Marsel Paqnol
Marsel Paqnol (1895-1974) - fransız yazıçısı, dramaturq və rejissor.

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A Redaktə
- Ağlımızın zəifliyi belədir: o, çox vaxt yalnız inanclarımızı doğrultmağa xidmət edir.
D Redaktə
- Dahilərdən ehtiyatlı olmaq lazımdır. Bu tikiş maşını ilə başlayır və atom bombası ilə bitir.
Ə Redaktə
- Əgər biz alıcıya həmişə həqiqəti desəydik, alver mümkün olmazdı.
- Ən çətini öz fikrini özündə saxlamaqdır.
- Əvvəlcə danışmağı öyrənirik. Və sonra sakit oturmağı və susmağı öyrənirik.
G Redaktə
- Gənclər bizi tərk edəndə qocalırıq.
- Günahkarları axtarmaqdansa, onları seçmək daha yaxşıdır.
H Redaktə
- Hansı istedada sahib olursan ol, ondan istifadə etməsən, heç bir dəyəri yoxdur.
İ Redaktə
- İnsan həyatı belədir: unudulmaz kədərlə bitən bir sıra qısa sevinclər.
K Redaktə
- Kişi onunla evlənməkdən imtina edən qadını heç vaxt unutmur; qadın onunla evlənmək istəyən kişini heç vaxt unutmur.
Q Redaktə
- Qadının dinamit olub-olmadığını ancaq onu atdığınız zaman anlaya bilərsiniz.
M Redaktə
- Mənim üçün ölüm heç bir əhəmiyyət kəsb etmir, amma həyatı tərk etmək məcburiyyətində qalmağım məni kədərləndirir.
O Redaktə
- Optimist üçün həyat problem deyil, həll yoludur.
S Redaktə
- Sirr heç kimə deyilməyənlər deyil. Sirr gizli və nəfəs altında danışılanlardır.
- Siz heç kasıb kişiyə aşiq olan qadın görmüsünüzmü?
Ş Redaktə
- Şərəf kibrit kimidir, yalnız bir dəfə istifadə edilə bilər.
T Redaktə
- Tamaşa o qədər pis alındı ki, aktyorlar özləri sona çatmamış getdilər.
- Təmiz vicdan çox vaxt pis yaddaşın nəticəsidir.