Ac
A
redaktə- Ac acı aldı, acdan ləlöyün törədi. Azərbaycan atalar sözləri/A
- Ac acı dalayar, tox toxu yalayar. Azərbaycan atalar sözləri/A
- Ac adam daşı da yeyər. Fars atalar sözləri
- Ac adam özünü oda vurar. Azərbaycan atalar sözləri/A
- Ac adamı qurd yeməz. Azərbaycan atalar sözləri/A
- Ac ayı oynamaz. Azərbaycan atalar sözləri/A
- Ac deyər doymaram, tox deyər acmaram. Azərbaycan atalar sözləri/A
- Ac doğrayar, tox yeyər. Azərbaycan atalar sözləri/A
- Ac donuz darıdan çıxmaz. Azərbaycan atalar sözləri/A
- Ac elə bilər hamı acdır, tox elə bilər hamı toxdur. Azərbaycan atalar sözləri/A
- Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər. Azərbaycan atalar sözləri/A
- Ac girdi içəriyə yemək istədi,tox dedi;əvvəla,salam. Azərbaycan atalar sözləri/A
- Ac mədənin cəzasını yorğun ayaqlar çəkər. Konfutsi
- Açıq ağız ac qalmaz. Ləzgi atalar sözləri
- Acın imanı olmaz. Fars atalar sözləri
B
redaktə- Birinin acından gözü tutular, birinin qızıldan. Rus atalar sözləri
İ
redaktə- İnsan acından ölməz, abrından ölər. Qırğız atalar sözləri
- İtə verilən bir sümük köməksevərlik deyil. Köməksevərlik, siz də it qədər ac ikən onunla paylaşılan sümükdür. Cek London
T
redaktə- Tanrı ac istəyəni bəndə doyura bilməz. Azərbaycan atalar sözləri/T