Axmaq və dahi qanun qarşısında bərabər olmamalıdır. Aleksis Karrel
Axmaq yüksək vəzifədə olanda hamı onunla dahi kimi rəftar edir. Klod Adrian Helvetsi
Alimlər - bunlar çoxlu kitab oxuyanlardır. Mütəfəkkirlər, dahilər, dünya maarifçiləri və bəşəriyyətin hərəkətverici qüvvələri bilavasitə Kainat kitabını oxuyanlardır. Artur Şopenhauer
Böyük işlər görmək üçün dahi olmaq, insanlardan yüksəkdə durmaq lazım deyil, onlarla bir yerdə olmaq lazımdır. Şarl Lui Monteskyö
Bütün qadınlar istəyirlər ki, yalnız onlarla məşğul olsunlar. Qadınlar böyük iş görən kişiyə qarşı üsyan edir və ona dözə bilmirlər. Ona görə də qadınlar axmaqları sevirlər. Çünki, axmaq adam öz vaxtını qadınlara sərf edib, yalnız onlarla məşğul olur və bununla xanımlarının sevimlisi olmalarını sübut edirlər. Əgər dahi insan qadına ürəyini, sərvətini verib, vaxtını isə sərf etməzsə, o zaman ən nəcib qadın belə kişinin onu sevdiyinə inanmayacaq. Onore de Balzak
Dahi insanlar nadir hallarda təklikdə görünür. Viktor Hüqo
Dahi insanlar öz əsrini işıqlandırmaq üçün yanan meteorlardırlar. Napoleon Bonapart
Dahi insanlar yüksəklərdə uçurlar və qartallar kimi əlyetməz ucalıqda yuva qurub tənha yaşayırlar. Artur Şopenhauer
Dahi insanların bioqrafiyası ilə tanış olduqda onların hamısının ilk qələbəsinin özləri üzərində olduğunu aşkar etdim; daxili - intizam onların hamısı üçün birinci olmuşdur. [1]Harri Trumen
Dahi psixoloqlar dahiliyin harada qurtardığını, ağılsızlığın isə haradan başlandığını başa düşə bilmədilər. Salvador Dali
Dahilər təkcə dözülməz deyillər, həm də əxlaqsız və zalımdırlar, onlar üçün dost tapmaq çətindir. Fikir ənginliyində tənhalıq hökm sürür. Artur Şopenhauer
Dahinin daxili iztirabları ölməz əsərlərin ana qucağıdır. Artur Şopenhauer
Düha heyrət doğurur, xarakter isə hörmət oyadır. Dahi adamlar şüura, xarakteri möhkəm olanlar isə vicdana təsir edirlər. Nikolay Şelqunov
Dünya tarixi dahi insanların tərcümeyi-halıdır. Tomas Karleyl
Dünyada bir nəfər dahi uşaq bədbəxt qaldığı müddətcə, böyük icadlar və irəliləmələr yoxdur. Albert Eynşteyn
Heç bir dahi rəssam əşyaları olduğu kimi görməyib.Əgər belə olsaydı, o, artıq rəssam olmazdı. Oskar Uayld
Həqiqətə vurğun adamın şair və ya dahi olması lazım deyildir. O adam özlüyündə həm şair, həm də dahidir. Jül Renar
Həqiqi dahi o adamdır ki, ürəyi hamı üçün döyünür. Romen Rollan
Hər hansısa bir şənlikdə ağıllı şəkildə yemək lazımdı, ancaq tam doymaq olmaz. Yaxşı danışmaq xoş olar, ancaq dahi təsiri bağışlamaq mütləq deyil. Uilyam Somerset Moem
İnsan xarakterinə xas olan möhkəm qətiyyət qədər əhəmiyyətli başqa bir şey yoxdur. Dahi olmaq, yaxud bu həyatda iz qoymaq istəyən insan minlərlə maneəni aşmaqla yanaşı, eyni zamanda saysız-hesabsız uğursuzluğa və məğlubiyyətə baxmayaraq, bu maneələrə qalib gəlməyi bacarmalıdır. Teodor Ruzvelt
Qabiliyyət başqalarının vura bilmədiyi hədəfi vuran nişançı kimidir; dahi isə başqalarının görə bilmədiyi bir hədəfi vuran bir nişançı. Artur Şopenhauer
Mən dahi insanın ağzının böyük ola biləcəyini düşünmürəm. Bu əlamət heyvanı xatırladır. Bundan başqa, mən həm də onun tərfdarıyam ki, alın və gözlər intellekti, ağız isə iradəni ifadə edir. Artur Şopenhauer
Mən yalnız bəzəriyyətə böyük xidmətlər göstərən adamları dahi adlandırıram.
Mənə dahi statusu vermələri məni çox əyləndirir. Corc Soros
Millət bir ruhdur, ruhani prinsipdir. İki şey bu ruhu, bu ruhani prinsipi yaradır. Biri keçmişdə, o biri indidədir. Biri zəngin ümumi xatirələrə malik olmaqdır; o biri ümumi müqavilə, birgə yaşamaq arzusudur, bizə miras qalmış bölünməz irsdən birgə istifadəni davam etdirmək iradəsidir... Qəhrəman keçmiş, dahi şəxsiyyətlər, şöhrət (amma həqiqi) - milli ideyanın söykəndiyi başlıca kapital budur. Keçmişdə ümumi şöhrətə, gələcəkdə ümumi istəyə malik olmaq, birgə böyük işlər görmək, onları gələcəkdə də arzulamaq - xalq olmağın başlıca şərtləridir... Keçmişdə ümumi şöhrəti və peşmançılıqları bölüşmək, həmin proqramı gələcəkdə də həyata keçirmək, birgə əzab çəkmək, sevinmək, ümid etmək, bunlar ümumi gömrük və sərhədlərdən də önəmlidir; irq və dil fərqindən asılı olmayaraq başa düşülən məhz budur. İndicə "birgə əzab çəkmək" dedim, bəli, ümumi əzab insanları ümumi sevincdən daha çox birləşdirir..." Ernest Renan
Yaddaş çoxlu faktlarla yükləndikcə, dahi və onun yaradıcılıq qabiliyyəti zəifləyir və sönür. Rene Dekart
Yaşadığımız cəmiyyətdə hamı dahi kimi tanınmaq istəyir, ancaq əfsuslar ki, heç kəs faydalı adam olmaq istəmir. Uinston Çörçill
Yüksək əqli imkanlara və bacarıqlara malik uşaqlar var, lakin onların dəcəlliyi və inadkarlığı üzündən hamı onları inkar edir, yararsız hesab edir. Bu uşaqlara düzgün yanaşmanı tapıb tərbiyə etsək, onlar dahi olaraq böyüyərlər. Yan Komenski