən olmalıdır.
  • Özünüz azadlıq üçün zərbə endirməyincə, bu irq probleminin həlli olmayacaq.
  • Özünüzə inamınız yoxdursa, həyat yarışında iki dəfə məğlub olursunuz. İnamla siz hələ başlamamışdan əvvəl qalib gəlirsiniz.
  • Özünüzü əqli köləlikdən azad edin, ağlımızı özümüzdən başqa heç kim azad edə bilməz!
  • Tarixindən, mənşəyindən, mədəniyyətindən xəbəri olmayan xalq kökü olmayan ağac kimidir.
  • Tərəqqi insanlığı hərəkətə gətirən cazibədir.
  • Unutma ki, ağıl dünyanı idarə edir, cəhalət isə yük daşıyır. Buna görə də özünüzü mümkün qədər cəhalətdən uzaqlaşdırın və ağıllı olmağa çalışın.

İstinadlar

redaktə